t s

» » Sabahdan Azərbaycanda benzinin qiyməti BAHALAŞACAQ

Sabahdan Azərbaycanda benzinin qiyməti BAHALAŞACAQ

14-09-2021, 22:33 Yazar:  Samir Baxılıb: 173 Çap et
Sabahdan Azərbaycanda benzinin qiyməti BAHALAŞACAQ
Azərbaycanda sabahdan etibarən "Aİ-95” premium və "Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək.

Mediaxeberleri.Az
-ın məlumatına görə, "Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, "Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.

Ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.

Qeyd edək ki, "Aİ-95” premium və "Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən "Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, "Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

(Oxu.az)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:36 Kənd təsərrüfatı naziri xalqı aldadır - İTTİHAM Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən də ərzaq təhlükəsiziliyinin təminatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, ortada ciddi nəticə yoxdur. Bazarlarda hələ də xaricdən gətirilən, bəziləri isə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları çoxluq
09:02 Aİ-92-nin bahalaşması yenidən müzakirədə Ekspert “benzin və dizelin bahalaşması qaçılmazdır” deyir; SOCAR rəsmisi: “Rusiyadan idxal başlanıb” Məlum olduğu kimi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ayın 1-dən təmirə dayandırılıb. Təmir prosesinin təxminən bir ay davam edəcəyi nəzərdə tutulur. SOCAR-ın mətbuat xidmətinin rəhbəri
23:00 Azərbaycanda benzinin qiyməti bahalaşdı - Rəsmi səbəb Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium və “Ai-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir. SOCAR-dan Report-a verilən məlumata görə, bunun səbəbi
20:00 Benzin və dizelin qiyməti bu gecə bahalaşacaq? – YENİLƏNİB + AÇIQLAMA Bu gün axşam saatlarından etibarən Bakıda satılan “AI-95 Premium” markalı benzinin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Məlumatlara görə, Tarif Şurasının qərarı ilə “AI-95 Premium” benzini bu gecədən yeni qiymətlə satışa çıxarılacağı gözlənilir. Bundan başqa, dizel yanacağının da qiymətində
09:24 Azərbaycanda benzinin qiyməti artdı Respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir. Mediaxeberleri.az xəbər verir ki, “Report”a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az