t s

» » İlhamə Quliyeva: “Bəli, Moskva Universitetində oxuduğumu yalan dedim” - Şok etiraf

İlhamə Quliyeva: “Bəli, Moskva Universitetində oxuduğumu yalan dedim” - Şok etiraf

30-09-2015, 15:49 Yazar:  Aygün Baxılıb: 422 Çap et
İlhamə Quliyeva: “Bəli, Moskva Universitetində oxuduğumu yalan dedim” - Şok etiraf“Universitetin adını açıqlamayacam, çünki paxıl, kölgəmdə gəzən insanlar çoxdur”
Xalq artisti İlhamə Quliyeva Moskva Dövlət Universitetində təhsil almadığını etiraf edib. Bu barədə “Yeni Müsavat”a danışan xalq artisti bilərəkdən yalan informasiya verdiyini etiraf edib:

“Bəli, mən Moskavda, həmin universitetdə təhsil almıram, oranın tələbəsi deyiləm. Mən Rusiyanın başqa şəhərində, başqa universitetində qiyabi olaraq hüquqşünaslığı oxuyuram. İki ildən sonra həmin universiteti bitirəcəm və buna görə təqdimat mərasimi keçirib hər kəsə hüququşünas olduğumu sübut edəcəm”.

Xalq artisti oxuduğu universitetin adını açıqlamaq istəməyib:
“Hələ ki, sizləri nigaran qoyacam. Diplomumu alım, təqdimatımı keçirib məsələ barəsində tam açıqlama verəcəm”.

İlhamə Quliyeva mətbuata yalan informasiya verməsinin səbəblərindən də danışıb:
“Bu yolla mən düşmənimi bir daha özümə sübut etmək istədim. Hətta fikir versəz görərsiz ki, mən bu barədə danışanda gülümsəyib, göz vurmuşdum. O zaman mənim yanımda köməkçim Mehriban xanım da var idi. Ona dedim, “bax indi nə bazarlar, nə danışıqlar olacaq”.

Mən böyük şəxsiyyətəm, həm sənətimdə, həm də həyatda. Bilirsiz ki, sənət aləmində mənim varlığımı qəbul edə bilməyən adamlar var. Mən heç onlara adam da demirəm, onlar mənim üçün ünsürdür.

Zaman gələcək o kəslər mənim qarşımda diz çökəcək və çökürlər də”.
Xalq artisti Moskva Universitetində təhsil almadığını araşdıran şəxsləri də hədələyib:
“Bu işi qurdalayana deyirəm ki, ay get ağlını başına yığ, mən bilirəm axı sən kimsən və kimə sifariş verdiyindən də xəbərdaram!”

Xatırladaq ki, bu günlərdə xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi. 72 yaşlı xalq artistinin açıqlaması isə çoxlarında böyük maraq oyatmışdı. Bununla bağlı olaraq Lent.az-ın əməkdaşları qeyd edilən universitetin mətbuat xidmətiylə əlaqə saxlayıb. Universitetin hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukovanın veridyi açıqlamaya görə fakültənin nə əyani, nə də qiyabi şöbəsində İlhamə Quliyeva adlı tələbə təhsil almır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:35 İlhamə Quliyeva adlı tələbəmiz yoxdur - Moskvadan cavab Bir qədər əvvəl xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi. 72 yaşlı xalq artistinin açıqlaması isə çoxlarında böyük maraq oyatmışdı. “Mən hazırda təhsil alıram, hüquqşünasam. Rusiyanın paytaxtında
12:18 İlhamə Quliyeva: Mən birinci deyiləm, bir rəqəmi məndən sonra gəlir “Bəli, mən özümdən razıyam”. Hərdən mənimçün deyirlər ki, İlhamə xanım çox özündən razıdır. Bəli, mən özümdən razıyam, artıqlaması ilə razıyam, çünki mən yaxşı sənətkaram, yaxşı insanam. Deyir ki, hər bir kəs özünə hörmət etməlidir, hər bir kəs özünü istəməlidir. Mediaxeberleri.az xəbər verir
00:06 İlhamə Quliyeva həmkarı Flora Kərimovanın səsləndirdiyi fikirlərə sərt reaksiya verib İlhamə Quliyeva: Flora, yanımda olsan, səni o məşəllə yandıracağam “Hələ dilin də var danışmağa?”. Xalq artisti İlhamə Quliyeva həmkarı Flora Kərimovanın onun barəsində səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Mediaxeberleri.az Ölkə.Az-a istinadla xəbər verir ki, İ.Quliyeva açıqlamasında
12:03 İlhamə Quliyeva coşdu: "Onu pis günə qoyacam" (VİDEO) Xalq artisti İlhamə Quliyeva afrikalı uşağı övladlığa götürməsindən danışdı. ANS PRESS-in məlumatına görə, səhnəmizin primadonnası "Günə Baxan"ın birbaşa efirində məsələ ilə bağlı açıqlama verib. Azərbaycanın və Dağıstanın Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenləri sahibəsi İlhamə xanım bu
21:04 Flora Kərimova: İlhamə bəsdir, yetər bu oyunlar “Mən onu sənətkar hesab etmirəm”. Bu günlərdə müğənni İlhamə Quliyeva həmkarı Flora Kərimovanın yaradıcılığı barədə dedikləri ilə hər kəsi təəccübləndirdi. Belə ki, müğənni “A-dan Z-yə” verilişinin qonağı olarkən F.Kərimova ilə bağlı xoş sözlər söylədi. Onun sənətinin, səs diapazonunun böyük

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az