t s

» » Rusiyada araqdan 34 nəfər öldü: 3 azərbaycanlı tutuldu

Rusiyada araqdan 34 nəfər öldü: 3 azərbaycanlı tutuldu

10-10-2021, 20:10 Yazar:  Samir Baxılıb: 64 Çap et
Rusiyada araqdan 34 nəfər öldü: 3 azərbaycanlı tutuldu
Rusiyanın Qazaxıstanla sərhəd Orenburq vilayətində saxta alkoqoldan kütləvi zəhərlənmə baş verib və ölənlərin sayı hər gün artır.

Mediaxeberleri.Az
Virtualaz.org-a istinadən xəbər verir ki, vilayətin yaşayış məntəqələrində saxta alkoqoldan ölənlərin sayı artıq 30-a çatıb. Onlarla adam isə xəstəxanalardadır.

Faktla bağlı beş ayrı cinayət işi qaldırılıb, müstəntiqlər saxta içkinin ticarət məntəqələrinə paylanıldığı anbarı tezliklə aşkar ediblər və oradan yüzlərlə litr spirt tərkibli maye müsadirə ediblər. 5 nəfər saxlanılıb, onlardan 3-ü azərbaycanlıdır.

Saxlanılanlardan biri Şirvan Babazadədir, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçiləndə o xəcalətdən başını aşağı salıb.

İstintaqın versiyasına görə məhz onun günahı üzündən 30 nəfər zəhərlənərək ölüb, qalanları isə evlərdə və xəstəxanalarda ağır vəziyyətdədir. Tutulanlar arasında vilayətin Adamovsk rayonunun əhaliyə sosial yardım xidmətinin əməkdaşı, Yasnovo rayonunun administrasiyasının işçisi də var. İstintaqın məlumatına görə saxta içkini topdansatış ticarət bazasına verən üç Azərbaycan sakini olub. Dörd yerli sakin isə içkini topdansatış bazasından götürərək mağazalara, o cümlədən müxtəlif kəndlərə nəğd və nisyə paylayıb.

Metanoldan hazırlanan saxta araq və konyakın (guya onlar Qazaxıstan istehsalı olub) hələ də ticarət məntəqələrində satıldığı istisna deyil. Ölənlərdən biri KamAZ şoferidir, o işdən sonra elə kabinədə içib və elə oradaca ölüb. Sürücünün tanışı Aleksey də onunla bir az içib və hazırda xəstəxanadadır: “Kamazçı Sanya idi, sonra Dimka və Jenka gəldi. Onlar çox içdilər. Mən gəldim, həmin axşam bir qədəh içdim və yatdım. Onlar məndən sonra da içdilər. Jenka öldü, Dimka da öldü”, - zərərçəkən Aleksey Yerşov deyir.

Ölənlərin və zərərçəkənlərin orqanizmində həkimlər ölümcül dozanı 4-5 dəfə keçən təmiz metanol aşkar ediblər. Həkimlər deyirlər ki, metanolun qəbulundan sonra insan dərindən huşunu itirir, bütün reflekslər itir, ürək və tənəffüs fəaliyyəti pozulur və ölüm baş verir.

Vilayətin kiçik Krasnıy Çaban qəsəbəsinin qəbiristanlığında təzə qəbirlər var. Dünən səhər saxta içkidən zəhərlənən üç ailəni dəfn ediblər. Yerli sakinlərdən Sergey Qreçenkonu və oğlu Dmitrini eyni qəbirdə basdırıblar. Həmin gün Sergeyin digər oğlu Aleksey də onlarla içib, hazırda evdədir və yataqdan qalxa bilmir. Deyir ki, atası pensiyasını alanda həmişə bir butulka araq alardı. Və həmin gün kəndlilər pensiyalarını almağı qeyd edəndə qalan sakinlər kimi araq alıblar.

Kənddə saxta alkoqolun satıldığı mağaza “Udaça” adlanır, o kənd administrasiyasının rəhbəri Murat Suenbayevə məxsusdur. İstisna deyil ki, metanol qonşu Qazaxıstandan gətirilib. Bildirilir ki, Qazaxıstanda neftayırma zavodlarından texniki spirt alıb ondan saxta araq düzəltməklə əsasən çinlilər məşğul olurlar.

***

Orenburqda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 34 nəfərə çatıb.

Bu barədə regional administrasiya məlumat yayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az