t s

» » Türkiyəli sənət adamları azərbaycanlı gənclərlə öz səhnə təcrübələrini bölüşüblər

Türkiyəli sənət adamları azərbaycanlı gənclərlə öz səhnə təcrübələrini bölüşüblər

3-08-2021, 23:11 Yazar:  Samir Baxılıb: 336 Çap et
Türkiyəli sənət adamları azərbaycanlı gənclərlə öz səhnə təcrübələrini bölüşüblər
Bir neçə ay əvvəl, yəni 17 Aprel 2021-ci il tarixdə Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə (MTST) Eslem Film Yapım Şirkəti arasında qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin YETİŞDİRİLƏRƏK ÜZƏ ÇIXARILMASI məqsədilə “Sənət Akademiyası”- adlı TƏHSİL MƏRKƏZİ təsis edilmişdi.

Akademiyanın fəaliyyət istiqaməti mədəniyyətin bütün sahələrini əhatə etməyi hədəfləsə də ilk addım aktyorluq dərslərindən başladı.

Artıq bir neçə aydır ki, qardaş Türkiyədən dəvət edilən məşhur sənət adamları azərbaycanlı gənclərlə öz səhnə təcrübələrini bölüşürlər. Akademiyada aktyorluq dərsləri keçən tələbələr bu şansdan maksimum faydalanmağa çalışırlar.

Əslində akademiyanın fəaliyyəti təkcə tədrislə kifayətlənmir, eyni zamanda film və serial istehsalı ilə bağlı da planlamalar hazırlayır.
Yəni bir yandan akademiyada tanınmış türk ulduzlar həm aktyorluq dərsləri keçirlər digər yandan da film istehsalı ilə bağlı ciddi çalışmalar aparılır.

Məhz buna görə də qısa zaman içərisində Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufak, şirkətin Baş Koordinatoru Yalçın Çoban, rejissor İbrahim Bülbül və əsas texniki heyət gecikmədən Bakıda çəkilişlərə başladılar.

Görülən işlər barədə yerli mediaya “Sənət Akademiyası”nın direktoru Səbuhi Zaman və Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufak dəvət aldıqları televiziya proqramlarında və digər online media orqanlarında ətraflı açıqlamalar da vermişdilər.

Bu başlangıcla da Azərbaycan kino sahəsinə yeni nəfəs gətirilmiş oldu. Eslem Film Yapım Şirkətinin ilk layihəsi olan və artıq çəkilişləri bitmiş olan “NİSAN” adlı film artıq hər kəsin marağına səbəb olub.
İstehsalçısı və təşəbbüskarı Yalçın Çoban, rejissorluğu isə İbrahim Bülbülə aid olan bu möhtəşəm layihədə hər iki qardaş ölkədən tanınmış isimləri görmək mümkündür.

Türkiyənin dünyaca məşhur Kurtlar Vadisi serialından tanıdığımız Erhan Ufakın (Erhan Güllü) baş rol aldığı bu film layihəsində, Güllü Ərhanı tamam fərqli bir xarakterdə görəcəkləri üçün onu sevən heyran kütləsi artıq günləri saymağa başlayıb. Filmin digər baş rol oyuncusu isə əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirovadır.

Çəkilişlər bitdikdən sonra Almaniyaya qayıdan Canan Nəzirovanın filmin təqdimat gecəsində yenidən Azərbaycana gələcəyi deyilir.
Xatırladaq ki, “Nisan” adlanan filmdə Azərbaycandan da tanınmış isimlər rol alıblar.

Erhan Ufak
Canan Nezirova
Reşat Kəsəmənli,
Murad Abdullayev,
Sebuhi Zaman,
Şahin İmaməliyev,
Elmira Qocayeva
Vurğun Həsənov,
Novruz Cəfərov,
Tural Sadiqov

Sənət Akademiyasında hal-hazırda təhsil alan tələbələr də iştirak ediblər.

Qeyd: Azərbaycandakı fəaliyyətini hər kəsin yaxından izlədiyi Türk şirkətinin “NİSAN” adlı filmi üçün çox yaxın tarixlərdə möhtəşəm təqdimat gecəsi planlaşdırılır. Bu barədə ətraflı açıqlamalar avqust ayının 6-da təşkil ediləcək mətbuat konfransında veriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az