t s

» » Ailəsi onu atdı, özündən 30 yaş kiçik tələbəsini aldı – Bu gün ölən Xalq artistinin həyat hekayəsi

Ailəsi onu atdı, özündən 30 yaş kiçik tələbəsini aldı – Bu gün ölən Xalq artistinin həyat hekayəsi

8-10-2021, 20:26 Yazar:  Samir Baxılıb: 210 Çap et
Ailəsi onu atdı, özündən 30 yaş kiçik tələbəsini aldı – Bu gün ölən Xalq artistinin həyat hekayəsi
Bu gün dünyasını dəyişən Xalq artisti Ağakişi Kazımov haqda maraqlı məlumatları təqdim edirik.

Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə Ağcabədidə anadan olub.

1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alır.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edir.

Ali təhsilini başa vurandan sonra o, təyinatla Quba Dövlət Dram Teatrına baş rejissor göndərilir. Bir neçə il orada işləyəndən sonra Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin “Duel” dramını, diplom işi kimi isə C.Cabbarlının “Aydın” əsərini tatarca hazırlayır.



Daha sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrında əvvəl baş rejissor, sonra direktor kimi çalışır. “Müsibəti Fəxrəddin”, “Toy”, “Arşın mal alan”, “Xoşbəxtliyə gedən yol”, “Büllur sarayda”, “Od gəlini”, “Vaqif”, “İkinci səs” və başqa tamaşalara quruluş verir.

Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

Ömrünün Akademik Milli Dram Teatrına həsr edən aktyor 2010-cu ildə teatrdan ayrılır. Müsahibələrinin birində rejissor bu barədə deyir:

“Almaniyaya getmişdim. Həkim mənə dedi ki, sənə nə olub, özünü psixoterapevtə göstər, tir-tir titrəyirsən. Dedimi, şoka düşmüşəm, çünki sevimli teatrımdan ayrılmışam, şok içindəyəm. Dedi, get, ayrı teatrda işlə. Dedim, yox, axı 52-ci ildən mən gözümü açıb bu teatrda işləmişəm.”



Teatrdan uzaq qalan aktyor həmkarı Cənnət Səlimova ilə Gənc Tamaşaçılar Teatrında birgə işləməyə can atsa da, Cənnət xanım ona müsbət münasibət bildirməyib. Aktyor müsahibələrinin birində xatırlayır:

“Cənnət Səlimovanı mən öz çiynimdə dördüncü kursdan beşinci kursa keçirmişəm. Hələ tələbə ikən o, rəqs qurmalı idi və gəldi ki, “Ağakişi, mən rəqs qurmalıyam rəqsim boş qalıb”. Dedim, dəli olmusan? Sən Telli, mən Vəli, bu saat onu qurarıq. Qurduq, oynadıq, indiyə qədər o institutda müəllimlər o nömrəni xatırlayır. İndi də biz onunla bir kafedrada işləyirik, mehribanıq, amma görürəm ki, Cənnətdə qısqanclıq var. Deyirəm, Cənnət, mən də gəlim bir-iki tamaşa verim, deyir, məndə yeddi rejissor var, yer yoxdur. Bax bu da var və adamı yandırır. Bəs mənim vaxtımda sənin özünü elə beş dəfə çağırmışdım ki, ay Cənnət... Gənc Tamaşaçılar Teatrının baş rejissoru olduğum 20 il ərzində kimlər istəyirdi gəlib orada tamaşa qoyurdu, çünki mən onlardan qorxmurdum. Bilirdim ki, nə qədər tamaşa qoysalar, gəlib mənim səviyyəmə çatmayacaq. O sözdən sonra yalvarsa da, ora getmərəm”.

Ağakişi Kazımovun 120-yə yaxın tamaşası olsa da, o, özü bunlardan yalnız onunu yaxşı hesab edib, o biri tamaşalarına isə xaltura kimi yanaşıb.



Rejissor Ağakişi Kazımov iki dəfə ailə qurub. Birinci xanımından ayrılandan sonra o, tələbəsi, Gənc Tamaşaçılar teatrının aktrisası Mehriban Abdullayeva ilə tanış olur. “Solğun çiçəklər” televiziya tamaşasının çəkilişləri vaxtı onların işgüzar münasibəti sevgiyə çevrilir və Ağakişi Kazımov özündən 30 yaş kiçik olan aktrisa ilə münasibətlərini rəsmiləşdirir. Aktrisa müsahibəsinin birində xatırlayır:

“Ağakişi Kazımov mənə həm sənətdə, həm də həyatda dəstək olub. Eşidirdi ki, onunla mənim haqqımda söz-söhbət gəzir, mənə deyirdi, başını sal aşağı, işinlə məşğul ol. Bu barədə heç vaxt açılmazdı. İndi bilirəm ki, o da o söz-söhbətlərdən əziyyət çəkib, amma üzə vurmayıb. Onunla mənim haqqımda yayılan dedi-qodunun heç bir əsası yox idi. İndiyə qədər bu barədə nə o, nə mən danışmışıq. Hər gecə ağlayırdım. Ola bilər, məhz bu şayiələr bizim tez ailə qurmağımıza mane oldu. Bu gün o əsassız söz-söhbətlərin səbəbkarı olan adam həyat yoldaşımdır. Kaş, elə o vaxt - o yersiz söhbətlər yayılan vaxt evlənəydik. Onsuz da Ağakişi Kazımovu ailəsi atıb getmişdi. Ona qarşı olan sevgim tamam başqa bir şeydir. Ağakişi ilə saatlarla, günlərlə, illərlə durmadan söhbət edək, bezmirik. Sözsüz anlayırıq bir-birimizi. Yaş fərqi məni qorxutmur, onun yaşı 75-i keçib, mənimki 45-i. Yalnız ona peşmanam ki, çoxdan evlənməmişik, indi övladlarımız olardı, illəri bada verməzdik.”

Ağakişi Kazımovun bioqrafiyası ilə bağlı daha bir maraqlı məqam təkrarolunmaz aktyor, Xalq artisti Yusif Vəliyevlə bağlıdır. Belə ki, Yusif Vəliyevin həyat yoldaşı Zemfira xanımın sözlərinə görə, aktyorun ölümünü tezləşdirən rejissor Ağakişi Kazımov olub. Aktrisa bu barədə deyir:

“Yusifi bu dünyadan yox edən Gənc Tamaşaçılar Teatrının baş rejissoru Ağakişi Kazımov olub. O, həm də bizimlə qonşu idi, onlar səkkizinci mərtəbədə yaşayırdılar, biz 9-da. Yusif rəhmətə gedəndən sonra o və arvadı mənim başıma nə oyunlar gətirdilər. Axırda mənim qonşularım onları polisə verdilər. O, Yusifi teatrda repertuardan çıxarmışdı. Yoldaşım ölənə qədər bu münasibəti gördü. On il bu cür nəhəng aktyor rolsuz qaldı. Mən hətta demişdim ki, Ağakişi Yusifin qəbrinin üstünə gəlməsin. Amma gəldi. Yusiflə vida mərasimi işlədiyi teatrda deyil, evimizdə oldu. Çünki ona layiq olduğu qiyməti vermədilər”.

Ağakişi Kazımov ötən il noyabrın 28-də öz ad günündə insult keçirir. Xəstəxana şəraitində müalicə alsa da, səhhətindəki problemlər səngimək bilmir.

Uzun sürən xəstəlikdən sonra Xalq artisti bu gün - 8 oktyabr 2021-ci ildə dünyasını dəyişir.

Mənbə: Kulis.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az