t s

» » AĞSTAFADA ŞƏHİDLƏRMİZ QÜRURLA ANILIR...

AĞSTAFADA ŞƏHİDLƏRMİZ QÜRURLA ANILIR...

12-09-2021, 22:43 Yazar:  Samir Baxılıb: 271 Çap et
AĞSTAFADA ŞƏHİDLƏRMİZ QÜRURLA ANILIR...
Ağstafada Vətən müharibəsi şəhidi Elnur Həsənovun xatirəsinə həsr olunmuş karate-do idman növü üzrə döyüş turniri keçirilib. Turnir Ağstafa şəhər 2 saylı tam orta məktəbin idman zalında baş tutub.

Medıaxeberlerı.Az xəbər verir ki, şəhidin xatirəsinə həsr olunmuş turnirdə Vətən müharibəsinin qaziləri də iştirak edib.


Pandemiya dövrünün tələblərinə əməl etməklə, təşkil olunan yarışın açılışında Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək, Ermənistan silahlı bölmələrinin törətdiyi təxribatların qarşısının Azərbaycan Ordusu tərəfindən layiqincə alındığını bildirib.

Diqqətə çatdırıb ki, turnirin keçirilməsində əsas məqsəd şəhidlərin xatirəsini bir daha yad etmək, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdir.


Turnirdə Gəncə və Sumqayıt şəhərlərindən Abşeron, Göygöl, Qazax və Ağstafa rayonlarından 8 komanda olmaqla ümumilikdə 120-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparıblar.

Xatırladaq ki, Elnur Həsənov ölümündən sonra "Cəsur" döyüşçü, "Vətən Uğurunda" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Yarışın qalibləri Ağstafa Rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə təltif olunacaqlar.

Tədbirin sonunda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri çıxış edərək turnirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.


Şəhidlərimizə Allahdan rəhmət diləyirik!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:10 Qazaxda şəhid həkimin doğum günündə adını əbədiləşdirən bulaq-abidə kompleksinin və barelyefinin açılışı olub 2020-ci ilin 27 sentyabr tarixi Qarabağ adlı haqq savaşımıza çıxdığımız gündür. O gün ki, yaddaşlara bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. 44 gün davam edən həmin savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin
12:30 Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR 2020-ci il 27 sentyabr tarixdən etibarən başlayan İkinci Qarabağ müharibəsi cənab Prezident, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə kimi yazıldı. Sülh yolu ilə getmək
19:51 Vətən müharibəsi qaziləri ilə görüşlər davam edir - AĞSTAFADA Torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük döyüşlər zamanı öz canlarını sipər edən və yaralanan, hazırda evlərində müalicəsini davam etdirən qazilərlə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun növbəti görüşləri keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, Ağstafa Rayon İcra
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
20:40 Aprel şəhidi Orxan Əliyevin ildönümü qeyd olunub Azərbaycan tarixinə düşən 2016-cı ilin Aprel döyüşlərindən 3 il ötür. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Qazaxın üç mərd, igid oğlu – kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyev də qoşunların təmas xəttində erməni işğalçıları ilə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az