t s

» » Hikmət Babaoğlu: “Azərbaycanda siyasi dialoq mühiti dərinləşir”

Hikmət Babaoğlu: “Azərbaycanda siyasi dialoq mühiti dərinləşir”

10-09-2021, 18:55 Yazar:  Samir Baxılıb: 80 Çap et
Hikmət Babaoğlu: “Azərbaycanda siyasi dialoq mühiti dərinləşir”
"Azərbaycanda siyasi dialoq mühiti dərinləşir, yeni siyasi ənənələr yaranır və siyasi sistemin rəng palitrası zənginləşir”.

Mediaxeberleri.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr Şöbəsinin ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə "Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirdiyi görüşün nəticələrini şərh edərkən deyib. O, hesab edir ki, bu görüş siyasi sistemimizdə dialoq mühitinin daha da dərinləşməsi istiqamətində atılan növbəti mühüm addımlardan biridir:

"Əslində, görüşün mövzusu özlüyündə həm qiymətləndirmə, həm təsbit, həm də çağırış mahiyyəti daşıyır. Xüsusi qeyd olunmalıdır ki, əldə etdiyimiz böyük tarixi zəfər həm də siyasi sistemimizin struktur tərkibi olan siyasi partiyaların həmrəylik nümayiş etdirməsi və tarixi sınaq qarşısında milli maraqlar ətrafında bilik nümayiş etdirə bilməsi sayəsində reallığa çevirilib. Biz artıq yeni reallıqda yaşayan müzəffər xalq kimi siyasi münasibətlərimizdə də yeni keyfiyyət mərhələsinə qədəm qoymaqdayıq. Ona görə də bu məsələyə diqqət çəkən Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr Şöbənin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən siyasi partiya rəhbərlərinə Prezident İlham Əliyevin adından ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən fəaliyyətlərinə görə təşəkkürünü bildirib. Əlbəttə, siyasi sistemin təkmilləşməsi, onun fəaliyyətinin milli maraqlar ətrafında konsolidasiya olunması demokratik cəmiyyətdə daim ən aktual məsələlərdən biri olub. Görüşdə yadda qalan əsas xüsuslardan biri də siyasi fəaliyyətin yenidən və daha yaxşı təşkili üçün yeni qanunvericilik bazasının yaradılması, siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi istiqamətində aparılan müzakirələr olub. Qeyd edilib ki, ölkəmizdə aparılan və siyasi sistemimizin bütün sahələrini əhatə edən islahatlar nəticəsində qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılıb, 25 siyasi partiyanın qurultayları keçirilərək nəticələri dövlət qeydiyyatına alınıb, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiya dövlət qeydiyyatına düşüb”.

Deputat vurğulayıb ki, bütün bunlar cəmiyyətdaxili siyasi münasibətlərə müsbət təsir etməklə cəmiyyətdə siyasi proseslərə yeni yanaşma formalaşdırıb:

"Siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakını təmin edib. Bütün bunlar isə demokratiya tariximizin yeni mərhələsini təşkil etməklə siyasi münasibətlər sistemimizə rasionallıq və pozitiv siyasi hava gətirib. Ancaq hazırkı postmüharibə mərhələsində qarşımızda olduqca mühüm və tarixi çağırışlar var ki, siyasi sistemimiz iqtidarı və müxalifəti ilə birlikdə bu çağırışın öhdəsindən gəlməyi bacarmalıdır. Ona görə də siyasi dialoq və əməkdaşlıq mühitinin daha da dərinləşməsinə böyük ehtiyac var. Təəssüf ki, bəzi siyasi partiyalar bu ümummilli dialoq platformasından kənarda qalmaqla ölkəmizin ümumi maraqlarına və məqsədlərinə lazımi xidmət göstərməkdən yayınırlar. Bu isə şübhəsiz ki, siyasi aktiv zümrənin diqqətindən yayınmır və onlara qarşı ictimai qınağa çevirilir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:04 Məşhur YAP-çı: “Videolar yayıldı, ehtiyatlı olmaq lazımdır” “Hesab edirəm ki, bu konkret YAP-a yönəlmiş bir kampaniya, ümumiyyətlə, iqtidar-müxalifət məsələsi deyil. Çünki bir müddət əvvəl də Cəmil Həsənlinin qızı ilə bağlı video yaymışdılar”. Bu sözləri keçmiş millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK)
21:06 YAP Hüseynbala Mirələmovun partiyadan çıxarılmasının səbəblərini açıqladı Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin
08:19 Mirələmovun rüsvayçı hərəkətinə biabırçı reaksiya Hüseynbala Mirələmovun – 76 yaşına qədəm qoyan qocanın video əvəzinə səsi bağlayıb, katibəsinin dalını “sığallaması” ilə bağlı yayılan görüntüyə haqq qazandırmaq-zad niyyətim yoxdur. Amma bu görüntünün doğurduğu reaksiya anlaşılmazdır. Hər şeydən əvvəl mənə maraqlıdır: bu görüntü onlayn iclas
08:48 YAP-DAKI ÇUĞULLAR... - Hikmət Babaoğlu "səhv"etməkdə davam edir Xeyrəddin Qoca Fərəməz Maqsudov və Əli Nağıyev Heydər Əliyevə saxta məlumat vermişdilər ki... "Aprelin 10-da "Yeni Azərbaycan" qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 28 il keçir. Hələ qəzetin 20 illik yubileyində mənim "Xalq qəzet"inin 7 aprel 2013-cü il tarixli sayında “"Yeni Azərbaycan"
09:07 YAP növbədənkənar qurultaya gedə bilər - Kimlər rəhbərlikdən uzaqlaşdırılacaq... Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin qız nəvəsinin qalmaqallı toy mərasimi hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəziyyəti gərginləşdirib. R.Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin toy

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az