t s

» » Gülnarə İsrafil: Əli dağı romanının təhlili

Gülnarə İsrafil: Əli dağı romanının təhlili

13-09-2021, 17:59 Yazar:  Gülnarə İsrafil Baxılıb: 137 Çap et
Gülnarə İsrafil: Əli dağı romanının təhlili
Azərbaycan ədəbiyyatına “Əli dağı” adlı, iki yüz qırx səhifəlik yeni nəsr əsəri daxil edildi. Kitabın üz qapağında Abusalamın atı özü və sevdiyi qızın şəkli karandaşla xüsusi olaraq işlənib, bu, maraqlı qapağın müəllifi, kitabın redaktoru, şair, memar, rəssam, Səxavət Talıblıdır. Romanın ön söz müəllifi, filologiya elmlər doktoru, professor, Vaqif Yusifli, korrektoru: Afiyət Tağızadədir. İlk dəfədir Afiyət xanımın adını eşidirəm, onun peşəkar korrektor olmadığı kitabda çoxlu sayda gedən probel və hərf səhflərindən məlum olur. Əlbəttə, kitab nəşrlərində ilk diqqət iki şeyin üzərində cəmlənməlidir, redaktorluq və korrektorluq. Bəziləri bu iki fərqli sahəni qatır, amma redaktor korrektora cavabdehlik daşımır. Redaktorun işi, mətnin sujet xəttini, poetik yönünü, obrazını, cümlə quruluşunu, təsvirlərini, dilini və s müəyyən edir. Korrektora nəzarət bir başa müəllifin işidir. O diqqət yetirməlidir ki, kitabın nöqtə-vergülünü yəni durğu işarələrini, ədəbiyyat səviyyəsi və savadı olan adam müəlliflə birlikdə işləyir. Müəllifin haqqıdır ki, durğu işarələrinə o cümlədən mətninə müdaxilə etsin!.
Gülnarə İsrafil: Əli dağı romanının təhlili
Kitab əsasən müəllifin şəcərəsindən bəhs edən poetik romandır. Kitabda bu şəcərənin İmam Hüseynin otuz dördüncü nəsli olduğu qeyd olunur. Kitabın ilk səhifəsində proloqda verilən ”Dəmirçilik” sənəti, üzərində ərəb əlifbası ilə yazılan Əli damğası türk protolarının yaratdığı yaşatdığı və günümüzə gətirib çıxardıqları ən ali sənət növüdür. İndi deyəcəksiniz Hz Peyğəmbər və ya Hz Hüseyn ərəb idi.
Onların türk olduqları və monoteistliyi dünyaya yaymaqları ayrıca bir bəhsi əhatə edir. Üç əlamət deyə bilərəm, elatlıq, dəmirçilik, döyüşkənlik bunlar türklərin özünə məxsus dədə-baba sənətləridir. Kitabda yazıldığına görə dilimizdəki “Allah sinənə Əli, Vəli dağı çəksin!” deyimi ordan gəlib deyə ehtimal verilir, bizim toponimlərimiz zənginliyimiz və el qarğışlarımız folklora çevrilib kifayət qədər bu barədə mətnlər mövcuddur. Bizim dəlillərimiz imkan verir ki, monoteistlik bizim mədəni irsimizdir deyək. Daş babalar, arxoloji, topoloji göstəriciləri köç karvanları, dəmirçiliklə yanaşı seramik qabları, xalıları- toxunuşu, ilmələrin icadını, üzərinə vurulan naxışları, heykəltəraşlığı və onun kimi qiymətli keçmişimizi əhatə edən bu kiçik müqəddimədə qədim xalqın qəhrəmanlığı, döyüşkənliyi, elatlığı adamın gözlərində canlanır. “Ərəb məndəndir, mən ərəbdən deyiləm” Rəsul Əkrəm. Burda, müəllif özü də bilmədən irsini dayandığını və dayanacağını müəyyənləşdirir.
Əfşan xanım bilməzdi ki, bu əsəri yazanda bizə mollaların günaşırı təqdim etdikləri və ya təlqin etdikləri ərəb və ya qeyri millətdən yaratmaq istədikləri Peyğəmbərlər modeli bilincli şəkildə asemilasiyaya uğradılmış eyni şəcərənin carçılarıdır. Kitabda övlüyalığın adı keçir, bu bir mənalı olaraq övlüyalıq deyil, övlüyalıq qazanıla bilir, seyidlik və ya şəcərə davamiyyətdir, həmin damğa övlüyalığı yox, nəsil davamlılığının pridmeti hesab olunur.
Proloqun uzun olması: Azərbaycan nəsr ədəbiyyatında sərhədləri sındırmaq deməkdir. Yazıçılar hansısa qaydalara uymalıdır deyə bir qanun yoxdur, əsas onun məğzini çatdırmaqdır, yazıçı bu məğzi çatdırır. Onu da xüsusi olaraq vurğulamalıyam ki, əsərdə redaktorun nəfəsi aydın hiss olunur. Bu kitabı oxuyanda xeyli üzərində zəhmət çəkildiyi özünü bəlli edir. Proloqun birinci cümləsi: “Hava bulanmışdı.”Möhtəşəmliklə başlayır. Belə bir ifadə qarşıma demək olar ki, çıxmayıb. Havanın qaralmağı, tutulmağı, üstün toza bulanmağı, palçığa bulanmağı, bunun kimi onlarla cümlə tapmaq olar, amma belə möhtəşəmliklə rəngi səmanın cizgisində təsvir etmək peşəkarların işidir. “Hava bulanmağı”nın içində işlənmiş cümlələrin hamısının rəngi, mənası, uğultusu, vahiməsi, işığı vəhdət daşıyaraq öz özlüyündə evrən dəyişikliyinin baş verməsi ifadə olunur. Səhifə axıra qədər beləcə ahənglə sona çatır.
Proloqda hadisələr qırıq-qırıq cərəyan edir. Qırx üçüncü səhifədə mətnə aramlıq gəlir. Düşünürəm ki, bu əsərin ən maraqlı hissəsi proloqdan başlayır, dağınıq olduğuna görə. Oxucu praloqun dağınıqlığından yorulmazsa, əsərə keçid edəndə fərqliliyi hiss edəcək. Ədəbiyyatda çılpaq sözlərdən hər formada istifadə etmək mümkündür. Burda bir cümlədə gedən ifadə: “Ağanın ayaqlarını ovcuna alıb duz kimi yalayan xanımını görəndə, Meharlı onun qarşısında diz çökdü.” Könül istəyərdi ki, onun yerinə daha poetik bir cümlə qurulmuş olaydı. Əlbəttə bu qüsur sayılmaz, toplumsal inancda tüprükdən sidq ürəklə inandığına görə şəfa tapanlar da var. Bunun dinlə və kəramətlə əlaqəsi yoxdur, inandığına görə inamı onu xilas edir vəziyyətdən. Burda toplumun düşüncə çərçivəsi çılpaqlaşır. Başqa bir parçada dinin əhkamına son dərəcə itaət etdiyindən Mustafa Pəri ilə evlənməyə borclu qalır. Burda naməhrəm qadının ayağını öpməyi dinə görə niyyətə və anidən baş verdiyinə görə günah hesab olunmur. Lakin, Pəriyə toxunanda özündə nəsə bir şey hiss etdiyindən evlənmək qərarına gəlir, Pərinin gəncliyi və gözəlliyi onu imana aparır. Əslində yazıçı o hissləri də verməli idi ki, oxucular çaş-baş qalmasınlar. Bir də din əqidəsi olanlar niyyətin nə qədər önəmli olduğunu bilir. Hər halda bu kitabı təkcə dindar kəsim oxumadığına görə incə məqamlara diqqət etmək vacib idi.
İslam dinində Həcacın minlərlə şiəni qılıncdan keçirməsi, Peyğənbər ailəsinə düşmən kəsilməsi tarixi faktlara söykənir. Bəli, Həccac dini qəbul etməyən, Əməvi xəlifəsi idi. Ölənlərin sayı yüz iyirmi min nəfəri ötürdü...
Bu da faktdır ki, öngörlük həmin geni daşıyan şəxslərin hamısına lütv olunmuşdu.
Sujetlərdə bir az mübaliğəyə ras gəlmək olur, bir tərəfdən də mistik təfəkkür forması yaradılır qara Mustafanın yanmış ağacı yerə basırıb sabaha tumurcuqlatması, bu bir növ Əhmədağa Əhmədovun kitablarındakı mistik nağıllara bənzəyir. Bədii əsərdə bu xırdalıqlar haqqında qısa məlumat verməyi özümə borc bildiyimdən məsələyə müdaxilə edirəm. Elə şeylər var ki, zaman mütləq yetişməlidir. O da bir həqiqətdir ki, Peyğənbər və onun nəslinin son adamına kimi hamısı ölümü əvvəlcədən ruhən qarşılayıblar...
Əsərin əvvəlində adlar şəcərə bir-birnə qarışır. Və hadisələrin qırıq-qırıq, tez-tez cərəyan etməsi təsvirsiz sadəcə nəql olunur. Xonçanın qardaşı Məhəmməd əlli dördüncü səhifədə Ərəbistana ildırım sürəti ilə gedib, əlli beşinci səhifədə qapqara yanıb təhsilini başa vurmuş halda geri qayıdır. Keçidlər nəfəs almır. Arada nə isə bir hadisə baş vermir. Umumi olaraq kitabda zaman xətaları, həm də keçid xətaları var. Bu məsuliyyət həm yazıçının, həm də redaktorun üzərinə düşən məsuliyyətdir. İki Məhəmmədin adı altmış üçüncü səhifəyə qədər dolaşır, sonra məlum olur ki, dayı bala ikisinin də adı Məhəmməd imiş. Ərəbistana gedən dayısı, Tiflisə gedən bacı balası imiş. Sujet xətti və fikir aydınlığı istənilən səviyyədə oxucuya təqdim olunmur, şəcərəni xatırlamaq üçün, Xancan kim idi proloqa qayıtmalı olursan. Arada Xancanın şıx Mustafanın nəvəsi, Məhəmmədin də nəticəsi olduğunu oxucuya aydınlatmaq lazım idi. Oxucu proloqa qayıdıb zəhmət çəkir. Bu kitabda müəllifə yüngülvari bir haqq da qazandırmaq istəyirəm ki, şəcərə yazmaq və onu bədiləşdirmək çətindir.
Şəcərə belədir: Şıx Mustafanın iki oğlu olur.. Aslan, İslam. Aslan dünyasını atasından az sonra dəyişir. Xancan Aslanın oğlu olur, Xancanın oğlu da, Tiflisdə oxuyan Məhəmməd. O, Məhəmməd ki, sonra Mirzə Cəlilin əsərlərini tərcümə edəcək. Xancanın bir qardaşı da Əmircan olur. Şıx Mustafanın ikinci oğlu İslam. İslamın yeddi qızdan sonra bir oğlu olur Abusalam adında. Bu şəcərə ikinci qol sayılır.
Əsərin müsbət tərəfi dilin rəvanlığıdır, qədim dil zənginliyini özünə toplayır. “Tafqır”” Quşqun””Ağul””Döşbağı” “Dəhrə”kimi sözləri misal çəkmək olar, kitabda zəngin söz və toponimlər, poetik cümlələrdən yola çıxır “İllər quş qanadında uçurdu” cümləsində köhnəlik təmiz ana, nənə dilini yada salır, belə cümlələr çoxdur.
Kitabda ürfün, ən-ənənin sileyi-rəhimin vacibliyi, qonşuların, qohumların, bu yaxınlara qədər mehribanlığı, xəbisliyin olmaması, xüsusən bu şəcərənin bir-birinə hörməti növbəti səhifələrdə qeyd olunur. Aydın dillə desək, balaca Məhəmməd Tiflisdə təhsil almağa gedəndə Qori seminariyasında Cəlil Məmmədquluzadənin diqqətini çəkir sonra da onun əsərlərini müxtəlif dillərə tərcümə edir. Başda qarışıqlıq olsa da, sonrakı keçidlər qaydasına düşür. Mirzə Cəlilin əsərlərinin ikinci müəllifi Xancadan olma Muhəmməddir. Mirzə Cəlilin Qori seminariyasında dərs aldığı Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsdiq olunur. Burdan belə bir nəticəyə gəlmək olur ki, bu kitab bədii əsər olmaqla yanaşı, həm də faktlara söykənən şəcərəni həqiqətlə uzlaşdırır. Bir sözlə, əsər, mistiq, bədii, təsvir və təqiq olunmuş əsərdir.
Toponimlər: Şamaxı yolunda Qızlar bulağı, Göyçay-Şamaxı yolunun üstündə Bəddərə. Alaçıq, qalaça, toponimləri bəylikləri andırır. “Qızlar bulağı” Azərbaycanın ən qədim şəhərlərindən biri, Naxçıvanda da mövcuddur. Günəş yaxımında Araz boyu üfüqdəki yeddi rənglər o yüksəklikdən sayılır..
Dua: “Allah heç kəsin çörəyini təknədə tək eləməsin!” Cümləsindəki yük Abusalamın təkliyinə yönəlir. Həqiqətən də düşünəndə oğlan təknədə tək olur. Xalqımızın milli görüşündə oğlan uşaqları ümid, arxa, davamiyyət və dayaq sayılırdı.
Abusalam bölümündə yetmiş doqquzuncu səhifədə Veysəloğlundan sonra İbrahimin kimliyinə dair növbəti gəlişə maraq yaranır. Bu bölümdə böyüklərin soruşmadan qərarı, qərara baş əyilməsi, iyirmi birinci əsrə qədər xalqın yaşadığı hörmət prizmasıdır. Əslində isə bu kor adətlərdə gedən ömür nəzərə alınmır.
Atın, itin dil bilməsi onların vəfalı olduğunu folklor, hələ də, insanlara aşılayır. Kitabda din, folklor, mistik təfəkkür, dilin rəvanlığı, poetik çevirim, hiss, həyəcan, təsvirlər, dialoq, tərz öz gücünü qoyur.
Yaşmaq gələnəyi, dinin təkmil formasından adətlərə çevrilmişdi, yazıçı, bu təsvirləri olduğundan da ustalıqla oxucuya çatdırır. Yuxarıda Mirzə Cəlilin “Qori” seminirayasında Məhəmmədlə görüşü geniş verilməsə də yəni detallarla, şəcərə xəttinə uyğun olaraq əsas Məhəmmədin varlığı və gördüyü işlər çatdırılır. Onun “Şərq-rus” qəzetindəki əməkdaşlığı Mirzə Cəlilə də yol açır. Nəhayətdə “Ölülər” əsərini fars dilinə tərcümə edir.
Yaxın keçmişə qədər əmi qızı əmi oğluna alınırdı, xüsusən köklü nəsillər qızı başqasına vermirdilər. “Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilir” misallarımız da, burdan gəlir.
Boşanmış və ya ərsiz qızın evdə qalması günah sayılırdı. Bir çox yerlərdə qardaşı ölübsə, gəlin evin digər oğlu ilə evləndilirdi, onun başqası ilə evlənməsi şərəfsizlik hesab olunurdu. Gəlin qapıdan girdisə, öləndə qəbirə sallanmalıydı. Bu qanun peyğəmbərlərin vaxtından qalma idi. Şəcərədə eyni qanun baş verir. Kiçik qızla boşanmış qızı Muhəmmədlə İbrahimə alırlar.
Keçmişdə Allahın adı gələndə qonaq saxlamaq boyun borcu kimi qəbul edilirdi. İnsanlar inanırdı ki, başına bir bəla üz veribsə, Allahın qonağını qaytardığına görə baş verib. Bu əsərdə Abusalamın gecələməsi incə məqama gəlir. El misallarımız: “Allaha da qurban olum, qonağına da”. Çoban burda mərdliyi, kişiliyi, adamlığı öz əməli və nəfsi istəkləri ilə yerə vurur, Abusalam kəsdiyi çörəyə görə səssiz qalır və atını çapır..
Məhəmmədin “Qori” semnariyasını yarımçıq buraxması müəmmadı...
Məhəmməd “Qori” seminariyasında təhsil alırsa, gənc yaşlarında Mirzə Cəlillə birlikdə çar rusiyasının dövründə min səkkiz yüz səksən ikinci ildə təhsil alır, “Qori” on səkkiz yaşında gəncləri qəbul edirdi. Çar rusiyasının dağılması sovetin qurulması arasında otuz səkkiz il hökm sürür, bu elə də böyük bir rəqəm deyil. Birinci fəsildə “Bəddərə”də saxlanan qaçaq quldurları konkret ad çəkilmədiyinə görə çar rusiyası ilə döyüşən onları qəbul etməyən dəstə kimi yozmaq olar. Bütün hallarda keçid açıq qalır. Məhəmməd nə hadisə baş verdi ki, seminariyanı yarımçıq buraxdı?
İkincinci fəsildə əsər çar rusiyasının süqutundan danışır artıq. Buraya qədər olan şəcərə düzgün şəkildə tamamlanır. Biz, nə qədər də desək bu tarixi roman deyil, tarixi şəxsiyyətimiz Cəlilin adı və məşhur əsəri bu fikirə mane olur, sujet xətti öz ustalıqla öz axarını qoruyur.
Yulğun ağacı: Azərbaycanda nadir bitki növünə daxildir. Təbii yolla yayılıb. Dünyada bu ağacın səksəndən çox növü mövcuddur. Bu həm kol, həm də ağac halında bir bitkidir. Ağac növü dörderkəkcik yulğun adlanır quraqlıq, sucuq yerlərdə çoxalır. Kitabda yulğun ağacından söhbət gedir Abusalam atını yulğun ağacına bağlayır. Ağac haqqında oxucuya yeni təbii bilgilər ötürür.
İkinci fəsil demək olar ki, İbrahimlə Məhəmmədin həyatını əhatə edir. Sovet hökumətinin amansız ideologiyası qardaşı qardaşa satdıran mənəviyyatsız tərəfləri, bu şəcərinin sona qədər bağını qopara bilmir. İbrahimin talançılıq etməyi əlbəttə xalqdan yox, sovetin yalaqlığını edənlərdən normal qəbul olunurdu, çün ki, dağlarda dəstəsi nə isə yeməli, silahlanmalı idi. Təkcə şəxsi mənafeyini güdmürdü həm də kasıbları sevindirirdi. Xalq sovet ideologiyasının yer zündəki cənnətinə, inanmışdı, inanmağa məcbur edilmişdi. Bu bölümdə də axıcılıq eyni qaydada davam edir, nəql olunur, hiss, dialoq, davranış hissləri yerində, dilin rəvanlığı, axıcılıqda maneə yoxdur.
Bir yerdə yazıçının dini bilgisinin az olması yazıçını ələ verir. Hörümçək haqqında: “Peyğəmbər əfəndimizi Yezid tərəfdarlarının nəzərlərindən yayındıran canlılardan biri də məhz Allahın hökmü ilə hörümçək olmuşdur” cümləsi tamamilə səhvdir. Peyğəmbərin Yezid tərəfdarlarından gizlənmə kimi bir problemi olmayıb. Yezidin hələ o vaxtlar fındamenti də yox idi, Peyğəmbərin risaləti başa çatanda, Yezid balaca uşaq olub. Söhbət “Sovur” mağarasından gedir, peyğəmbərin həmən mağarada yerləşməsində tərəf müqabili Məkkə bütpərəstləri olub...
Qədim zamanlarda at namus sayılırdı, əgər bir kişinin atını almısansa, qadınını almış səviyyədə dəyərləndirilirdi. İbrahim ona görə bu qədər gərgin həll edir məsləni. Sonu isə özünün qaranlıq qalan sonluğu ilə nəticələnir. İbrahim başının dəstəsi ilə qaçıb gizlənir. Mirzə Cəlilin Məhəmmədə yaxşılıq olaraq dönməsi, vaxtı ilə Məhəmmədin etdiyi yaxşılıqlar sayəsində geri qayıdır. Yazıçı bir incəliyə də toxunub. El arasında insanların qeybət, marağının Məhəmmədin təhsilin yarım qalmasında xısınlaşmasına.
“Qağa”, “Lələ” türk müraciətləridir, tarixdə qorumaq məqsədi ilə işlədilən kod sözlər hesab olunur. Birinci Məhəmmədin yəni Xonça cijinin qardaşı haqqında oxuyanda əsər boyu oxucu düşünə bilər ki, Məhəmmədin yeri yoxdur, sonra sovet hökuməti qurulanda Sibirə sürgün edilməsi sujet xəttini bütövləşdirir, Mircəfər Bağırovun gizli imanına sətiraltı toxunulur.
Şıx Mustafanın və qardaşının təqiyə edərək qıldığı namaz göstəriş sərgiləmək böyük nəsli qoruyub saxlamağa kömək edir. Yüz altmışıncı səhifədə Xonça arvadın təbii dil üslubundan bir örnək yazmaq istəyirəm “Bala, indiki cavanlara baxma, üzləri çarıq altına dönüb. O vaxtı sözümün üstünə kim idi söz deyən.” Zamandan şikayətli, dərin hörmət, deyilən söz, verilən qərar, qanun olmalıydı. Beləliklə dərin köklü yaşamın formasını yaradır. Xonçanın söyləmələrində Məhəmməd tərəfindən Mirzə Cəlilin “Ölülər”nin fars dilinə çevilməsi daşları yerinə oturdur. Uzun ömürlülük əsərdə öz əksini tapır. Məhəmmədin oğlu Yusif gündəliyini qızı Əfşana həvalə edir.
Üçüncü bölümün Nuri Paşaya aid olan erməni-haylarının Göyçaya basqını, sovet hökumətinin yaranmasından əvvəl olmalıydı, Nuri paşa min doqquz yüz on səkkizinci ildə Azərbaycana gəlir, sujet xətti kobud səhvə yol verir.
İkinci bölümün sonlarında başının dəstəsi ilə gizlənən İbrahim ortaya çıxır yenidən. Və urus Temir hər kəsə göz dağı olur, ona görə İbrahimi kimsə satmır. Burda sovet hökumətinin hər kənddə casus yetişdirdiyi mövzusuna toxunulur. Casusluq etmədən vəzifə verilmirdi, bu sovetin köləlik qaydasıydı. Bizdən əvvəllər dost yolu, çörək qiyməti var idi. Qan olsa, keçilərdi. İbrahim, dost yolu, çörək qiyməti gözləyir. Allahverənin məclisini qana bulamır.
Rusa işləyənlər tərəfindən toy qan gölünə döndərilir, sonluqda igidi ancaq silahla yaraladıqda dizə gətirə bilirlər. İbrahimin son nəfəsdə dostunu qoruması, dostluğun candan ötəsi deməkdir. Sovet hökumətinin qorxusundan dərdini pıçıldaya bilməyən ailə dramı yaşanır.
Yüz səksən səkkizinci səhifədə Abusalam haqqında başlayan abzas İbrahimin güllələnməsindən əvvələ yerləşdirilməli idi. Sujet uyğunsuzluğu baş verir. Burda xatırlama olur, amma yamaqdı. Abusalamın həyatı nişanın səhəri günü bitir. Əsərə girəndə oxucu düşünür ki, Abusalamın haqqında növbəti keçiddə oxuyacaq amma sonda sadəcə kiçik bir xatırlama oxucunun xəyallarını yerə çırpır. Əbusalamın sujetin xətti Yusif müəllimin xatirə dəftərinin səhifələrinə keçirilir.
Əsər bədii formaya salındıqdan sonra xatirə dəftərində Abusalam bölümü kiçilir. Abusalamın yüz doxsan üçüncü səhifədən başlamasının bir mənası qalmır. Yazıçı Abusalam şəcərəsini sentimental işləyib, sentimentallığın içərisində qınaq, ölüm və yaşam qoyub. Onun azrusunun Allah qatında qəbul olunması açıq şəkildə onun seyyidliyinə bağlanır. Belə bir möhtəşəmliyi sona saxlamağı bir oxucu, yazıçı kimi düzgün hesab etmirəm. Məna və möhtəşəmliyə gəlincə bölümə söz yoxdur. Əgər bu kitabda zaman kəsimi və tarixi faktlar olmasaydı, bölümün harda, hansı səhifədən başlamasının heç bir mənası olmazdı, bu şəcərənin davamiyyətində iki böyük hökümət rəhbər olur, biri yıxılır, biri qurulur. Bu tarixi hadisələr və zaman adlayışı önəmli faktırdır. Ona görə xüsusən Abusalam hadisəsi ön nəqli əhatələmədiyinə görə zaman xətası baş verir. Biz, bu əsəri bədii əsər kimi qəbul edirik Onunla yanaşı zaman da yeriyir. Zaman xətası ciddi nüansdır. Başında olan qarışıqlıq, cümlədə baş verən zaman xətaları, öz yerində. Əsər Yusif müəllimlə ya başlamalı, ya da bitməli idi. Ya da heç biri. Saçlının hekayəsindən sonra Epiloqda Yusif müəllim əsərə daxil olmalıydı. Bütün hallarda bu möhtəşəm əsər yenidən işlənməlidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az