t s

» » Gənc güləşçilərimiz Avropa çempionatında iki qızıl medal qazandı

Gənc güləşçilərimiz Avropa çempionatında iki qızıl medal qazandı

13-09-2021, 09:03 Yazar:  Samir Baxılıb: 63 Çap et
Gənc güləşçilərimiz Avropa çempionatında iki qızıl medal qazandı
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib.

Qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübarizə aparıb.

Onların ikisi yeniyetmələr, ikisi isə gənclər arasında qüvvəsini sınayıb. Sevindirici haldır ki, güləşçilərimizin hamısı Avropa çempionatında fəxri kürsüyə qalxıb.


Musa Ağayev Moldova təmsilçisinə tam üstünlüklə qələbə qazanaraq Avropa çempionu olub.

Fərid Cabbarov finalda yerli idmançını məğlub edərək ölkəmizə ikinci qızıl medalı gətirib.

Hüseyn Əliyev Rumıniya güləşçisiylə gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında minimal fərqlə uduzub və nəticədə gümüş medala sahib çıxıb.

Rübail İbrahimli isə Avropa çempionatının bürünc medalını qazanıb.

Beləliklə, millimiz AÇ-də uğurlu çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:14 Qran-pridə Azərbaycanın 9 yunan-Roma güləşçisindən 8-i medal qazandı Bu gün Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisinə yekun vurulacaq. Mediaxeberleri.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutur. 60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus
21:37 Qran-pridə Azərbaycanın 9 yunan-Roma güləşçisindən 8-i medal qazandı Bu gün Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisinə yekun vurulacaq. Mediaxeberleri.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutur. 60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus
07:39 Dünya çempionatının sonuncu günündə güləşçimiz Laçın Vəliyev qızıl, Elmir Əliyev gümüş medal qazanıb Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı başa çatıb. Mediaxeberleri.az xəbər verir ki, yarışların sonuncu günündə yunan-Roma güləşçilərimiz mübarizə aparıb. Yarışa səkkizdəbir finaldan qoşulan Laçın Vəliyev (92 kq) İsrail təmsilçisini mübarizədən
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az