t s

» » Dünya ulduzları sabahdan Bakıda "Əli və Nino"nu çəkməyə başlayır

Dünya ulduzları sabahdan Bakıda "Əli və Nino"nu çəkməyə başlayır

23-02-2015, 21:22 Yazar:  Aygün Baxılıb: 641 Çap et
Dünya ulduzları sabahdan Bakıda "Əli və Nino"nu çəkməyə başlayırFevralın 24-dən Bakıda Qurban Səidin dünya bestselleri olan «Əli və Nino» romanı əsasında eyniadlı filmin çəkilişləri başlayır.

Heydər Əliyev Mərkəzinin yaydığı xəbərə görə, mərkəzdə bununla bağlı yaradıcı heyətin mətbuat konfransı keçirilib.

Yaradıcı kollektiv KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb və dünya kinematoqrafiyasında layihənin reallaşdırılmasının böyük önəmini qeyd edib.

Filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Film Bakı küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında – kitabda təsvir olunan yerlərdə çəkiləcək.

Mətbuat konfransında Leyla Əliyeva filmin aktyorlarını və çəkiliş heyətini Bakıda salamlamaqdan məmnun olduğunuqeyd edib: «Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik».

Filmin ssenari müəllifi, «Academy Award» mükafatı laureatı Kristofer Hempton («Təhlükəli əlaqələr», «Bağışlanma»), quruluşçu rejissoru Kris Tikye («Zibillik», «Qızıl geyinmiş qadın»), rejissoru «BAFTA» mükafatı sahibi Asif Kapadiadır («Döyüşçü», «Senna»).

Filmdə Əli rolunu Adam Bakri («Ömər»), Nino obrazını Mariya Valverde («Çıxış», «Tanrılar və krallar») canlandıracaq.

Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin («Vətən», «Cinayətkar kimi fikirləş», «Şahzadə gəlin») və Konni Nilson («Nimfoman», «Qladiator») da daxildir. Onlar filmdə Ninonun valideynlərini canlandıracaqlar.

Heyətə qatılacaq digər aktyorlar bunlardır: Rikkardo Samariko («Gülləsiz atəş», «Qardaşım evin yeganə övladıdır»), Humayun Erşardi («Hədəf nömrə bir», «Küləyin dalınca qaçan»), Fəxrəddin Manafov («Nəfəs almamağa çalış», «Əlvida, cənub şəhəri»), Assad Buab («Vətənpərvərlər», «Lola hər nə istərsə»), Numan Akar («Vətən») və Halit Ərgənç («Min bir gecə», «Möhtəşəm yüz il»).

Filmin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti («Yolda», «Küləyin dalınca qaçan», «Motosikletçinin gündəliyi»), quruluşçu operator Gökhan Tiryaki («Qış yuxusu», «Bir dəfə Anatoliyada»), kostyum dizayneri Mişel Klepton («Taxtların oyunu») və redaktor Aleksandr Berner («Yupiterin qalxışı», «Buludlu atlas», «Hesablaşma») daxil olmaqla dünya səviyyəli bir komanda formalaşıb.

Xəbərdə vurğulanır ki, baş rolların ifaçıları artıq bir neçə aydır Bakıdadırlar və obrazların canlandırılması üçün Azərbaycanın müxtəlif guşələrinə baş çəkiblər, milli mədəniyyəti və dili öyrəniblər.

Mətbuat konfransında Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin və filmə daha da rəngarənglik verəcək neft bumunun maksimum əks olunacağı bildirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:52 İlham Əliyev güləşçilərlə görüşdü Prezident ölkədə idmanın inkişafından danışdı. Prezident İlham Əliyev fevralın 23-də yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Mediaxeberleri.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı, Milli
21:51 Xocalı soyqırımı ilə bağlı aksiya - İsveçrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “ Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri olduğu kimi İsveçrədə də Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Ölkənin paytaxtı
15:07 Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər keçirilir. Bu silsilədən növbəti tədbir Rustavi şəhərində təşkil olunub. Əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi
13:10 12 yaşlı qızla seksual münasibət Mediaxeberleri.az xəbər verir ki, kulis.az “Ən qalmaqallı filmlər” layihəsində amerikalı rejissor Stenli Kubrikin “Lolita” filmini təqdim edir. Kubrik “Lolita” filmini məşhur yazıçı Vladimir Nabokovun eyni adlı romanı əsasında ekranlaşdırıb. Nabokov özü filmin ssenaristlərindən biri olub.
00:10 Beşinci muğam televiziya müsabiqəsi başlayıb Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən beşinci muğam televiziya müsabiqəsi başlayıb. Mediaxeberleri.az AzərTAc-a

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az