Millimiz Finlandiya ilə heç-heçə etdi
8-10-2021, 23:20
Yazar: Samir
Baxılıb: 87
Çap et
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2023-ün seçmə mərhələsində Finlandiya ilə qarşılaşıb.
Bunadək səfərdə Xorvatiyaya 0:2, Avstriyaya 0:6 hesabı ilə uduzan yığma uğursuz seriyaya son qoyub.
Komandamız Sumqayıtdakı “Kapital Bank Arena”nı bir xalla tərk edib – 1:1. 66-cı dəqiqədə “Fulhem”in hücumçusu Teri Ablade qırmızı vərəqə alsa da, millimiz 9 dəqiqə sonra qapısında qol buraxıb. Bununla belə, U-21 millimizi Rauf Hüseynlinin 86-cı dəqiqədə vurduğu top məğlubiyyətdən xilas edib.
Qeyd edək yığmamız hazırda A qrupunda 1 xalla beşinci sıradadır.
www.mediaxeberleri.az
Öz şərhini bildir: