t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Nazirlər Kabinetinin məlum qərarlarının elmi və tibbi əsası yoxdur - ETİRAZ

Nazirlər Kabinetinin məlum qərarlarının elmi və tibbi əsası yoxdur - ETİRAZ

2-09-2021, 09:03 Yazar:  Samir Baxılıb: 78 Çap et
Nazirlər Kabinetinin məlum qərarlarının elmi və tibbi əsası yoxdur - ETİRAZ
“Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli qərarı və bu qərara dəyişikliklər edilməsi haqqında Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli qərarlarının hüquqi əsasları yoxdur”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında uzun illər Milli Məclisdə çalışmış hüquqşünas Rahim Axundov söyləyib.

Hüquqşünas hesab edir ki, bu cür qərarlar Azərbaycan Respublikasının Konstitutsiyasının 25-ci maddəsinin I, III, IV, V hisslərinə, 71-ci maddəsinin II və III hissələrinə, 151-ci maddəsinə, 148-ci maddənin II hissəsinə, Azərbaycan Respublilkasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 7-ci Maddəsinə, Ölkəmizin qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü Maddəsinə, Avropa Şurası Parlament Assambleyasının 2361 (2021) nömrəli qətnaməsinə, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanunun müddəalarına uyğun deyil: “Konstitutsiyanın 25-ci maddəsinin I hissəsində deyilir: Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin III hissəsinin mənasına görə İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Nazirlər Kabineti məlum qərarları ilə faktiki olaraq insanları peyvənd sertifikatına malik olan və belə sertifikata malik olmayanlar formasında iki sosial qrupa ayırır və insanların hüquq və azadlıqlarını bu əsasda məhdudlaşdırır və ya onlara müəyyən imtiyazlar verir. Bu da Konstitutsiyanın 25-ci maddənin III hissəsində qeyd edildiyi kimi, sosial mənsubiyyət əsasında, yəni indiki halda peyvənd vurmuş sosial qrup və peyvənd vurmamış sosial qrup əsasında insanlara və vətəndaşlara məhdudiyyətlər tətbiq etmək və ya imtiyazlar müəyyən etmək Konstitutsiya normalarına ziddir.
Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 2.3-cü maddəsinin tələbərinə görə “Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir.”
Həmin qanunun 2.6-cı maddəsində isə təsbit edilmişdir ki, “Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir”.
İnzibati İcraat haqqında qanunun mənasına görə Nazirlər Kabinetinin məlum qərarları da insanlar üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Bu qanunun 58.1. maddəsinə görə “İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
Konstitutsiyanın 71-ci maddəsinin II hissəsinə görə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”
Nazirlər Kabinetinin məlum qərarları Konstitutsiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdırır. Iddia oluna bilər ki, Nazirlər Kabinetinin qərarlarının mahiyyəti və məqsədi xəstəliyin yayılmasının qarşısını almaqdır və bu baxımdan peyvənd olunmayan insanların bəzi qapalı məkanlardan və iş yerlərindən istifadəsinə məhdudiyyət tətbiq etməkdir. Bu iddia tamamilə əassızdır. Sual olunur: qərarda göstərilmiş qapalı məkanlardan istifadə etmək istəyən vətəndaş 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etdiyi təqdirdə, nəyə görə o həmin qapalı məkanlara buraxılmamalıdır? Demək, vətəndaşın sağlam olmasına, qoruyucu maskadan istifadə etməsinə, 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədin olmasına baxmayaq, onu peyvənd olunmadığına görə hotelə, iri ticarət mərkəzlərinə və ictimai iaşə müəssisələrinə buraxmamaq vətəndaşın Konstitutsiyada və qanunlarda təsbit edilmiş hüquq və azadlıqlarının birbaşa və qanunsuz olaraq məhdudlaşdırıılması anlamına gəlir. Bu mənada Nazirlər Kabinetinin məlum qərarları Konstitutsiya normalarına uyğun gələn hesab edilə bilməz. Başqa bir hipotez irəli sürək. Tutaq ki, peyvənd olunmuş hər hansı bir şəxs korona-virus daşıyıcısıdır, amma həmin şəxs covid-19 sertifikatına malik olduğu üçün o, qərarda göstərilən qapalı məkanlara buraxılır. Nəticədə peyvənd olunmuş, lakin yoluxmuş şəxs digərlərini də asanlıqla yoluxduracaqdır. Bu baxımdan da qərar sağlam hüquqi məntiqə əsaslanmır. Çünki peyvənd olunmaq korona-virusa yoluxmamaq təminatını vermir. Heç kəs qarantiya verə bliməz ki, peyvənd olunmuş şəxslər korona-virus baxımından sağlam və təhlükəsizdirlər. Belə olan halda, peyvənd olunmayan şəxslərə nəyə görə təhlükəli sosial qrup kimi baxılır və cəmiyyətdən təcrid olunmaq təhlükəsi ilə üzləşməli olurlar? Nəyə görə peyvənd olunmayan şəxslərin hüquq və azadlıqları iş yerində və digər yerlərdə peyvənd olunmuş vətəndaşların hüquq və azadlıqları ilə məhdudlaşdırılır? Peyvənd olunmuş şəxslər də peyvənd olunmamış şəxslər kimi korona-virua tutula bilər və hər iki “sosial qrup” xəstəlik daşıyıcısı ola bilər. Belə olan halda bir “sosial qrupa” digərinə nisbətdə üstünlük və imtiyazlar vermək Konstitutsiyanın 71-ci maddəsinin II hissəsinə uyğun deyildir.
Konstitutsiyanın 71-ci maddəsinin III hissəsinə görə “Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi qismən və müvəqqəti məhdudlaşdırıla bilər.” Göründüyü kimi, III hissədə hər hansı pandemiyaya görə və ya epidemioloji göstəricilərə görə hüquq və azadlıqların məhdudlaşdırılmasından söhəbt getmir. Həm də Nazirlər Kabinetinin məlum qərarlarında tətbiq edilmiş məhdudiyyətlərin və qadağaların müvəqqəti xarakter daşıması barədə heç bir qeyd yoxdur. Bu da sual doğuran məqamdır və kifayət qədər narahatlıq doğurur.
Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə də ayrı-seçkilyin bütün formaları rədd edilir. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 7-ci Maddəsində deyilir: “Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanlar, hazırkı Bəyannaməni pozan istənilən ayrı-seçkilik aktından və belə bir ayrı-seçkiliyə hər cür təhrikdən müdafiə olunmaqda bərabər hüquqlara malikdirlər”.
Ölkəmizin qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü Maddəsində ayrı-seçkilik qadağan olunur.“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır”.
Avropa Şurası Parlament Assambleyasının 2361 (2021) nömrəli qətnaməsində qeyd edilir ki, covid-19-a qarşı peyvənd aparılma məcburi deyildir. Həmin qətnamənin 7.3.1-ci bəndində qeyd edilir ki, “peyvənd aparılmasının məcburi olmaması və istəmədikləri təqdirdə peyvənd olunmaq üçün siyasi, sosial və ya digər təzyiqlər altında olmaması barədə vətəndaşlara məlumat verilməsi təmin edilməlidir. Qətnamənin 7.3.2-ci bəndində qeyd edilir ki, mümkün sağlamlıq risklərinə və ya peyvənd olunmaq istəmədiklərinə görə heç kəs peyvənd olunmadığına görə ayrı-seçkiliyə məruz qoyulmamalıdır.
Lakin bu gün faktiki olaraq bütün iş və xidmət sahələri üzrə çalışan insanlar (yüksək risk olan və olmayan iş və xidmət sahələrində) məcburi peyvənd olunmaq təzyiqi ilə üzləşiblər ki, bu da iş və xidmət yerlərində ayrı-seçkilik hallarına gətirib çıxarmışdır. Məsələn, fotoqrafdan peyvənd olunmaq nəyə görə tələb olunmalıdır? Bu sırada digər iş və xidmət sahələrini də göstərmək olar.
Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin qanunvericiliyimizin ayrılmaz tərkib hissəsi olduğuna dair Konstitutsiyanın bəzi müddəalarına diqqət yetirək.
Azərbaycan Respublikası Konstitutsiyasının 12-ci maddəsinin II hissəsinə görə “Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.” Konstitutsiyanın 148-ci maddəsinin II hisəsinə görə “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.”

Konstitutsiyanın 151-ci maddəsində təsbit edilmişdir “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.”

Konstitutsiyanın 8-ci maddəsinin III hissəsi “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.”
Çox qəribədir ki, Nazirlər Kabineti məlum qərarlarının preambulasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna, xüsusən də bu qanunun 25-ci maddəsinə istinad edir və qərarın hüquqiliyini bununla əsaslandırmağa çalışmışdır. Lakin Nazirlər Kabinetinin istinad etdiyi qanunun 25-ci maddənin 2-ci bəndində açıq şəkildə yazılıb ki, ”Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.” Daha sonra bu qanunun 34-cü maddəsinin 11-ci bəndində də yazılıb ki, “ epidemioloji göstəricilər əsasında əhaliyə və ya vətəndaşların ayrı-ayrı qruplarına profilaktik peyvəndlər vurmaq haqqında qərar qəbul edilə bilər….” Bu qanunun mənasına görə peyvənd vurmaq profilaktik xarakter daşımalıdır, əhalinin ayrı-ayrı qruplarını əhatə edə bilər və bu sahədə atılan addımlar əsasən “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənməlidir və hansısa formada məcburiyyət və ya ayrı-seçkilik özündə ehtiva etməməlidir. Lakin Nazirlər Kabineti məlum qərarlarında nəyə görəsə bu qanuna istinad etmir. AŞPA-nın 2361 (2021) nömrəli qətnaməsində qeyd edildiyi kimi, vətəndaş peyvənd olunmaq üçün siyasi, sosial və ya digər təzyiqlər altında olmamalıdır. Lakin Nazirlər Kabinetinin məlum qərarları ilə insanlar müəyyən təzyiq altında saxlanılır.
Yuxarıda qeyd etdiyim kimi, sual olunur ki, nəyə görə Nazirlər Kabineti məlum qərarların preambulasında “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna istinad etmir? Qanunun 5 və 6-cı maddələrində müəyyən qədər uyğunsuzluq vardır və sui-istifadəyə yol aça bilər. Bu qanunun 5-ci maddəsinin 1-ci bəndində yazılıb ki, “yoluxucu xəstəliklərin baş verməsi təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər məcburi aparılır.” Qanunun bu yanaşması həmin qanunun 6-cı maddəsinin 7-ci bəndində öz izahını tapır, yəni “Yoluxucu xəstəliklərin baş verməsinin yüksək riski ilə əlaqədar və profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”. Yənu buradan aydın olunur ki, profilaktik peyvəndlərin məcburi aparılması müəyyən riskli sahələrdə tələb oluna blər. Bu baxımdan məcburi peyvənd aparılması qanunun mənasına görə heç də kütləvi xarakter daşımır və daşımamalıdır. Qanunda da məcburi profilaktik peyvəndlərin kütləvi şəkildə aparılması nəzərdə tutulmamışdır. Nazirlər Kabinetinin məlum qərarlarında da “məcburi” ifadəsi işlədilməmişdir. Amma faktiki olaraq bu gün biz kütləvi peyvənd olunma siyasətinin aparılmasının şahidi oluruq. Məsələn, əgər hüquqşünas öz ofisində maskada oturub müştərisini ara məsafəsi saxlamaqla qəbul edirsə, həmin hüquqşünas nəyə görə məcburi peyvəndlənməyə məruz qalmalıdır? Nazirlər Kabinetinin məlum qərarlarına əlavə edilmiş siyahıda elə iş və xidmət sahələri vardır ki, həmin sahələrdə yoluxucu xəstəliklərin yayılması riski yüksək deyildir. Bundan başqa, sözügedən qanunun 6-cı maddəsinin 2-ci bəndinin tələblərinə görə profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Bu baxımdan da Nazirlər Kabinetinin məlum qərarları “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna uyğun gələn hesab edilə bilməz. Heç bir halda yoluxucu xəstəliklərin yayılması riskinin yüksək olduğu iş və xidmət sahələrində məcburi profilaktik peyvənd aparılması tələbi müəyyən qrup vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. İstər İnzibati Xətalar Məcəlləsində, istərsə də, Cinayət Məcəlləsində peyvənd vurmamağa görə heç bir sanksiya nəzərdə tutulmamışdır. Peyvənd olunmamaq heç də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması demək deyildir. Ən yaxşı halda Konstitutsiya Məhkəməsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması adı altında peyvənd olunmayan vətəndaşlara tətbiq edilə biləcək cərimələrin və ya cəzanın qanunvericiliyə uyğun olub-olmaması məqsədilə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanunun 5 və 6-cı maddələrinə, İnzibati Xətalar Məcəlləsinin 211 və Cinayət Məcəlləsinin 139-1-ci maddələrinə şərh vernəlidir.

Nazirlər Kabinetinin məlum qərarlarının elmi-tibbi əsaslarına gəlincə deyə bilərəm ki, həm peyvənd olunanlar, həm də peyvənd olunmyanlar virusa tutula bilir və xəstələnə bilir. Belə ki, Azərbaycanda da peyvənd olunan insanlar arasında da çoxlu sayda yoluxma halları qeydə alınıbdır. Bundan başqa, əhalisinin əksəriyyətinin peyvənd olunduğu İzraildə 31 avqust statistikasına görə gündəlik yoluxma 11 mindən çox olmuşdur. Əgər peyvənd insan orqanizminə hava-damcı yolu ilə daxil olmuş korona-virusu zərərsizləşdirə bilmirsə, onda Nazirlər Kabineti nəyə görə insanların kütləvi şəkildə peyvənd olunmalarını tələb edir? Yəni onsuz da hər iki halda insan korona-virusa tutulur və yoluxucu infeksiya daşıyıcısına çevrilir. Bu bir qrip virusuna bənzəyir. Qripi tamamilə aradan qaldırmaq mümkün olmadığı kimi, korona-virusu da peyvənd aparılması yolu ilə zərərsizləşdirmək mümkün deyildir. Koronavirus peyvəndini poliomielit və ya sarı qızdırmaya qarşı peyvəndlərlə eyniləşdirmək düzgün deyildir. Çünki uşaqlara vurulan poliomielit peyvəndi nəticəsində uşaqlarda bu xəstəliyə tutulma dərəcəsi, demək olar ki, sıfıra enmişdir. Lakin korornavirus əleyhinə peyvəndin aparılması qarantiya vermir ki, sabah peyvənd olunanlar arasında yoluxma olmayacaq və ya peyvənd olunub yoluxanlar başqalarını yoluxdurmayacaq. Belə olan halda deyə bilərəm ki, Nazirlər Kabinetinin məlum qərarlarının heç bir elmi və tibbi əsası da yoxdur. Peyvənd koronavirusun insan orqanizminə təsirini yox etsəydi, onda hökumətlə razılaşmaq olardı. Bu fikrimi gücləndirmək üçün bir faktı nəzərinizə çatdırım. Mənim tanıdığım bir şəxs 2 ay öncə peyvənd olunmuşdu. 8 gün əvvəl koronavirusa tutuldu və 5 gün öncə Yeni Klinikada ölümcül vəziyyətdə idi. Yəni bu baxımdan bir daha qeyd edim ki, Nazirlər Kabinetinin tətbiq etdiyi məhdudiyyətlərinin nə elmi əsası var, nə də hüquqi əsası.
Amma indiki halda bu, dünyada gedən böyük bir “peyvənd oyunu”ndan başqa bir şey deyildir. Burada peyvənd istehsal edən bəzi böyük dövlətlərin böyük iqtisadi maraqlarını da unutmaq olmaz.

GUNUNSESİ.İNFO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az