t s

» » Mədəniyyət Nazirliyi Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yayıb

1-10-2021, 21:40 Yazar:  Samir Baxılıb: 179 Çap et
Mədəniyyət Nazirliyi Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yayıb
Mədəniyyət Nazirliyi tanınmış müğənni Səyyad Əlizadınin ölümü ilə bağlı nekroloq yayıb.

Mediaxeberleri.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə itki üz verib!

Müğənni Səyyad Əlizadə ömrünün 63-cü ilində vəfat edib.

Sənətçi 1958-ci il avqustun 6-da Füzuli rayonunun Babı kəndində anadan olub.

İlk təhsilini Babı kəndindəki orta məktəbdə alan S.Əlizadə uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. Təhsil aldığı illərdə "Arzu" Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı olub.

1987-ci ildə ilk albomu işıq üzü görür.Mərhum sənətçi "Gözlərimin yaşı", "Bəyaz gecələr”, "Gül ki, ürəyim gülsün", "Bizim Metropoliten" kimi mahnıların ifaçısı olub.

Allah rəhmət elsin!"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:57 Səyyad Əlizadənin son durumu açıqlanıb Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin son durumu açıqlanıb. Qohumu "Report"a bildirib ki, müğənninin vəziyyətində heç bir irəliləyiş yoxdur. "Həkimlərlə danışmışıq. Dedilər ki, Səyyad Əlizadənin durumu sabit ağır olaraq qalır. Heç bir müsbət dəyişiklik yoxdur", - sənətçinin qohumu
09:37 RUSİYA QARABAĞDAN NİYƏ ƏL ÇƏKMİR? – “Sülhməramlı” missiyanın yekun məqsədi nədir? Yazılı tarixi qaynaqlara görə, Qafqaz mütəmadi olaraq müxtəlif dövlətlərin strateji hədəfi olmuşdur. Regionun əlverişli geosiyasi durumu, ticari münasibətlərin təminatı üçün münasib coğrafi keçid qovşağı, təbii sərvətləri və iqlimi, qonşu əraziləri nəzarətdə saxlamaq perspektivləri, təbii olaraq,
16:38 İlham Əliyev Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladı Prezident İlham Əliyev Xalq artisti Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, nekroloqda deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı,
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az