t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdı

Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdı

21-09-2021, 12:49 Yazar:  Samir Baxılıb: 68 Çap et
Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdı
Rüşvət ittihamı ilə həbs edilən Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin cinayət işi üzrə bəzi məqamlar bəlli olub.

Mediaxeberleri.az-ın əldə etdiyi məlumata görə, ittihama əsasən, İmran Ağayev koronaviruslu xəstələrin Hospitalın “VİP korpusu”na yerləşdirilməsi qarşılığında köməkçisi Qulu Orucov vasitəsilə qanunsuz şəkildə pul yığıb.

Q.Orucov ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməlləri etiraf edib: “Hospitalda qeydiyyatçı vəzifəsində işləyirdim. Eyni zamanda İmran həkimin qeyri-rəsmi köməkçisi idim. İmran Ağayev “Medi Style” klinikasının direktoru olduğundan həmin klinikada baş həkimin müavini vəzifəsində işləyən Lamiyə Əzizova ilə də qiyabi tanışlığım var idi. Lamiyə bir neçə dəfə “Medi Style”a müraciət etmiş COVID-19 xəstələrinin bizim Hospitala yerləşdirilməsini xahiş edib. Aprelin 10-da Lamiyə ərinin qohumları olan iki nəfərin xəstəxanaya yerləşdirilməsini xahiş etdi. Buna görə 4 min manat verməsini dedim. Xəstələr hospitala yerləşdirildikdən sonra palatada onlardan pulu aldım. Daha sonra İmran həkimin otağında özünə verdim”.

Q.Orucovun sözlərinə görə, baş həkim bu işin qarşılığında ona 200 manat “şirinlik” verib. O, həmçinin etiraf edib ki, 2021-ci ilin martında hospitalda müalicə alan FHN-in əməkdaşını pul müqabilində 20-ci korpusdan “VİP korpus”a köçürüb. Bu iş üçün aldığı 500 manatı baş həkimə verib. İmran Ağayev həmin puldan ona 100 manat qaytarıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Lamiyə Əzizova və Qulu Orucov xəstələrin klinikaya yerləşdirilməsi və ödənişlə bağlı məsələləri vatsapda yazışaraq həll ediblər. Həmin mesajları təqdim edirik:

Lamiyə Əzizova: Qulu müəllim, VİP razılaşdı. Ambulansı göndərirəm, 4 min manat ödəniş edəcəklər. Ər-arvaddırlar, yoldaşımın qohumlarıdır. 30 dəqiqəyə orada olacaqlar. Analiz verməyiblər, artıq orada gotürərlər də.

Bundan sonra L. Əzizova xəstələrin şəxsiyyət vəsiqəsinin şəkillərini ona göndərib.

Q.Orucov: Mən indi bunları 14-ə keçirim, 14 verim bunlara, ya 18? 14 bildiyiniz məhşur 14-dür. 18 isə yeni açılan VİP-dir. Yaxşı rentgen elətdirərik.

L.Əzizova: Vallah bilmirəm ki, siz hansını məsləhət görürsüz. Ətrafları genişdir, gedib reklam edəcəklər. Yaxşı yer deyin.

İmran Ağayevin köməkçisi Qulu Orucov və Lamiyə Əzizova daha sonra ödənişin necə ediləcəyi ilə bağlı danışıblar. Q.Orucov ödənişi kimə edəcəklərini soruşub.

L.Əzizova: Sizə etsinlər də. Ambulansa 600 ödəyəcəklər, qalanını da ora ödəsinlər, ya ambulansa?

Q.Orucov: Yox, səhər özüm gedəcəyəm yanlarına, birinci 18-ə verirəm. Bəyənsələr qalarlar orada, bəyənməsələr 14-ə keçirərəm. Özüm götürərəm, 14-də indi boş palatam yoxdur.

L.Əzizovanın “Onda mən heç nə deməyim özlərinə orada başa salarlar, qəbulda” mesajına cavab olaraq Q.Orucov “Nə başa salsınlar? Heç kimə pul deməsinlər, səhər mən yaxınlaşacağam” yazıb.

Q.Orucov: Lamiyə xanım istəyirsizsə, Təcili Tibbi Yardıma ödəniş eliyəndə “summa”nı da ödəsinlər. Sizə necə uyğundursa, elə də edək. Mən indi gecə orada deyiləm, istəmirəm orada kiməsə versinlər, kimsənin məlumatı olsun bununla bağlı. İstəyirsizsə, təcili tibbi yardıma versinlər, onlar da sizə çatdırar, siz özünüz doktora verərsiniz. Necə istəyirsiz.

L.Əzizova: Yox, daha bir də desəm, özümə qarşı şübhə yaradacağam, dedim səhər sizə yaxınlaşacaqlar.

Q.Orucov: Yaxşı, nə vaxt gəlirlər? 15-ə verəcəm, 15-ci korpus (VİP)

Səhəri gün Q.Orucov Lamiyəyə “Sabahınız xeyir, mən onlara dəydim, keflərini soruşdum, siz özünüz danışa bilərsiniz o məsələni? Üstlərindədirmi, gedim götürümmü mən onu?” mesajını yazıb.

L.Əzizova isə “Qulu müəllim, mən onlara demişdim ki, səhər sizə yaxınlaşacaqlar, yəni deyəcəklər ki, ödənişi edin. Siz yaxınlaşıb deyə bilərsiniz, ödənişə görə yaxınlaşmısız. Bir də onlara deyin ki, ödənişi mənə edəcəksiniz, vəssalam, onlar biləcəklər”.

Baş həkim İmran Ağayev isə ittihamlar üzrə özünü təqsirli bilməyib. O, hospitalda müalicənin tamamilə pulsuz olduğunu bildirib: “2020-ci ilin iyul ayından FHN-in Tibb Xidmətinin rəisi Kamran Əliyevlə “Medi Style” Hospital MMC-nin direktoru kimi müqavilə bağladıq. Əvvəllər həmin xəstəxanaya xəstələr Təcilli Tibbi yardım briqadaları, eləcə də müxtəlif özəl xəstəxanalardan gətirilirdi. 2021-ci ilin fevralından TƏBİB-in göstərişi əsasında xəstəxanaya yalnız Təcilli Tibbi yardım briqadaları tərəfindən gətirilən xəstələr yerləşdirildi. Lamiyə məndən qohumları ilə bağlı məsələni xahiş edəndə bildirdim ki, kiminsə pul müqabilində xəstəxanaya yerləşdirilməsi mümkün deyil. Lakin vətəndaş Təcili Tibbi yardım maşını ilə deyil, hər hansı özəl klinikanın öz ambulans maşını ilə xəstəxanaya gətirəndə özəl klinikaya ödəniş edə bilər, bunun xəstəxanaya heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, İmran Ağayev Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadənin bacısı oğludur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az