t s

» » “Financial Times” Azərbaycan İstiqlal Muzeyindən yazır

“Financial Times” Azərbaycan İstiqlal Muzeyindən yazır

15-02-2015, 19:42 Baxılıb: 657 Çap et
“Financial Times” Azərbaycan İstiqlal Muzeyindən yazır

Muzey Azərbaycan tarixi haqqında dolğun təsəvvür yaradır.

Britaniyanın “Financial Times” qəzeti Bakıda fəaliyyət göstərən İstiqlal Muzeyi haqqında məqalə dərc edib.

Mediaxeberleri.az AzərTac-a istinadla xəbər verir ki, məqalədə muzey binasının tarixi haqqında məlumat verilir. Qeyd olunur ki, bina 1960-cı ildə Sovet İttifaqı dövründə tikilib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bina İstiqlal Muzeyi olaraq fəaliyyət göstərir. Muzey Azərbaycan tarixi haqqında dolğun təsəvvür yaradır. Buradakı eksponatlar ölkənin əsrlər boyu xarici təcavüzlərə məruz qaldığından, zəngin təbii sərvətləri ilə dünyanın diqqətini özünə cəlb etdiyindən soraq verir.

Müəllif qeyd edir ki, muzeyi ziyarət edənlər Azərbaycan həqiqətləri, torpaqlarımızı zəbt edən mənfur ermənilərin işğalçılıq siyasəti haqqında da məlumat alırlar.

Muzeydə, həmçinin İslam dünyasında ilk demokratik, parlamentar, dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin Sovet İttifaqı dövrü, ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, onun ölkəmizin müstəqillik tarixindəki əvəzsiz xidmətləri, “Əsrin müqaviləsi” və Azərbaycan tarixi üçün əhəmiyyətli sayılan digər hadisələr, dövrlər haqqında ətraflı məlumat əldə etmək mümkündür.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:37 Azərbaycan mədəniyyətinə ağır itki üz verib Görkəmli sənətkarımızın işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Xalq rəssamı Davud Kazımov 2015-ci il fevralın 14-də 89 yaşında vəfat edib. Mediaxeberleri.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs
13:47 Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur – Qara siyahının ilk ONLUĞU Ağstafa, Astara, Göygöl, Laçın, Masallı və Neftçala rayon icra başçıları vəzifələrindən ilk olaraq alınacaq Azərbaycanda parlament seçkiləri ərəfəsində bir çox rayonların icra hakimiyyətlərinin başçılarının əvəzlənəcəyi gözlənilir. Qarşıdakı iki ayda haqlarında daha çox narazılıqların eşidildiyi
12:25 Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub “Azərbaycan səhvə yol verib”. Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur və Azərbaycan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr kimi qəbul edəndə səhvə yol verib. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisdə
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat
11:05 Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək? Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir" Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az