t s

» » Oğuzda sakinlər susuzluğa görə etiraz etdi - Video

Oğuzda sakinlər susuzluğa görə etiraz etdi - Video

14-09-2021, 13:31 Yazar:  Samir Baxılıb: 76 Çap et
Oğuzda sakinlər susuzluğa görə etiraz etdi - Video
Oğuz rayonunun Xaçmaz kəndində su qıtlığı yaşanır. Rayon içməli su ilə tam olaraq təmin olunsa da, kənddə bir neçə şəxs həyətinə qeyri-qanuni şəkildə əlavə su borusu çəkdirib. Bu səbəbdən suyun təzyiqi azalıb, nəticədə digər sakinlər susuz qalıb.

Bu barədə Axar.az-a kənd sakinləri məlumat verib.

Bildirilib ki, burada ümumilikdə 8 min nəfərə qədər sakin yaşayır. Kənddə 8 şəhid ailəsi var. Həmin şəhid ailələri də yay ərzində susuzluqdan əziyyət çəkiblər. Əhalinin kənd təsərrüfatına da ciddi ziyan dəyib. 10 gündən çoxdur, kəndin su kəmərinin əsas xətti də qəzalı vəziyyətə düşüb. Lakin su xəttinin təmiri ilə maraqlanan yoxdur. Su İdarəsinin rəisi isə edilən şikayətlərə məhəl qoymur.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, Oğuz rayonunun Xaçmaz kəndində baş verən sel və daşqınlarla əlaqədar çay yatağındakı mənbənin bir hissəsi yararsız vəziyyətə gəlib.

“Problemlə bağlı artıq həll planı var. Əlavə işlər görülüb. Çay yatağında baş vermiş qəza aradan qaldırılacaq. Kəndin su təminatı əvvəlki qaydada bərpa olunacaq”, - Anar Cəbrayıllı deyib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:29 Məktəblər bu il iyunun 30-da bağlanacaq - Nazirin yeniliyi şagirdlərə nə verəcək? İyunun 15-də ümumtəhsil müəssisələrində tədris başa çatsa da, bu dəfə Azərbaycanda məktəblər həmin tarixdən bağlanmayacaq. Təhsil Nazirliyinin qərarı ilə iyunun 16-dan yay məktəblərinə start veriləcək. Qırx dörd faiz yay məktəbinin təşkilinə "hə" deyib? Qeyd edək ki, Təhsil Nazirliyi yay
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
20:48 “Azərsu”ya axan milyonlar və “yezid” siyasəti… «Azərsu» Səhmdar Cəmiyyəti öz naqis-yarıtmaz fəaliyyəti ilə indi ölkə əhalisinin nifrətini qazanıb yazsam, güman ki, yanılmaram. Qurumun «xam»lığı o həddə çatıb ki, xalq arasında ona mahnı qoşanlar da var – məsələn, kəklik haqqında xalq mahnısı indi «Aman, «Azərsu» əlindən!» sözləri ilə oxunur,
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az