t s

» » Vaqif Poeziya Günləri Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir - Anar Məmmədov

Vaqif Poeziya Günləri Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir - Anar Məmmədov

2-09-2021, 07:26 Yazar:  Samir Baxılıb: 159 Çap et
Vaqif Poeziya Günləri Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir - Anar Məmmədov
“44 günlük Vətən müharibəsinin 42-ci günündə – noyabrın 8-də illərdir həsrətində olduğumuz Şuşa şəhəri işğaldan azad edildi və orada Azərbaycan bayrağı qaldırıldı. Şuşanı hər zaman Azərbaycan xalqı özünün mənəvi paytaxtı hesab edib, tarixinin, mədəniyyətinin beşiyi sanıb, əzəməti ilə qürurlanıb, varlığı ilə öyünüb. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı: “Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi. Azərbaycan xalqının milli sərvəti olan Şuşanı düşmən nə qədər çalışsa da özününküləşdirə bilmədi, şəhərin tarixini, mədəniyyətini 30 ildə məhv etməyə çalışan ermənilər istəklərini həyata keçirə bilmədilər. Artıq ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilib və şəhərə, onun tarixi-mədəni irsinə, təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb.”

Deputat bildirib ki, Şuşa zəfərimizin rəmzidir, yenilməzlik nişanəsi, milli ruhumuzun sığınacağıdır: “Əbəs yerə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Şuşa Pənahəli xanın mirasıdır, Qarabağın baş tacıdır, Qafqazın sənət məbədidir, xalqın qürur yeridir, tariximizin rəngarəngliyinin sübutudur, dünya səviyyəli ziyalılarımızın həyata atdığı ilk addımların məskənidir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya sayca beşinci səfəri zamanı Şuşanın baş planının təqdim edilməsi, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı və ev-muzeyində aparılacaq işlərlə tanışlıq, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması Şuşanın yenidən bərpası, tarixi simasının qaytarılması, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir.”

A.Məmmədov vurğulayıb ki, 2021-ci il avqustun 29-da Şuşada Ali Baş Komandan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Molla Pənah Vaqifin bərpa edilmiş möhtəşəm məqbərəsinin açılışı oldu: “Məqbərənin bərpadan sonra açılış mərasimi həm də Vaqif Poeziya Günlərinin bərpa olunması ilə müşayiət olundu. 8 ay öncə hərbi gücü ilə Şuşaya geri dönən Azərbaycan əsgəri indi Azərbaycan xalqının mənəviyyatı ilə, mədəniyyəti ilə Şuşaya geri dönüşünü gerçəkləşdirdi. Vaqif Poeziya Günlərinin keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirirdi. Dövlət başçısının ətrafında 39 il əvvəl Heydər Əliyevin yanında olduğu kimi Azərbaycanın ədəbiyyat, mədəniyyət və sənət adamları toplanmışdı. Prezident İham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında bir daha diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək bu fikri böyük inamla vurğulamışdır ki, Azərbaycan ədaləti bərpa etdi, 28 illik işğal dövrü ərzində bu vəziyyətlə barışmayacağı, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyimiz barədə verdiyi qərarlarda qətiyyətli olduğunu xatırlatdı.

İndi növbə bu tarixi şəhərin əzəmətini bərpa etmək, onu dirçəltməkdi. Şuşanın azad olunması ilə qəhrəmanlıq dastanı yazan ordumuz azərbaycanlıların əbədi yaşayacağı qədim torpaqları özümüzə qaytardı. Bu gün Şuşa azaddır. Bu gün Şuşa dirçəlir. Qısa zamanda Şuşa həm regionun, həm də bütün dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir. Artıq Şuşanın əsl sahibləri geri dönüb və Şuşanın əvvəlki şöhrətinin geri qaytarılmasında yeni dövr başlayır.”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az