t s

» » Ordumuza hücum əmri bu an verilmişdi

Ordumuza hücum əmri bu an verilmişdi

27-09-2021, 07:30 Yazar:  Samir Baxılıb: 169 Çap et
Ordumuza hücum əmri bu an verilmişdi
27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı məhz bu anda başlamışdı.

Ermənistan silahlı qüvvələri iyulda Tovuz təxribatına əl atmış, avqustda isə Azərbaycana diversiya qrupu göndərmişdi. Hər iki cəhdin qarşısı qəti şəkildə alınsa da, Ermənistan rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ilə Azərbaycana qarşı növbəti işğal planlarını açıq müstəviyə keçirmişdi və bu “ideyanı” təxribatlarla davam etdirmək niyyətlərindən əl çəkmirdilər.

Nəhayət, 27 sentyabra keçən gecə Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan atəşkəsi pozması və irimiqyaslı təxribatının qarşısını almaq və 30 illik işğala tamamilə son qoymaq üçün Azərbaycanın Ali Baş Komandanı səhər 06:00-da əks-hücum əmri verdi.

Bu saatdan başlayaraq, Ordumuz bütün cəbhə boyu hücuma keçdi və sonradan “Dəmir yumruq əməliyyatı” adlanacaq Vətən müharibəsi başladı.

Yada salaq ki, ermənilərin 30 ildir möhkəmləndikləri dördqat müdafiə xəttini bir neçə dəqiqəyə yaran Azərbaycan Ordusu əməliyyatın ilk həmləsindəcə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd OSA zenit-raket kompleksini məhv etmiş, səhər açılana qədər artıq bir neçə kəndi azad etmiş, strateji yüksəklikləri ələ keçirmişdi.

44 günlük savaş ərzində Azərbaycan Ordusu hətta manevr etmək üçün bircə dəfə də olsun bir addım geri çəkilmədi, 10 noyabr tarixinə qədər yalnız irəli getdi və 30 illik işğala son qoydu...Axar.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
12:30 Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR 2020-ci il 27 sentyabr tarixdən etibarən başlayan İkinci Qarabağ müharibəsi cənab Prezident, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə kimi yazıldı. Sülh yolu ilə getmək
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az