t s

» » "GDU ilə bağlı KİV-də gedən yazılar reallığı əks etdirmir"

"GDU ilə bağlı KİV-də gedən yazılar reallığı əks etdirmir"

5-10-2015, 08:39 Yazar:  Aygün Baxılıb: 511 Çap et
"GDU ilə bağlı KİV-də gedən yazılar reallığı əks etdirmir"Gəncə Dövlət Universiteti fəaliyyətə başladığı ilk illərdən özünün yüksək ixtisaslı pedaqoji kadr potensialı ilə seçilmiş və bu gün də həmin ənənəni davam etdirir. GDU-da indi 500-dən artıq professor-müəllim heyəti çalışır. Professor-müəllim heyətindən 2 nəfəri Əməkdar Elm xadimi, 15 nəfəri Əməkdar müəllimdir. Onlarla pedaqoqumuz orden, medallara və diqər dövlət təltiflərinə layiq görülmüşdür.

Təhsil sisteminin Boloniya proqramı üzrə qurulması unuversitetimizin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir. Auditoriya, fənn kabinə və laboratoriyalarının texniki vasitələrlə təchizi, dərslərin vizual izlənməsi, müəllimlərin mühazirələrinin elektron variantlarının hazırlanması, imtahanların kompyuterlərlə götürülməsi (yalnız xüsusi qabiliyyət tələb edən fənlər: musiqi, rəsm, idman və s. istisna olmaqla) həm tədrisin səviyyəsinin yüksəlməsinə, həm də daha obyektiv qiymətləndirmə şəraitinin yaranmasına səbəb olmuşdur.

Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Universitet çərçivəsində təhsilin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə bir neçə istiqamətdə komissiyalar təşkil edilmişdir. Bu komissiyaların tərkibində də universitet elminin və tədrisinin aparıcı qüvvələri səfərbər edilmişdir.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

Bu il Gəncə Dövlət Universitetinə 1239 nəfər tələbə qəbul olmuşdur. Onlardan 66 nəfəri 500-600 arası, 5 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.Qəbul imtahanlarında respublika üzrə ixtisas seçiminə görə GDU ilk 5 universitet arasındadır.Yeni tədris ilində tədris binaları yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verəcək maddi-texniki baza ilə zənginləşdirilmişdir. Kafedralar, auditoriyalar, o cümlədən Zoologiya kafedrasında 1 labarotoriya, Botanika kafedrasında 2 laboratoriya, Kimya kafedrasında 3 laboratoriya tam təhciz olunub və müasir avadanlıqlarlarla təmin edilmişdir. Universitet yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilmiş, ağıllı lövhələr, ağ lövhələr, surətçoxaldan, digər texniki vasitələr alınmış, bütün kafedralar, şöbə və dekanlıqlar və struktur bölmələri kompüterlərlə təchiz olunmuş, tədris binaları arasında fiberoptik kabellərlə “Gigabit ethernet ” texnologiyası vasitəsilə lokal şəbəkə yenilənmiş, yüksəksürətli (15 meqabit) internetə çıxış təmin edilmişdir.Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən korpuslara ”Fiber optic kabel”in çəkilişi uğurla başa çatdırılmışdır.

Fasiləsiz işləyən İnternet xətti professor-müəllim heyəti və tələbələrin operativ informasiya mübadiləsini təmin edir.Tədris prosesinin informasiya texnologiyaları, proqram vəsaitləri, laboratoriya və texniki avadanlıqlarla təminatı Dövlət Təhsil Standartlarına uyğundur.Universitetin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.

Universitet tələbələrinin lazımi səviyyədə təhsil almaları ilə bərabər, sağlam insan kimi yetişmələri də rəhbərliyin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, tələbələrimiz dəfələrlə idmanın müxtəlif növlərində şəhər və Respublika yarışlarının qalibi, yaxud II, III yerlərə sahib olmuşlar. Bu tədris ilində II korpusun həyətində yeni mini futbol meydançası, basketbol meydançası yaradılmış, futbol meydançasının ətrafında qaçış zolağı artıq tələbələrin istifadəsinə verilmişdir.

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalı fəaliyyətini dayandırdıqdan sonra Gəncə Dövlət Universitetinin balansına keçirilmiş Cavadbəy Rəfibəyli, 57 ünvanda yerləşən tədris binasında əsaslı təmir işləri aparılmışdır. Yaxın vaxtlarda isə qaçqınlar yaşamış və bərbad hala salınmış yataqxanaların müasir standartlara uyğun əsaslı təmirinə başlanacaqdır. Bütün bunlar tələbələrin rahat yaşamalarına və layiqli mütəxəssis kimi hazırlanmalarına geniş imkan yaradacaqdır.

GDU-nun Kimya kafedrasının nəzdində olan Fiziki və kolloid kimya laboratoriyası yenidən qurulub əməkdaşların və tələbələrin istifadəsinə verilmişdir.

Laboratoriyada tələbə və müəllimlərin rahat işləmələri üçün münasib iş şəraiti yaradılmış, fənn üzrə məşğələlər aparılmasına tələb olunan bütün avadanlıqlar alınıb quraşdırılmış, şkaflarda səliqəli şəkildə yerləşdirilmişdir.

Bu günlərdə Gəncə Dövlət Universiteti üçün daha bir uğurlu hadisə olmuşdur.Universitetdə Fransa Respublikasının Azərbaycandakı səfiri cənab Paskal Mönye ilə görüş olmuşdur .Görüşdə səfirliyin əməkdaşlıq və mədəniyyət üzrə müşaviri Yoan Şiterer və əməkdaşlıq və mədəniyyət üzrə attaşe Vansan Lorenzini də iştirak etmişdir.Səfir cənab Paskal Mönye universitetdə Fransa dövlətinə, onun mədəniyyətinə, dilinə xüsusi diqqətə və səmimi görüşə görə təşəkkürünü bildirərək qeyd etdi ki, həqiqətən Gəncə Dövlət Universitetində fransız dilinə xüsusi münasibət var və bu dilə qarşı maraq ildən-ilə artır. Fransiz dili müəllimliyi ixtisasinda oxuyan tələbələrin sayı artiq 100 nəfəri keçmişdir. Bu sahədə Fransız dili kafedrasının əməkdaşlarının, xüsusən kafedra müdiri Məhərrəm Orucovun əməyi təqdirəlayiqdir. Fransa Respublikası Azərbaycan Fransa əlaqələrini yüksək qiymətləndirərək fransız dilinin Azərbaycanda təşviq olunmasında nümunəvi əməyi olan Məhərrəm Orucovu MENB1429007D saylı Fərmanla Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif etdi.

Amma bu ugurlarımıza baxmayaraq bəzi kütləvi informasiya vasitələrində universitetimiz haqqında silsilə xarakterli məqalələr yayımlanır.Gəncə Dövlət Universiteti ilə bağlı son günlər mətbuatda gedən məqalələrdə göstərilənlər böhtandan başqa bir şey deyil, universitetin və onun rektorunun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, universitet rektoru dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün valideyn və tələbələr tərəfindən təqdir olunur.Son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, o cümlədən çoxlu kompyuter dəstinin və digər informasiya texnologiyaları avadanlıqlarının alınması, müasir standartlara cavab verən tədris laboratoriyasının yaradılması, idman zalının,tədris binalarının əsaslı təmiri və digər tədbirlər təhsil müəssisəsində elmi və kadr təminatına nə dərəcədə önəm verildiyini göstərir. Bütün bunlara baxmayaraq, bir sıra mətbuat orqanlarında universitetin işgüzar nüfuzuna xələl gətirən informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır. Belə qənaətə gəlinir ki, universitetdə şəffaflığın yaradılması, dərsə davamiyyət səviyyəsinin xeyli yaxşılaşdırılması, tədris prosesində interaktiv metodlardan geniş istifadə edilməsi, beynəlxalq əlaqələrin genişlənməsi kimi tədbirlər rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir. Yəqin universitetlə bağlı gedən böhtan xarakterli yazıların “naməlum mənbə”si də bu sindroma ciddi şəkildə yoluxmuş, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərlə barışa bilməyənlərdəndir. Bir daha bildiririk ki, Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.Saytlara dərc olunmaq ücün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları Gəncə Dövlət Universitetinin bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik.

Biz bu məqalələrə görə hörmətli jurnalistləri günahlandırmırıq, nə də onlardan incimirik, çünki jurnalistlər aldığı informasiyanı yazır. Bizə tam və dəqiq məlumdur ki, bu böhtan xarakterli informasiyanı mətbuata ötürənlər universitetdəki şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərlə barışa bilməyənlərdəndir. Bütün jurnalistlərə, yazarlara dərin hörmət və ehtiramımızı bildiririk və inanırıq ki, tərəfsiz media prinsiplərinə sadiq qalaraq gedən yazılara münasibətimizi saytınızda yerləşdirəcəksiniz.


Hörmətlə, ELÇİN CAVADOV
Gəncə Dövlət Universitetinin dosenti,
texnika elmləri üzrə fəlsəfə doktoru.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:16 Gəncə Dövlət Universitetində yeni laboratoriyanın açılışı oldu 17 sentyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsində yeni bir sevincli gün yaşandı. Fakültənin Kimya kafedrasının nəzdində olan Fiziki və kolloid kimya laboratoriyası yenidən qurulub əməkdaşların və tələbələrin istifadəsinə verildi. Bu münasibətlə çıxış edən
16:17 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ QIZĞIN İŞLƏR GEDİR Gəncə Dövlət Universitetində yeni dərs ilinə yüksək səviyyədə başlamaq üçün tətil müddətində təmir işlərinə start verilmişdir. Baş binanın həm həyət hissəsində, həm də binanın özündə bəzi vacib işlər görülüb qurtarmaq üzrədir. Binanın bərbad vəziyyətdə olan həyət sahəsində abadlıq işləri aparıldı,
02:06 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ YENİ DƏRS İLİNƏ TAM HAZIRDIR Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə Dövlət
19:30 Müəllimlər İnstitutunun filiallarının bağlanması səbəbləri açıqlandı Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğv edilməsi səbəbləri barədə açıqlama yayıb. Nazirlikdən verilən məlumata görə, bu qərar ali təhsil şəbəkəsinin rasionallaşdırılması, müəllim kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və bu
20:57 Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə Gəncə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az