t s

» » “E-təbib” blutuzsuz işləmir: Peyvəndi insanın özündə “görür”?

“E-təbib” blutuzsuz işləmir: Peyvəndi insanın özündə “görür”?

14-09-2021, 21:26 Yazar:  Samir Baxılıb: 37 Çap et
“E-təbib” blutuzsuz işləmir: Peyvəndi insanın özündə “görür”?
“E-təbib” tətbiqinin blutuz aktiv edilmədən çalışmaması müzakirələrə və şübhələrə yol açıb.

Mediaxeberleri.az xəbər verir ki, “E-təbib” tətbiqini telefona yükləməklə, koronavirusla bağlı ən son məlumatları öyrənməklə yanaşı, şəxsin fərdi məlumatı, peyvənd sertifikatının olub-olmaması, test analizi və s. bütün informasiyalar, şəxsi kabinetdə isə fotosuna qədər görünür. Bu tətbiqin üstünlüklərindən biri də üzərində hər hansı bir sənəd götürmədiyin zaman şəxsi kabinetindəki məlumatla peyvənd sertifikatının informasiyalarını tutuşdurmaq və sertifikatın olduğunu sübut etmək imkanıdır.

Ancaq maraqlıdır ki, “e-təbib” tətbiqi blutuz açıq olmadan aktivləşmir. Üstəlik, peyvənd vurulduğu anda mobil telefonda olan bu tətbiqi aktivləşdirərkən, artıq bütün göstəricilər ekranda görünür. İstifadəçilər isə peyvənd vurulmasının tətbiqdə dərhal görülməsinə şübhə ilə yanaşırlar. İddialar da buradan yaranıb: tətbiq blutuz vasitəsilə peyvənd olunduğunu “görür”, buna görə də tətbiqin çalışması üçün blutuzun açılması şərtdir.

Bu şayiənin yayılmasının digər səbəbi isə “e-təbib”dən başqa heç bir tətbiqdə blutuzun aktivləşməsinin tələb edilməməsidir.

Mütəxəssislərin bildirdiyinə görə isə “e-təbib” tətbiqində blutuz şərti yaxınlıqda korona xəstəsinin olub-olmadığını telefon sahibinə xəbər vermək üçün hazırlanıb. Belə ki, korona xəstəsi evi tərk edərsə və yaxud hər hansı bir şəxsin test nəticəsi pozitiv çıxarsa, onun son bir neçə gündə ünsiyyətdə olduğu şəxslər həm də blutuz vasitəsilə müəyyənləşir və həmin şəxslər xəbərdar edilir. Belə çıxır ki, blutuz şərti olmasaydı, virusa yoluxmuş şəxslərin də gəzmələri, başqalarını yoluxdurmaq imkanları xeyli artardı.

Yəni “e-təbib” tətbiqində blutuz şərti proqramın daha faydalı olmasına hesablanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:03 Nazirlər Kabinetinin məlum qərarlarının elmi və tibbi əsası yoxdur - ETİRAZ “Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli qərarı və bu qərara dəyişikliklər edilməsi haqqında Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli qərarlarının hüquqi əsasları yoxdur”. Bu fikirləri Gununsesi.info-ya açıqlamasında uzun illər Milli Məclisdə çalışmış
07:53 Dərslər bu formada keçiriləcək - Baş Nazirdən YENİ QƏRAR Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Mediaxeberleri.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az