t s

» » Xalq yazıçısı İsmayıl Şıxlının büstünün açılışı olub - FOTOLAR

Xalq yazıçısı İsmayıl Şıxlının büstünün açılışı olub - FOTOLAR

11-09-2021, 14:23 Yazar:  Samir Baxılıb: 127 Çap et
Xalq yazıçısı İsmayıl Şıxlının büstünün açılışı olub - FOTOLAR
Bu gün Qazax rayonu İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində Xalq yazıçısı İsmayıl Şıxlının büstünün açılış mərasimi keçirilib.

Mediaxeberleri.Az xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Xalq yazıçısının övladları Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna", "Zerkalo" qəzetlərinin, ayna.az saytı və Ayna TV-nin təsisçisi və baş redaktoru Elçin Şıxlı, rəssam, jurnalist, "Ayna", "Zerkalo" qəzetlərinin məsul katibi Fərrux Şıxlı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakıdan qonaq gəlmiş Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, "Yeni nəsil” Jurnalistlər Birliyinin sədri, "Bakı Press klubu”nun prezidenti Arif Əliyev, "Altun kitab” nəşriyyatının təsisçisi və direktoru, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov, rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin üzvü Tahir Tahiroviç (Əliyev), rəssam Qafar Sarıvəlli, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərindən professor Məti Osmanoğlu, şair Rəfayıl İncəyurd, Səbinə Yusif, Mediaxeberleri.Az informasiya portalının rəhbəri Ələddin Kəsəmənli, Vətən müharibəsi iştirakçısı, "Qarabağ” ordenli, polkovnik Elçin Məmmədov, idarə, müəssisə rəhbərləri, ziyalılar, məktəb direktorları, ağsaqqallar, AYB-nin üzvləri, Xalq yazıçısının adını daşıyan məktəbin müəllimləri, kənddə yaşayan qohumları, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əməkdar incəsənət xadimi Barat Vüsal İsmayıl Şıxlının həyat və fəaliyyəti barədə qonaqlara geniş məlumat verib. Qeyd edib ki, İsmayıl Şıxlı təkcə Qazaxda deyil, bütün ölkə miqyasında bir şəxsiyyət kimi mühüm rol oynayıb. Onun həm ictimai, həm ədəbi fəaliyyəti özünəməxsusluğu ilə seçilib.

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Xalq yazıçısının oğlu Elçin Şıxlı və digər qonaqlar İ. Şıxlının həyat və yaradıcılığına dair fikirlərini, eyni zamanda açılış mərasimi barədə təəssüratlarını bölüşüblər.

Mərasim iştirakçıları Xalq yazıçısına göstərilən ehtirama görə məmnunluqlarını ifadə ediblər.

Qeyd olunub ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. Bugünədək Sərəncam çərçivəsində Qazax rayonunun İsmayıl Şıxlının yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib və Xalq yazıçısının büstünün hazırlanması da həmin tədbirlərdən biridir.

Xalq rəssamı Natiq Əliyevin hazırladığı büst qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxuyub. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olub. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik edib. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub və 1941-ci ildə ali təhsilini bitirib.

İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olub, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olub. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib (1991).

İlk mətbuat əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

İ.Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.


Xalq yazıçısı İsmayıl Şıxlının büstünün açılışı olub - FOTOLAR
Xalq yazıçısı İsmayıl Şıxlının büstünün açılışı olub - FOTOLAR
Xalq yazıçısı İsmayıl Şıxlının büstünün açılışı olub - FOTOLAR
Xalq yazıçısı İsmayıl Şıxlının büstünün açılışı olub - FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:30 Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR 2020-ci il 27 sentyabr tarixdən etibarən başlayan İkinci Qarabağ müharibəsi cənab Prezident, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə kimi yazıldı. Sülh yolu ilə getmək
08:49 Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş breyn-rinq, məqalə və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-15 iyun tarixlərində Türk Dünyası Sənət Festivalı çərçivəsində Qazaxda
20:55 İsmayıl Şıxlının həyat və yaradıcılıq yolu İsmayıl Şıxlı ... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yadda qalan, onun tərcümeyi - halına həkk olunan bir hadisədir. O, müharibənin başlanması xəbərini
21:22 İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib - BDU-nun Qazax filialında Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik
22:00 Mehriban Əliyeva bir sıra təhsil müəssisələrinə baş çəkib - FOTOLAR Aprelin 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az