t s

» » Bakı azad olunanda ermənilərlə birgə döyüşən farslar...

Bakı azad olunanda ermənilərlə birgə döyüşən farslar...

15-09-2021, 19:47 Yazar:  Samir Baxılıb: 217 Çap et
Bakı azad olunanda ermənilərlə birgə döyüşən farslar...
Tarix elmləri namizədi, dosent Zaur Əliyev Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə maraqlı paylaşım edib. O, 1918-ci il 15 sentyabrda Bakı işğaldan azad olunanda azərbaycanlılara və Qafqaz İslam Ordusuna qarşı vuruşanlardan 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni əsgəri, 383 rus əsgəri, 4 ingilis əsgəri və 113 nəfər müxtəlif millətin nümayəndəsinin əsir götürüldüyünü yazıb. Dosent əsir götürülənlər içərisində İrandan türklərə qarşı döyüşmək üçün gələn fars zabit və əsgər heyətinin olduğunu da vurğulayıb.

Qeyd olunan tarixi faktlarla bağlı Axar.az-a danışan Zaur Əliyev məlumatları bir neçə arxiv sənədlərindən əldə etdiyini bildirib:

“Bu məlumatların yer aldığı konkret bir mənbə yoxdur. Rəqəmlər bir neçə sənəd əsasında formalaşmış fikirdir. Bu sənədlər kiminsə məktubunda, polis idarəsinin qeydiyyatında, rusların, inglislərin arxivində və s. var. O zamanlar daşnakların əsas dəstəkçisi rus bolşevikləri idi. Bizə qarşı döyüşən rusların bəziləri çar hökümətindən narazı olanlar, bəziləri bolşevik fikirli fəhlə-kəndlilər idi. Ayrıca, daşnaklara erməni iş adamları həddən artıq çox pul xərcləyirdilər. Onlar tərəfindən vuruşan rusların çoxu silah və pul üçün gəlirdilər”.

İrandan türklərə qarşı döyüşmək üçün gələn farslara gəlincə isə Z.Əliyev qeyd edib ki, həmin şəxslər daşnak dəstələrinin üzvləri olub:

“Bakıya gələn ermənilər sadəcə İrəvan erməniləri deyildi, onlar arasında Suriya, Livan, Türkiyə, Rusiya, Yaxın Şərq və İran erməniləri də vardı. Ermənilər silahlarını İrandakı kilsələrdə saxlayırdılar. Ermənilərə ordan silah daşıyıb gətirirdilər. Ermənilərlə bərabər onlara qoşulub gələn farslar da var idi. Həmin farslar daşnak dəstələrinin üzvləri idi”.

O, Bakı azad olunduqdan sonra əsir götürülənlərin aqibəti barədə də danışıb:

“Əsir alınanların bəziləri Azərbaycan Xalq Cümhuriyyəti dövründə amnistiyaya düşdü. Lakin onlardan böyük əksəriyyəti bolşeviklər hakimiyyətə gəldikdən sonra azad olundular. Demək olar ki, həbsdə çox az qaldılar”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az