t s

» » Azərbaycanlı zəvvarlar Ciddə hava limanında köməksiz qalıb - Eksklüziv

Azərbaycanlı zəvvarlar Ciddə hava limanında köməksiz qalıb - Eksklüziv

30-09-2015, 10:05 Yazar:  Sevinc Baxılıb: 447 Çap et
Azərbaycanlı zəvvarlar Ciddə hava limanında köməksiz qalıb -  EksklüzivQMİ-nin Həcc ziyarəti təşkilatçıları azərbaycanlı zəvvarları hava limanında köməksiz qoyaraq qaçıb, insanlar hava limanında əlacsız gözləyir



Bu ilki Həcc ziyarəti çoxlu sayda insan itkisi ilə nəticələnən faciələrlə yadda qaldı. Ancaq azərbaycanlı zəvvarlar üçün hər il olduğu kimi, bu il də çətinliklər davam edib. Həmvətənlərimiz ziyarəti başa vursalar da, təşkilati işlərin yarıtmazlığı ucbatından son bir neçə günü hava limanı və otellər arasında qalıb.

Bizə çatan məlumata görə, Bakıya yola düşməli olan zəvvarlar üçün otelə pul verməmək üçün təşkilatçılar onları tez-tələsik otellərdən çıxarıb hava limanına aparır. Bu gün səhər Bakıya gəlməli olan zəvvarları QMİ rəsmiləri bir gün əvvəldən oteldən çıxarıblar. Ancaq səhər saat 5-də Bakıya uçmalı olan təyyarə yenə də təşkilati işlərin yarıtmazlığı səbəbindən ləngiyib və reys bu gün axşam 7-yə təyin olunub.

Bu barədə Ciddə hava limanından musavat.com-a məlumat verən zəvvarlar hava limanında zəvvarların bir neçəsinin halının pisləşdiyini, ürəyi gedənlərin olduğunu bildirdilər. Qadınlar, kişilər hava limanında yerdə yatırlar.

Zəvvarlar deyir ki, pul verməmək üçün onları dünən saat 11-də oteldən çıxarıblar. Zəvvarlar səhər hava limanına getsələr də, burda bildiriblər ki, Azərbaycan tərəfi vaxtında uçuş üçün icazə almadıqları üçün reys təxirə salınıb. Səhər saat 5-ə təyin olunan reys artıq axşam 7 üçün nəzərdə tutulub, amma bu vaxtın özü də dəqiq deyil. Çünki ötən müddətdə 4-5 dəfə reysin saatı dəyişdirilib.

Zəvvarlar yazır ki, otellər çox keyfiyyətsiz olub, yemək, qidalanma çoxları üçün ciddi problemə çevrilib. Təşkilatçılar isə bütün bunları gördükdən və zəvvarların etirazlarını gördükdə qaçıb yoxa çıxıblar. Əsas təşkilatçı rəhbər Şeyxülislamın qaynı Əjdər adlı adam olsa da, artıq o da zəvvarların narazılığını gördükdən sonra yoxa çıxıb, hətta zənglərə də cavab vermir.

Kənan, musavat.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:55 Məkkədə daha bir faciə – VİDEO Zəvvarlar sayca üçüncü xoş olmayan hadisə ilə qarşılaşırlar. Səudiyyə Ərəbistanının Məkkə şəhərində davam edən Həcc ziyarəti zamanı daha bir faciə baş verib. Mediaxeberleri.az xəbər verir ki, ANS TV-nin hazırda Məkkədə olan əməkdaşının məlumatına görə, şəhərdə otellərdən birinin yaxınlığında
19:01 Aktau hava limanında azərbaycanlı qadın öldü O, öz vətəninə gəlmək istəyirdi. Aktaudan Bakıya uçmalı olan sərnişin hava limanında dünyasını dəyişib. Mediaxeberleri.az qazax KİV-ə istinadən xəbər verir ki, hələ təyyarəyə minik başlamazdan əvvəl dördüncü dərəcəli serrozdan əziyyət çəkən 46 yaşlı qadının halı pisləşib və beynəlxalq hava
10:08 Daha 8 ölkənin idmançıları Bakıdadır Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Çexiya, Belarus, İsveçrə, Hollandiya, İtaliya, Fransa, Serbiya, Böyük Britaniyanın idmançıları Azərbaycana gəliblər. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, onları Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa
09:12 Daha bir təyyarə qəzası: çox sayda yaralı var (VİDEO) Torontodan Halifaks əyalətinə uçan təyyarənin şassiləri açılmayıb Kanadada “Air Canada” aviaşirkətinə aid sərnişin təyyarəsi dəhşətli qəza təhlükəsi ilə üzləşib. Paytaxt Torontodan Halifaks əyalətinə uçan təyyarənin şassiləri açılmayıb. “Airbus-A320” tipli 132 sərnişini və 6 uçuş heyəti olan
08:51 Təyyarə qəza keçirdi (VİDEO) ABŞ-ın sərnişin təyyarələrindən birində təhlükəli eniş: yaralılar var Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Delta” aviaşirkətinə məxsus təyyarələrindən biri təhlükəil eniş edib. Hadisə martın 5-də Nyu-Yorkun La-Quardina hava limanında meydana gəlib. Qəza şəraitinin yaranmasına səbəb isə güclü qar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az