t s

» » İran Azərbaycandan Qarabağın "qisasını alır" - Təbriz ayağa qalxmasa...

İran Azərbaycandan Qarabağın "qisasını alır" - Təbriz ayağa qalxmasa...

14-09-2021, 07:59 Yazar:  Samir Baxılıb: 128 Çap et
İran Azərbaycandan Qarabağın "qisasını alır" - Təbriz ayağa qalxmasa...
İranın Xarici İşlər Nazirliyi sentyabrın 13-də diqqəti Xəzər dənizində Azərbayan-Türkiyə birgə təlimlərinin Xəzər dənizində bölgənin "sahil dövləti olmayan ölkənin hərbçilərinin iştirakına qoyulmuş qadağanın pozulmasına" yönəldib.

Bu günlərdə Xəzər hövzəsində Azərbaycan və Türkiyə təlimlərinin keçirilməsi ilə bağlı suala cavab verərkən, İran XİN rəsmi nümayəndəsi Səid Xətibzadə bəyan edib ki, «Xəzər dənizinin hüquqi statusu barədə» konvensiya (12 avqust 2018 il) buna dəqiq cavab verir. Xəzər hövzəsinin bütün 5 ölkəsi (Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan - Red.) razılaşıblar ki, bölgədə digər dövlətin hərbi iştirakı qanunsuzdur.

Bununla bərabər, rəsmi Tehranın nümayəndəsi qeyd edib ki, bu məsələ diplomatik kanallarla müzakirə olunur.

Xəbər verildiyi kimi, bundan əvvəl Azərbaycanın Müdafiə Nazirliyi birgə təlimlərin başa çatdığını bildirib.

Şübhə yoxdur ki, İranın (erməni dostu fars mollalarının!) bu bəyanatını Azərbayan tərəfin İran yük maşınlarının Azərbaycanın ərazisi olan Xankəndi ermənilərinə bizdən icazə almadan hərbi yük daşımasına etirazına gecikmiş cavab hesab etmək olar. Beləliklə, aydın olur ki, İran artıq erməni qardaşını açıq müdafiə etməyə və Azəbaycana qarşı açıq düşmənçilik siyasəti yeritməyə girişib.

Görünür, Cənubi Azərbaycan ayağa qalxmasa, mollaların ağlı başına gəlməyəcək. O zaman isə artıq gec olacaq…

Bu məqamda Allahşükürün gözündən iraq, bir salavat çevirmək lazım gələcək…




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
22:47 Müasir Azərbaycan dövləti Azərbaycanın tarixi-etnik torpaqlarının onda birində qurulub - Yasəmən Qaraqoyunlu Bu məqalə Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr olunur. Azərbaycan necə parçalandı. Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az