t s

» » 1969-cu il 14 iyul milli özünüdərkin və özünəqayıdışın başlanğıcıdır

1969-cu il 14 iyul milli özünüdərkin və özünəqayıdışın başlanğıcıdır

14-07-2021, 20:28 Yazar:  Samir Baxılıb: 307 Çap et
1969-cu il 14 iyul milli özünüdərkin və özünəqayıdışın başlanğıcıdır
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmişdir. Bu gün daha çox Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycana rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyev milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. 52 il öncə Ulu Öndərin respublikanın rəhbəri vəzifəsində fəaliyyətə başlamasının ilk günlərindən aydın olmuşdur ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapmışdır.

Ulu Öndər 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra bütün sahələrdə inkişaf başladı. Sosial-iqtisadi, mədəniyyət, elm, təhsil sahələrində ciddi inkişaf baş verdi və qısa zamanda Azərbaycan keçmiş ittifaq respublikaları arasında ön sıralara çıxdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın əsası qoyuldu. Belə ki, Ulu Öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş, daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən mürəkkəb məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmiş, böyük fədakarlıqlar göstərmiş, fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan görə bilmişdir. Bununla da müstəqilliyə gedən yolun ilk təməli qoyulmağa başlanmışdır. Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan müdafiəsi yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan vermişdi. Sovet ideologiyasının ziyanlı təsirləri nəticəsində öz milli kimliyini unutmaq təhlükəsi ilə üz-üzə qalmış insanları tədricən milli ideyalar ətrafında səfərbər etmişdi. Beləliklə, 1969-1982-ci illərdə müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına xüsusi diqqət yetirilmişdir. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin intibah dövrü kimi xatırlanır. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.

Azərbaycan qısa zaman ərzində ittifaq miqyasında iqtisadi-sosial baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu və 1969–1982-ci illərdə öz inkişafına görə sovet respublikaları içərisində birinci yerə keçdi. Bu isə sovet dövrü üçün çox böyük bir hadisə idi. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün əzəmətli quruculuq işlərinin böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX əsrin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə – yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Ulu Öndərin yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1969-1982-ci illər baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində ən parlaq səhifələri təşkil edir. Bütün bunlar göstərir ki, Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Ulu Öndər şəxsən özü başçılıq edirdi.

Bu gün ölkəmizdə qazanılan uğurların təməlində Heydər Əliyevin xilaskarlıq missiyası, ondan sonrakı dövrlərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyev Ulu Öndərin möhkəm təməl üzərində qurduğu həmin xətti uğurla davam etdirməklə Azərbaycanı ən uca zirvələrə yüksəldir. Uğurlarımızın bir-birini əvəzləməsinə baxmayaraq, dövlətimizin başçısı bildirir ki, biz daim irəliyə baxmalıyıq. Azərbaycanın artan iqtisad imkanları, siyasi mövqeyi, beynəlxalq aləmdə nüfuzu daha mühüm uğurlara yol açır.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:34 Qurucu LİDER – QALİB PREZİDENT! - Əli Həsənov yazdı Hötmətli səhifə izləyiciləri, əziz dostlar! Düz bir il əvvəl Prezident İlham Əliyevin Doğum Günü ilə əlaqədar qələmə aldığım və dekabr ayının 23-də FB səhifəmdə paylaşdığım bir məqaləni, yalnız başlığını dəyişməklə və yuxarıdan iki yeni abzas artırmaqla təkrar paylaşıram. Mediaxeberleri.Az xəbər
17:20 HEYDƏR ƏLİYEV - yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət Əli Həsənov Tarix elmləri doktoru, professor 51 il əvvəl- 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi həyatında baş vermiş mühüm bir hadisə pespublikamızda köklü dəyişikliklərin başlanmasına təkan verdi və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsi yolunda yeni tarixi dönüşün əsasını qoydu.
16:43 HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ BANİSİDİR May ayının 10-da Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu günlərdə qədirbilən xalqımız öz müdrik liderini xüsusi sevgi və məhəbbətlə yad edir, ruhuna dualar oxuyur. Ümummilli Liderin müstəqil dövlətçilik tariximizdəki yeri və rolu haqqında mühüm və vacib hesab etdiyim müəyyən fikirlərimi
09:54 14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az