t s

» » Koçaryan Moskvaya dəvət olunub:“Paşinyana “qırmızı xətt” xəbərdarlığı...”

Koçaryan Moskvaya dəvət olunub:“Paşinyana “qırmızı xətt” xəbərdarlığı...”

13-09-2021, 21:14 Yazar:  Samir Baxılıb: 90 Çap et
Koçaryan Moskvaya dəvət olunub:“Paşinyana “qırmızı xətt” xəbərdarlığı...”
Rusiyanın hakim Vahid Rusiya Partiyası Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryanı Moskvaya dəvət edib. Məlumatı “Tert” qəzeti yayıb. Rusiyanın hakim partiyası R.Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırıb. Qəzetin məlumatına görə, səfər çərçivəsində, o, partiya liderləri ilə görüşəcək. Tərəflər regiondakı vəziyyəti müzakirə edəcəklər.


Səfər barədə “Sherg.az”a danışan Ağ Partiya sədri Tural Abbaslı bunun gözlənilən olduğunu vurğuladı:

“Təəccüblü bir şey yoxdur. Köçəryanın Rusiyanın adamı olduğu məlumdur. Moskva həm Ermənistandakı iqtidarla, həm də müxalifətlə işləmək, o cümlədən Köçəryanın hələ də onun təsiri altında olduğunu göstərmək niyyətindədir. Lakin bu, heç bir halda Azərbaycanla münasibətlərə təsir etməyəcək. Çünki Qarabağ məsələsində İrəvan “oyunçu” deyil”.

T. Abbaslı səfərin eyni zamanda Paşinyana mesaj olduğunu düşünür:

“Düzdür, Kremlin Paşinyanı Köçəryanla əvəz etməyə gücü çatmaz. Bunu edəcəyini bilsə, indiyədək edərdi. Nəzərə almaq lazımdır ki, xalq hazırkı iqtidarı dəstəkləyir. Və ictimai etimad baxımından, Paşinyanın alternativi yoxdur. Fəqət, Rusiya Paşinyana “qırmızı xətti” keçməmək barədə xəbərdarlıq edir”.

Kənan Novruzov




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
09:23 “Qarabağ klanı” meydana yeni lider çıxarır: Paşinyana rəqib Ermənistanın sabiq prezidenti Serj Sarkisyan sələfi Robert Köçəryanla yollarını ayırmağa başlayıb. Serj Sarkisyan Nikol Paşinyan hökumətinə qarşı mübarizədə yeni plan hazırlayıb. O, bir çoxlarının gözlədiyi kimi, ümidlərini heç də Robert Köçəryanın həbsdən çıxmasına bağlamayıb. Serj Sarkisyan
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az