t s

» » DÇ-2022: Azərbaycan millisi Portuqaliya ilə qarşılaşacaq

DÇ-2022: Azərbaycan millisi Portuqaliya ilə qarşılaşacaq

7-09-2021, 08:19 Yazar:  Samir Baxılıb: 71 Çap et
DÇ-2022: Azərbaycan millisi Portuqaliya ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 5-ci matçında Portuqaliya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edəcək. Ona yan xətt hakimləri Filippo Meli, Alessandro Kostanzo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.

Azərbaycan millisi oyuna ciddi itkilərlə çıxacaq. Maksim Medvedev və Rüstəm Əhmədzadə zədə, Anton Krivotsyuk isə cəza səbəbindən matçı buraxacaq. Qonaqlarda isə Kriştianu Ronaldu cəzalı olduğu üçün Bakıya gətirilməyib.

Bu qrupun digər oyununda Serbiya səfərdə İrlandiya ilə üz-üzə gələcək.

DÇ-2022, seçmə mərhələ

A qrupu

20:00. Azərbaycan - Portuqaliya


Hakimlər: Marko Quida, Filippo Meli, Alessandro Kostanzo, Fabio Mareska (İtaliya)

VAR hakimləri: Marko Di Bello, Çiro Karbone (İtaliya)

Bakı Olimpiya Stadionu.

Xal durumu: Serbiya - 10, Portuqaliya - 10, Lüksemburq - 6, İrlandiya - 1, Azərbaycan - 1.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:34 AVRO-2020: Türkiyə millisi bu gün Bakıda ilk oyununu keçirəcək Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək. Medıaxeberlerı.Az xəbər verir ki, günün ilk matçı B qrupuna təsadüf edəcək. İlk turda meydan sahiblərindən Danimarkaya qalib gələrək sensasiyaya imza atan Finlandiya millisi birinci matçda Belçikaya 0:3
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az