t s

» » Hadrutun kəndlərinə hücum əmri verən komandir HƏBS EDİLDİ

Hadrutun kəndlərinə hücum əmri verən komandir HƏBS EDİLDİ

15-09-2021, 01:07 Yazar:  Samir Baxılıb: 122 Çap et
Hadrutun kəndlərinə hücum əmri verən komandir HƏBS EDİLDİ
Köhnə Tağlar və Çaylaqqala kəndlərində erməni hərbçilərin əsir götürülməsi işində təqsirləndirilən polkovnik-leytenant Arsen Kazaryan həbs edilib. Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Kazaryan döyüş vəzifəsi və ya hərbi xidmət qaydalarını pozmaqda, xidmətdə səhlənkarlıqda, döyüş sahəsini icazəsiz tərk etməkdə, hərbi hissədən və ya xidmət yerindən icazəsiz imtina və silahla hərəkət etməkdən imtina etmək maddələri ilə ittiham olunur.

Hazırda Kazaryan həbs edilib, ibtidai istintaq davam edir.

Qeyd edək ki, qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə soxulmaqda təqsirləndirilərək həbs olunan ermənilər də məhkəmədəki ifadələrində onların komandirlərinin A.Kazaryan olduğunu və məhz onun əmri ilə həmin ərazilərə yollandıqlarını etiraf ediblər.

Xatırladaq ki, 62 erməni hərbçisi Hadrut rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə hücum zamanı Azərbaycan ordusu tərəfindən əsir götürülüblər. Hadisə üçtərəfli bəyannaməsinin imzalanmasından sonra baş verib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
08:25 Rus sülhməramlıları həddi aşdı: Yeni “xəritə” nədir? Dekabrın 11-də Hadrut ətrafında baş verən insident, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyata Rusiya sülhməramlılarının reaksiyası və Rusiya Müdafiə Nazirliyinin “sülhməramlıların yerləşdiyi ərazinin xəritəsi”ni yeniləməsi ciddi bir problemi gün üzünə çıxartdı. Nə baş verir?
16:34 Prezident onlara rütbə verdi - 3 sərəncam Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az