t s

» » Nuru Paşanın məzarı ziyarət olundu

Nuru Paşanın məzarı ziyarət olundu

15-09-2021, 00:58 Yazar:  Samir Baxılıb: 83 Çap et
Nuru Paşanın məzarı ziyarət olundu
1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru paşa və onunla birlikdə savaşan 27 əsgərin dəfn edildiyi məzar-abidə kompleksi ziyarət olunub.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları Nuru paşanın məzarüstü abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mərasimdə çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu Qafqaz İslam Ordusu və Nuru paşanın Türkiyə, Azərbaycan və bütün türk dünyası üçün əhəmiyyətli şəxsiyyət, Türkiyənin silah sənayesinin qurucusu olduğunu bildirib.

Bakının və Azərbaycanın bir çox bölgəsinin erməni işğalından azad olunmasında böyük rol oynayan Nuru paşanın və əsgərlərinin dərin ehtiramla anılmasının hər iki qardaş ölkənin vətəndaşlarının onlara vəfa borcu olduğunu vurğulayan S.Qaraqoyunlu onun qələbədəki tarixi rolundan danışıb, Türkiyədən Azərbaycanadək uzanan qəhrəmanlıq yolundan bəhs edib. Bildirilib ki, Osmanlı ordusu Bakının azad olunması üçün keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verib. 1918-ci ildə Bakının azad edilməsi tarixin ən böyük zəfərlərindən biri adlandırılıb. Aradan uzun illərin keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusunun qardaşlıq köməyi heç vaxt unudulmayacaq və Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

Azərbaycanın müstəqilliyi yolunda canından keçən bütün soydaşlarımızın daim rəhmətlə anıldığını bildirən S.Qaraqoyunlu deyib: “Əsrlər boyu davam edən Türkiyə-Azərbaycan həmrəyliyi Azərbaycanın 44 günlük Vətən müharibəsində də özünü göstərdi. Keçmişdə və bu gün olduğu kimi, bu birlik tarix durduqca davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

Tədbirdə hər iki ölkədən olan ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.Axar.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:59 15 Sentyabr - Bakının Qurtuluşu və qardaşlığımızın əbədiləşdirildiyi Gün 15 sentyabr - Bakının düşmən işğalından azad edildiyi gündür! 103 il öncə qəhrəmanlarımızın reallaşdırdığı bu tarixi hadisəni, bu günkü Azərbaycan Respublikasının mövcudluğunun əsas tarixi təməllərindən biri və Azərbaycan-Türkiyə qardaşlığının əbədiləşdirildiyi hadisə kimi qiymətləndirmək
15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
09:40 BU GÜN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR 2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR Mediaxeberleri.az xəbər verir ki, 02 mart 1949-cu il həyatı boyu neçə-neçə şanlı qələbələrə və müzəffər yürüşlərə müəlliflik etmiş Nuru paşanın (1889-1949) haqq dünyasına qovuşduğu gündür. Müzəffər yürüşlərə müəlliflik etmiş
10:43 Bakının azad edilməsinin 101-ci ili: “Al Bakını! Vətəninə bir altun ərməğan apar!” 101 il il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğalçılardan azad etməsi Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı
08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az