t s

» » Nikolun çıxışında 3 məqam: Bakının istəkləri... - Video

Nikolun çıxışında 3 məqam: Bakının istəkləri... - Video

9-09-2021, 08:17 Yazar:  Samir Baxılıb: 119 Çap et
Nikolun çıxışında 3 məqam: Bakının istəkləri... - Video
Nikol Paşinyanın hökumətin iclasındakı çıxışında üç fikri diqqət çəkdi:

- Zəngəzur dəhlizinin açılmasına hazırdırlar;

- Türkiyə ilə əlaqələrin bərpası üçün daha geniş kontekstdə danışıqlar aparmaq istəyirlər;

- Sərhədin demarkasiyası vacibdir: yəni Ermənistan buna da hazırdır.

Ermənistan baş nazirinin sözləri son proseslər fonunda da maraqlıdır: Paşinyan Türkiyədən müsbət siqnalların gəldiyini açıqlamışdı; sərhəddən ordunu geri çəkməyə, sərhədçiləri yerləşdirməyə hazırlaşdıqlarını bildirmişdi; sərhəd istiqamətində erməni təxribatları son dövrlər səngiyib.

Bütün bunlar Azərbaycanın istəklərinin icra edilməsi prosesində irəliləyişin olacağı gözləntisini artırır və istisna deyil ki, bunda Ankaranın İrəvana göndərdiyi “müsbət siqnallar”ın da rolu var.

Hərçənd, Paşinyanın İrana, ardınca Gürcüstana səfərinin arxasında Zəngəzur dəhlizinə alternativ marşrutun yaradılması cəhdi də var: daha çox Tehranın planı olan belə bir alternativin baş tutması olduqca çətindir, Nikol da bunu anlayır, lakin həm İranla münasibətləri qorumaq, həm də “alternativ”lərlə əlini gücləndirmək istəyir.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:24 Nikol 3 məsələni açıqladı: "həlledici toqquşmaya" hazırlaşır? Nikol Paşinyan hökumətin 2021-2026-cı il üzrə proqramını təqdim edərkən, üç məsələyə toxundu: - İrəvan Azərbaycanla sərhəddə ordunu geri çəkməyə və bölgəyə sərhədçiləri yerləşdirməyə hazırlaşır. Və qeyd edir ki, bu, Ermənistanın dinc regional gündəmi təşviq etmək istəyini sübut edir; - Türkiyə
09:00 Zəngəzur və Laçın dəhlizlərini eyniləşdirmək yolverilməzdir - AÇIQLAMA Politoloq, milli.az saytının baş redaktoru Elçin Alıoğlu Hafta.az-a müsahibəsində ötən həftənin bir sıra mühüm olayları, o cümlədən Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin verilməsi, Putinlə Makron arasındakı telefon danışığında Qarabağ məsələsi, Zəngəzur dəhlizinin açılması və s. haqda
15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az