t s

» » Beynəlxalq Valyuta Fondunun BORC vermək istəyi – İmtina edən CƏZALANDIRILIR

Beynəlxalq Valyuta Fondunun BORC vermək istəyi – İmtina edən CƏZALANDIRILIR

27-08-2021, 17:05 Yazar:  Samir Baxılıb: 86 Çap et
Beynəlxalq Valyuta Fondunun BORC vermək istəyi – İmtina edən CƏZALANDIRILIR
Beynəlxalq Valyuta Fondunun (BVF) cari ilin avqust ayının 2-də Fonda üzv ölkələr arasında əlavə 456,5 mlrd həcmində Xüsusi Borclanma Hüquqlarının (XBH) yerləşdirilməsi barədə qərar qəbul edib.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat verib.

Bu addımın atılmasına səbəb kimi isə, pandemiyanın yaratdığı böhran səbəbindən maliyyə durumunun kəskin pisləşməsi nəticəsində valyuta ehtiyatlarında ciddi azalmalar göstərilib.

Digər dünya ölkələrinin olduğu kimi, Azərbaycanın da BVF-dəki 0,082 % və ya 391,7 milyon XBH həcmindəki kvotası son qərarın qəbulu nəticəsində 96 %-ə yaxın artırılaraq 767,1 milyon XBH-na çatdırılıb.

Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov öz fikirlərini Bizim.Media ilə bölüşüb:

“Pandemiya dövründə BVF ölkələrin borclanma kvotasını artırıb və bütün ölkələrə öz xüsusi valyutasında (Fondun özünün xüsusi valyuta forması mövcuddur) borc verib. Qeyd edək ki, Fond həmin valyuta vəsaitlərini pandemiya dönəmində vəsaiti çatmayan, hətta peyvəndi belə ala bilməyən, yaxud da iqtisadiyyatında problemlər olan ölkələrə yönəldə bilirlər”.

Ekspert BVF-nin Azərbaycan üçün borc kvotasını artırmasının ölkəmizə təsirlərindən də danışıb:

“Azərbaycan kimi ölkənin prinsip etibarilə bu borca ehtiyacı yoxdur. Çünki bizim kifayət qədər valyuta ehtiyatımız var. Yəni Azərbaycan üçün ayrılan 767,1 milyon borc, ölkənin valyuta ehtiyatları ilə müqayisədə o qədər də böyük məbləğ hesab olunmamalıdır. Amma bu borcun Azərbaycan üçün ziyanlı tərəfi də yoxdur. Bunun vasitəsilə biz valyuta ehtiyatlarımızı daha da artıra bilərik. Eyni zamanda beynəlxalq aləmdə dövlətimizin əqdlərində əvəzləşdirmə kimi BVF-nin valyutasından istifadə oluna bilər”.

Lakin bir sıra mütəxəssislərin fikrincə, BFV-nin təklifindən imtina etmək ümumiyyətlə mümkün deyil. Çünki belə olan halda fond tərəfindən müəyyən təzyiq “rıçaq”larından istifadə olunur. BVF-nin əlində sanksiyalar, böhranlar, hətta ölkə daxili stabilliyin pozulmasına qədər variantlar mövcuddur.

Rəsmi açıqlamalara görə 700 milyard dollara yaxın valyuta ehtiyatları olan fondun bu cür təsir gücünə malik olması isə şübhəsizdir.

Bundan əlavə kospiroloji məlumatlara görə, BFV-nin arxasındakı əsas güc olan Rotşildlər və Rokfellerlər kimi böyük ailələr iqtisadi manipulyasiyalarla, habelə ölkələrə borc verərək onları asılı vəziyyətə salmaqla öz güclərini artırmağa xidmət edirlər.

Bunun üçün isə, BVF-nin əsas şərtlərindən biri olan iqtisadiyyat üzərində dövlət nəzarətinin azalması və özəlləşdirmənin artırılmasıdır. Nəticədə isə, xarici şirkətlərin investisiyaları ölkəyə cəlb olunur, dövlət transmilli korporasiyalardan asılı vəziyyətə düşür. Bu səbəbdən də, BVF bir sıra siyasətçilər tərəfindən dəfələrlə sərt şəkildə tənqid olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az