t s

» » UEFA Çempionlar Liqasının qrup mərhələsinə start verilir

UEFA Çempionlar Liqasının qrup mərhələsinə start verilir

14-09-2021, 08:54 Yazar:  Samir Baxılıb: 41 Çap et
UEFA Çempionlar Liqasının qrup mərhələsinə start verilir
Sentyabrın 14-də futbol üzrə 2021-2022-ci il mövsümünün qrup mərhələsinə start verilir.

Mediaxeberleri.az
xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək. Onların altısı Bakı vaxtı ilə saat 23:00-da, ikisi isə 20:45-də start götürəcək.

Gecənin ən maraqlı görüşü “E” qrupunda yer alan komandalar arasında baş tutacaq. İspaniyanın “Barselona” klubu öz meydanında Almaniyanın “Bavariya” komandasını qəbul edəcək. Kataloniya təmsilçisi meydana ciddi itkilərlə çıxacaq. Belə ki, Serxio Aquero, Martin Breytueyt, Mussa Vaqe, Osman Dembele, Serxio Roberto və Ansu Fati oyunu buraxacaqlar. Jordi Alba və Serjino Dest meydana çıxıb-çıxmayacağı sual altındadır. Münxen təmsilçisinin isə heyətində bir futbolçu zədəlidir. O, yarımmüdafiəçi Korenten Tolissodur.

Bu qrupun digər görüşü Ukraynada oynanılacaq. “Dinamo Kiyev” doğma azarkeşlər önündə Portuqaliyanın “Benfika” komanasını qəbul edəcək.

“F” qrupunda mübarizə aparan UEFA Avropa Liqasının sonuncu qalibi İspaniyanın “Vilyarreal” klubu İtaliyanın “Atalanta” komandasını qəbul edəcək. Qrupun digər görüşündə “Yanq Boyz” (İsveçrə) və “Mançester Yunayted” (İngiltərə) komandaları münasibətlərə aydınlıq gətirəcək.

Günün bütün görüşləri aşağıdakılardır:

“E” qrupu

“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya);

“Dinamo Kiyev” (Ukrayna) – “Benfika” (Portuqaliya).

“F” qrupu

20:45 - “Yanq Boyz” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə);

“Vilyarreal” (İspaniya) – “Atalanta” (İspaniya).

“G” qrupu

20:45 - “Sevilya” (İspaniya) – “Zalsburq” (Avstriya);

“Lill” (Fransa) – “Volsburq" (Almaniya).

“H” qrupu

“Çelsi” (İngiltərə) – “Zenit” (Rusiya);

“Malmö” (İsveçrə) – “Yuventus” (İtaliya).

Qeyd edək ki, qrup mərhələsinin digər 8 qarşılaşması sentyabrın 15-də oynanılacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:12 Çempionlar Liqasının 6-cı turuna start verilir Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start veriləcək. Mediaxeberleri.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. Əvvəlcə E qrupunun oyunları oynanılacaq. “Zalsburq” “Liverpul”u qəbul edəcək. İngiltərə təmsilçisinin növbəti mərhələyə yüksəlməsi üçün
07:45 UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2019-2020-ci il mövsümü üzrə püşkatma mərasimi keçiriləcək. Mediaxeberleri.az xəbər verir ki, əsas raundda iştirak edəcək 32 komanda 8 qrupa bölünəcək. Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Turnirin yeni
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
15:04 Osman Nərimanoğlu DTX-nın həbs etdiyi dostu İkram Rafiqoğlunun müdafiəsinə qalxdı – Faktlar Demokratik.az-ın rəhbəri MŞ rəhbərliyinə açıq müharibə elan etdi Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Feysbuk” hesabında son vaxtlar hüquq-mühafizə orqanları və Mətbuat Şurası səviyyəsində reket jurnalistika ətarfında aparılan təmizləmə işlərilə bağlı maraqlı bir müəllif yazısı paylaşıb.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az