t s

» » Silahlarımızla düşmənə göz dağı (VİDEO)

Silahlarımızla düşmənə göz dağı (VİDEO)

24-02-2015, 02:15 Yazar:  Aygün Baxılıb: 564 Çap et
Silahlarımızla düşmənə göz dağı (VİDEO)Azərbaycan sərgidə 172 adda məhsullarla iştirak edir

Azərbaycanın istehsal etdiyi silahlar Birləşmiş Ərəb Əmirliyində beynəlxalq sərgidə nümayiş olunur. Müdafiə Sənayesi Nazirliyi bu dəfə də yeni məhsullarını təqdim edib.

Beynəlxalq müdafiə sərgisini silah diplomatiyası da adlandırmaq olar. Məhz silah sərgisində ayr-ayrı ölkələrə aid müdafiə sənaye şirkətləri bir araya gəlir və razılaşmalar əldə edirlər.

Fevralın 26-a qədər davam edəcək “İDEX-2015” sərgisi dünyanın 5 ən iri sərgisindən biri hesab olunur. Azərbaycan burada 172 adda müdafiə təyinatlı məhsullar iştirak edir. Sərginin iştiraskçılarının əsas məqsədlərindən biri iştirakçı ölkələrin yeni məhsulları ilə tanış olmaq və tərəfdaş münasibətləri yaratmaqdır. Bu baxımdan sərgidəki ayrı-ayrı ölkələrə aid stendləri gəzən Azərbaycan nümayəndə heyətinin Cənubi Afrika və Fransadan olan istehsalçılarla təmasları diqqət çəkirdi.

Cənubi Afrikanın tanınmış “Paramount Group” şirkəti sərgidə geniş bir ərazidə zirehli döyüş maşınlarını, döyüş helikopterlərini və pilotsuz uçuş aparatlarını, hərbi gəmilərin maketlərini nümayiş etdirirdi. Bu stendlə yaxından maraqlanan müdafiə sənayesi naziri Yavər Camalovun Cənubi Afika Respublikasının “Paramount Group” şirkətinin rəhbərliyi ilə görüşündə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi.

Bu sərgi Azərbaycan üçün həm də 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” beynəlxalq müdafiə sənayesi sərgisinə iştirakçıların cəlbi olunması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan stendinin ayrıca bir güşəsində “İDEX” sərgisinin iştirakçıları Bakıda keçiriləcək “ADEX” sərgisinə dəvət olunur.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:15 Yavər Camalov: "Azərbaycan özünü artilleriya və tank mərmiləri ilə tam təmin edəcək" “Əgər biz 2009-cu ildə İstanbulda iştirak etdiyimiz sərgidə 27 adda məhsul nümayiş etdirmişiksə, bu gün IDEX-də artıq 170 addan məhsul nümayiş etdiririk”. Bunu “Report”a açıqlamasında Əbu-Dabidə keçirilən IDEX-2015 beynəlxalq müdafiə sərgisində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov
21:00 BƏƏ-də İDEX-2015 beynəlxalq müdafiə sərgisi öz işinə başlayıb Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində İDEX-2015 beynəlxalq müdafiə sərgisi işə başlayıb. Mediaxeberleri.az-ın apa-ya istinadən verdiyi məlumata görə, dünyanın müxtəlif ölkələrindən 1500-dək şirkətin qatıldığı sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) də stendlə
21:28 BDU-da “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda tədbir Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Dövlət Universitetində (BDU) “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda maarifləndirmə tədbiri keçirib. BDU-dan AzərTAc-a bildiriblər ki, tədbirdə universitetin həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri,
20:21 Erməniləri qorxudan süjet (VİDEO) Cəbhədə gərginliyi artıran Ermənistanın qazandığı getdikcə sayı artan itkilərdir. Mövqelərində də, Ermənistanın içərilərində də yaranan çaxnaşma, qorxu, səksəkədir. “Global Firepower” təşkilatının hazırladığı reytinq cədvəlində Azərbaycan hərbi gücünə görə dünya ölkələrinin sırasında Ermənistandan
00:02 Azərbaycanda ödənişli avtomobil yolları ilə bağlı - YENİ XƏBƏR Nazirlər Kabineti qaydalara dəyişiklik edib. Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az