t s

» » Saleh Məmmədov və müavinləri - Onlar necə milyoner olublar?

Saleh Məmmədov və müavinləri - Onlar necə milyoner olublar?

9-10-2021, 23:42 Yazar:  Samir Baxılıb: 127 Çap et
Saleh Məmmədov və müavinləri - Onlar necə milyoner olublar?
Saleh Məmmədovun və onun müavini Əvəz Qocayevin mülk və biznes sahələri o qədər geniş şaxəli və rəngarəngdir ki, cəmiyyətdə onlar dövlət məmuru olmaqdan daha çox holdinq sabibləri olaraq görünürlər…


Son günlər “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədrinin və müavinlərinin tutduqları yüksək vəzifələrindən yararlanaraq milyonlarla manatlıq sərvət və mülklərə sahib olmaları ilə bağlı Youtube sosial şəbəkəsində müxtəlif məlumatlar yayılmaqdadır. Yayılan məlumatlarda “Azəravtoyol” ASC-nin sədrinin və müavinlərinin sahib olduqları sərvət doğrudan da gözqamaşdırıcıdır. Belə görünür ki, “Azəravtoyol” ASC-nin rəhbərliyində təmsil olunanların hamısı milyonerdir.

Qeyd edək ki, Saleh Məmmədovun və onun müavini Əvəz Qocayevin sərvəti son illər yerli mətbuatın diqqət mərkəzində olub. Bu ikilinin sahib olduqları mülk və biznes sahələri o qədər geniş şaxəli və rəngarəngdir ki, cəmiyyətdə onlar dövlət məmuru olmaqdan daha çox holdinq sabibləri olaraq görünürlər. Əvəz Qocayevin isə ümumiyyətlə öz şefindən də varlı olduğu və “Azəravtoyol”da sədrdən daha çox söz sahibi olduğu qeyd edilir.

Bəs onlar bu qədər sərvətə necə sahib olublar? “Azəravtoyol” ASC-nin rəhbərliyi bütün bu iddilara necə aydınlıq gətirə bilər və sahib olduqları gözqamaşdırıcı sərvətin mənbəyini açıqlaya bilərlərmi? Bu mənbə dövlət büdcəsi deyil ki?..

Ölkə prezidentinin yolların abadlaşdırılması və yeni yolların salınması məqsədi hər il bu quruma ayırdığı vəsaitlərin neçə faizi Saleh Məmmədovun və onun müavinlərinin cibinə axır və yolların keyfiyyətsiz çəkilməsi bahasına bu insanlar hər il öz sərvətlərini nə qədər artırırlar?






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:03 Saleh Məmmədovun Agentliyində nə baş verir? - İLGİNC Bir neçə gün öncə dövrü mətbuatda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevə məxsus olduğu iddia edilən çoxmilyonluq varidatın siyahısı yayılmışdı. Qeyd edək ki, Əvəz Qocayevin var dövləti barədə elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumat
16:45 "Elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik" - Prezident İlham Əliyev Aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılıb. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Qeyd edək ki, bu gün Prezident İlham
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
19:53 Ağstafada gənclərin hərbi xidmətə yola salınması “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin
11:40 Dərman milyonları kimin cibinə axır? - VİDEOLAR “Mənim narahatçılığım dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az