t s

» » Vaksini bədəndən “təmizləmək” mümkündür?

Vaksini bədəndən “təmizləmək” mümkündür?

14-09-2021, 22:40 Yazar:  Samir Baxılıb: 45 Çap et
Vaksini bədəndən “təmizləmək” mümkündür?
Türkiyədə qadağalara görə koronavirusa qarşı məcbur vaksin vurduran bəzi vətəndaşlar “peyvəndi bədənlərindən çıxarmaq üçün” müxtəlif vasitələrdən istifadə edirlər.

Bu barədə professor Güner Sönməz “Haber Global”a danışıb.

Onun sözlərinə görə, bəzi insanlar bu məqsədlə zəli, həcəmət və müxtəlif vasitələrdən istifadə edirlər.

Professor həmin şəxslərə müraciət edərək bildirib ki, peyvəndin bədəndən çıxarılması mümkün deyil, fırıldaqçılar bu kimi vasitələrlə insanları aldadırlar: “Bunlar tamamilə pul tələsidir”.

Digər türkiyəli professor Mehmet Zencir də peyvəndin bədəndən çıxarılmasının mümkün olmadığını deyib. Onun sözlərinə görə, orta təhsilli tibb işçisi belə bunun qeyri-mümkün olduğunu bilir. İnsanların bu cür boş şeylərə inanması narahatlıq doğurur.

Qeyd edək ki, türkiyəli tibb bacısı bir nəfərin peyvənd vurdurduqdan sonra iynə vurulan yerə zəli yapışdırması ilə bağlı “Twitter”də paylaşım edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:03 Nazirlər Kabinetinin məlum qərarlarının elmi və tibbi əsası yoxdur - ETİRAZ “Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli qərarı və bu qərara dəyişikliklər edilməsi haqqında Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli qərarlarının hüquqi əsasları yoxdur”. Bu fikirləri Gununsesi.info-ya açıqlamasında uzun illər Milli Məclisdə çalışmış
10:55 Bəylə gəlinin zorən peyvəndlənməsi: - Övlad sahibi olacaq gənclərin sağlamlığına zərbə! Zərdabda ailə quran bəy və gəlinin yeni növ koronavirus əleyhinə vaksin olunmadığı üçün toya buraxılmaması sosial platformada müəyyən mübahisələrə yol açıb. Sputnik Azərbaycan-a vətəndaşların verdikləri məlumata görə, hətta rayonlarımızdan birində nikaha daxil olmaq üçün ərizə verən cütlüyə
13:34 Azərbaycanda kimlər peyvəndsiz sertifikat alacaq? - Məsələ hələ mübahisəlidir "Koronavirus əleyhinə peyvənd vurdurulması üçün əks göstərişləri olan insanlar üçün xüsusi sertifikatın hazırlanması nəzərdə tutulur". Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə
23:20 “Pfizer” vaksini ilə bağlı “özəl qaydalar” - Səhiyyə Nazirliyi pullu xidmətə "yaşıl işıq" yandırıb... Bir neçə gün əvvəl Azərbaycana koronavirusa qarşı ABŞ və Almaniya şirkətlərinin birgə istehsalı olan "Pfizer-BioNTech" vaksini gətirilib. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ilkin olaraq gətirilən 218 min doz vaksin Bakı Sağlamlıq Mərkəzində və 1 saylı Kliniki Tibbi Mərkəzin ambulator
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az