t s

» » Ruhiyyə Abbaszadə: TİLSİMLİ ŞEİRLƏR...

Ruhiyyə Abbaszadə: TİLSİMLİ ŞEİRLƏR...

8-10-2021, 11:14 Yazar:  Gülnarə İsrafil Baxılıb: 235 Çap et
Ruhiyyə Abbaszadə: TİLSİMLİ ŞEİRLƏR...Yazıçı-şair Gülnarə İsrafillə, Bakıda tanış olmuşam. Ədəbi yaradıcılığından söhbət açmazdan əvvəl, istəyirəm bu gözəl xanimin şəxsi haqqında bir neçə söz deyim. Gülnarə İsrafil, dəyərli yazar olmaqla bərabər, həm də vətənini, xalqini, torpağını sevən, əsl vətənpərvər bir vətən övladıdır. Haqqa bağlı, dosta sadiq, açıq sözlü, üsyankar bir xanımdır. O, səhvini insanın özünə deyər, arxasıyca danışmaz. Hər zaman qaynar həyatın içindədir. Gözəl təbliğatçılığı və təşkilatçılığı ilə daima diqqət mərkəzindədir. Bu odlu-alovlu xanımın, əslində ipək kimi yumşaq və kövrək ürəyi var. Hamidan gizli-gizli ağlayan gözləri var. Onu yaxından tanımaq üçün, onun kimi dürüst biri olmalıdır insan...
***
Ədəbi yaradıcılığına gəldikdə isə, Gülnarənin şeirləri qəribəlik və tapıntı dolu şeirlərdir. Hansı ki, o şeirləri oxuyursan, bəzən saatlarla düşünməyə vadar edir səni. Bu yaxınlarda Xəzan ədəbi-bədii jurnalının yeni sayında şairin dərc olunan bir neçə şeiri məni bu yazını qələmə almağa sövq etdi. Xəzan ədəbi-bədii jurnalında diqqətimi çəkən “Saat Tilsimi” uğurlu şeirdir. Bu beş bəndlik şeirin içində indi ki həyatla səsləşən çox dərin mənalar yatır. İnsanı adi deyil, daha qeyri-adi düşüncələrə qərq edir. Bu şeirdə giley hamının gileyi kimi izah olunmayıb. Tapıntı sözlərlə ifadə olunub. Bir gun ərzində dəfələrlə bu şeiri oxumuş, öz şəxsi statusumda da paylaşmışam...
Bir Dədə ozan ola, həm yoza, həm də bir-bir tilsimini aça, Gülnarə İsrafilin bu dərin məna sehr dolu şeirlərinin açmasını, tilsimini qırmaq çox çətindir, bəzən birini tapa bilmirsən, deyirsən görüm o birində tapıb qırım görürsən bu o birindən də tilsimli, tapıntı...
Əslində Oxucu bir az zəhmət çəkib o şeirlərin dərinliyinə baş vurmağı bacara bilsə, özu də yoza bilər, aça bilər tilsimini. Çün ki, Gülnarə özü dərin düşüncə sahibi olduğu üçün, şeirləri də düşündürücüdür.Arif ol, ağıllı ol, dərin həyat təcrübən olsun, bu fəlsəfi şeiri aç, tök ortaya.
Şeirində şair yazır:

Niyə ölüm gizlənir bu şəbehin içində?
Bəxtəvərin sisində,duyğular azarlanır.
Bu gün həyatda gördüklərimiz, yaşadıqlarımızla əslində Şəbehin içində deyilikmi? Həyat, teatra, tamaşaya dönməyibmi?...
Və ya:
-Bir zahid əl yelləyir,gedən gələn sarvana,
Elə bil ki,oturub dinin düz ortasında.

Nə gözəl ifadə,nə gözəl tapıntı! Hər Quran oxuyandan molla olmaz fikrinin istinad nöqtəsi...

Gülnarənin şeirlərinin mənası çox şaxəlidir. Onun bir misrasında, bəzən bir neçə məna yatmış olur. Oxuyursan, düşünürsən, axtarırsan, tapırsan və beynində bir-birindən maraqlı nəticələr təzahür etməyə başlayır. Daha iki misraya diqqət edək:

-Yol verilsin bu bəxtli,bəxtəvər yola gəlsin,
Dənizlərin çılğını daşlamasın sahili.

Anladığım qədəri bu misranın yozumunu belə yozdum mən: Bu adamın bəxti gətirib, bəxtəvər dəmir qapılıdı. Çılğındı, daşlayır hamını elə...
Nə deyim, çox yazmaq olar Gülnarənin Qələmi haqda. Onun qələmi Sözun hər iki cəbhəsində qüvvətlidir. Nəsr sahəsində də uğurlu qələmi var Gülnarə İsarafilin. Mən ondan yeni- yeni,hekayələr, romanlar oxumağı arzu edirəm.Əziz Qələm dostum!

Ruhiyyə Abbaszadə.
Yazıçı-şair. 07.10.2021




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:47 Oğruların dostu, milislərin düşməni, ulduzu oğurlanmış QƏHRƏMAN (FOTO) Gəncədə bəlkə də ən çox onun haqqında rəvayətlər gəzir... Kimi onun dəli-doluluğundan, kimi cinayətkar ələmlə yaxınlığından, kimi də şəhər parkında qətlə yetirilməsindən danışır. O, Sovet İttifaqı Qəhrəman adına layiq görülmüş ilk azərbaycanlıdır. Həm də təkcə Azərbaycanda yox, İkinci Dünya
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az