t s

» » Xalq artistinin ölümü müzakirə yaratdı - TƏBİB aydınlıq gətirdi

Xalq artistinin ölümü müzakirə yaratdı - TƏBİB aydınlıq gətirdi

26-07-2021, 14:56 Yazar:  Samir Baxılıb: 251 Çap et
Xalq artistinin ölümü müzakirə yaratdı - TƏBİB aydınlıq gətirdi
Xalq artisti Səməd Səmədovun müalicə aldığı xəstəxanada vəfat etdiyi gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi statistikanın COVID-19-dan ölüm halının olmaması kimi təqdim edilməsi müzakirələrə yol açıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxışova Modern.az-a bildirib ki, hər gün açıqlanan statistika bir gün əvvəlin məlumatlarını əhatə edir:

“Xalq artisti vəfat edən günün rəqəmləri 23 iyul səhər saat 9:00-dan 24 iyul səhər saat 9:00-a qədər dövrü əhatə edib. Səməd Səmədov isə 24 iyulda axşam saatlarında dünyasını dəyişib”.

Qeyd edək ki, Xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə “Yeni Klinika” tibb müəssisəsinə daxil olub. Döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib. Böyrək çatışmazlığı yaranıb. Xalq artistinin həyatını xilas etmək mümkün olmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:35 Azərbaycanda vəkilin şok əməlləri: görüşür, sonra... - TƏFƏRRÜAT Azərbaycanda dələduzluqda ittiham olunan “Advocaci Center” MMC-nin direktoru vəzifəsində işləmiş Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az-ın əldə etdiyi məlumata görə, Nüşabə Baxışova qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
07:12 Prezident sosial müdafiə xərclərinin artırılmasını nəzərdə tutan qanunu təsdiqləyib Prezident İlham Əliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununu təsdiqləyib. AZƏRTAC xəbər verir ki, müvafiq icra hakimiyyəti
09:55 Tibbimizi modern Qərb təbabətinə çatdırmağın əsas şərtləri - nədən başlamalı, nə etməli? Ölkəni dünyada tanıdan və nüfuzlu edən ən mühüm göstəricilərdən biri onun elminin səviyyəsidir. Tarix, adət-ənənə, milli mətbəx və rəqslər, idman – bunlar hamısı əlbəttə önəmlidir, lakin elm zirvədə deyilsə, digər amillərin əhəmiyyəti qat-qat azalır. Yaxud tərsinə, elm inkişaf etmişsə, digər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az