t s

» » Ağcabədidə heç kimin xəbəri olmadığı tenderi kimlər və necə keçirib? - İLGİNC FAKTLAR

Ağcabədidə heç kimin xəbəri olmadığı tenderi kimlər və necə keçirib? - İLGİNC FAKTLAR

14-09-2021, 11:55 Yazar:  Samir Baxılıb: 68 Çap et
Ağcabədidə heç kimin xəbəri olmadığı tenderi kimlər və necə keçirib? - İLGİNC FAKTLAR
Bir mətbuat orqanı olaraq hələ ötən il Ağcabədi rayonunda qeyri sağlam biznes mühitinin hökm sürdüyü barədə məlumatlar yaymışdıq. Həmin məlumatlarda regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində, bütün rayonlarda olduğu kimi Ağcabədidə də bir çox mühüm işlərin görüldüyü, infrastruktur layihələrinin həyata keçirildiyi bildirilirdi. Onu da əlavə etmişdik ki, Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yenidən qurulması, təmir və yenidənqurma işlərinin aparılmasını rayonda fəaliyyətdə olan bir-iki nəfərə məxsus MMC-lər tərəfindən həyata keçirilir. Bunun da monopoliyadan başqa bir şey olmadığını hər kəs çox gözəl bilir. Burada yuxarıda qeyd etdiyimiz işlər üçün ayrılmış dövlət vəsaitlərinin satınalmalar yolu ilə təyinatından kənarlaşdırılmasına şübhə yaradan nüanslar kifayət qədər çoxdur və bu barədə də dövrü mətbuatda çoxsaylı məlumatlar dolaşır.

Mediaxeberleri.az-ın bu yöndə apardığı araşdırmalar zamanı bu dəfə heç yerdə görsənməyən bir məsələ ilə üzləşib. Belə ki, Ağcabədi rayonunda əvvəlki adı Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda isə Ağcabədi Pedaqoji Kolleci kimi fəaliyyətdə olan təhsil müəssisəsinin keçirdiyi bir tender proseduru ilə bağlı dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumatlar sifarişçi qurumun da, podratçı təşkilatın da təəccübünə səbəb olub.

Qeyd etdiyimiz kimi, dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumata görə Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyəti sair xərclər üzrə 22.04.2019-cu ildə “YOL TƏMİR-TİKİNTİ İNŞAAT TICARƏT-18” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 531 000 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Lakin Ağcabədi Pedaqoji Texnikumunun direktoru və baş mühasibi onların belə bir tender keçirmədiklərini,belə bir MMC ilə satınalma müqaviləs bağlamadıqlarını bildirdilər. Podratçı təşkilatın qanuni təmsilşisi Bəhruz İsmayılov da redaksiyamıza zəng edərək belə bir müqavilənin bağlamadığını bildirdi. Ortaya suallar çıxır. Bu müqavilə bağlanılmayıbsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi ciddi bir dövlət qurumunun vahid elektron portalına haradan gəlib çıxıb, kim yerləşdirib?

Biz bir mətbuat orqanı olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik. Qurumun rəsmi internet portalında Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyətinin sair xərclər üzrə 22.04.2019-cu ildə “YOL TƏMİR-TİKİNTİ İNŞAAT TICARƏT-18” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 531 000 manat məbləğində satınalma müqaviləsi bağlanılması barədə məlumatı kimlər tərəfindən yerləşdirilməsinə aydınlıq gətirin. https://etender.gov.az/media/contracts-register

Yuxarıda qeyd etdiyimiz kimi Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyətinə verdiyimiz sorğuya cavab olaraq rəhbərlik tərəflərindən belə bir tenderin keçirilmədiyi bildirilir. Lakin apardığımız araşdırmalar nəticəsində Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyətinin yolların əsaslı təmiri üzrə 35,350 kvadratmetr işin görülməsini 2019-cu il aprel-dekabr aylarının satınalma planlarına daxil etdiyi məlumatları Dövlət Xidmətinin rəsmi portalına yerləşdirilib. https://etender.gov.az/procurement-plan/83 Bu müəmmalı tenderin keçirilməsinə Təhsil Nazirliyinin də, Hesablama Palatasında münasibət bildirməsini istərdik.

Qeyd edək ki, satınalma müqaviləsinin bağlanıldığı göstərilən “YOL TƏMİR-TİKİNTİ İNŞAAT TICARƏT-18” MMC-nin ixtisas göstəriciləri və maddi texniki bazası barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YOL TƏMİR-TİKİNTİ İNŞAAT TICARƏT-18” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində 22.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı AĞCABƏDİ RAYONU, YENİ QARADOLAQ, , ev 0, m. 0, qanuni təmsilçisinin isə İsmayılov Bəhruz Adil oğlu olduğu göstərilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:27 “Qaçqınkom”un qaçqın malını talayan ortaqları kimlərdi - İTTİHAM Uzun illərdir düşmən tapdağı altında olan Dağlıq Qarabağ 44 gün ərzində erməni işğalından azad olundu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin
12:41 Qubanın da öz TALANÇILARI VAR... - Suleyman Kərimov fəaliyyətə necə başladı... Bu günlərdə Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsinin 3 ayı tamam olacaq. Quba rayon Suvarma Sistemləri İdarəsində isə kadr dəyişiklikliyi ötən ilin dekabr ayında baş tutub. Suleyman Kərimovun artıq 7 aydır Quba rayon Suvarma
12:15 Rafil Hüseynov Ağcabədinin DİZİNİ NECƏ BÜKÜB... - İLGİNC FAKTLAR Bir neçə il öncə Ağcabədi rayon sakinlərinin yaşadığı sosial problemlərlə bağlı dövrü mətbuatda çoxsaylı şikayətlərə rast gəlinirdi. Bütün bir çox narazılıqların başında isə qaba xarakterli Şahin Məmmədovun durduğu bildirilirdi. Ağcabədi rayon İcra Hakimiyyətində başçı dəyişikliyi 2019-cu ilin
13:28 Səhiyyədə iynə,dərmandan əlavə, statistikadan da pul çıxarılırmış - İLGİNC FAKTLAR Son bir neçə ayda səhiyyə işçilərinin rüşvət üstündə tutulması ətrafında yayılan məlumatları geniş ictimaiyyət heç də birmənalı qarşılamayıb. Uzun illərdir səhiyyə sisteminə ayrılan milyonlarla dövlət vəsaitlərinin,aparılan islahatların bu sistemdə dəyişikliklərin baş verməsinə səbəb olmaması artıq
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az