t s

» » Qurban bayramı günü toy etmək olarmı? – Hacı Şahin

Qurban bayramı günü toy etmək olarmı? – Hacı Şahin

14-07-2021, 18:36 Yazar:  Samir Baxılıb: 346 Çap et
Qurban bayramı günü toy etmək olarmı? – Hacı Şahin
Dinimizdə Qurban bayramında toy keçirmək qadağan olunmayıb. İslam dini matəm olmayan istənilən gün toy keçirilməsinə qarşı deyil. Qurban bayramı günü də toyların keçirilməsi normaldır.

Mediaxeberleri.Az
xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Qurban bayramı və Məhərrəmlik ayında toyların keçirilə biləcəyi haqda danışarkən deyib.

Hacı Şahinin sözlərinə görə, Qurban bayramı günü keçirilən toylarda bəzi nüanslara diqqət etmək lazımdır:

“Qurban bayramı günü keçirilən toylarda dinimizin qadağan etdiyi, haram buyurulan təamlar və spirtli içkilər olmamalıdır. Ümumiyyətlə, bu təkcə Qurban və ya hansısa müqəddəs bayramla əlaqədar deyil. Spirtli içkilərdən istifadə hər bir halda günahdır və dinimizdə qadağadır.

Düşünürəm, dini bayramlar zamanı insanlar bu kimi məsələlərə xüsusilə hörmətlə yanaşmalıdır. Adətən Qurban bayramı günü insanların bir çoxu məhz digər haram buyurulan təamları yeyib, spirtli içki içməməsi üçün toy təşkil etmir”.

İlahiyyatçı Məhərrəmlik ayı ərzində toyların keçirilə bilməsi ilə bağlı da danışıb:

“Məhərrəmlik ayında toyların keçirilməsi məsələsi ümumilikdə şəriətdə “olar-olmaz” kateqoriyasına aid deyil. Bu, mənəvi mövzudur. Məsələni belə anlamaq lazımdır ki, xalq matəm keçirirsə, şadlıq mərasimindən imtina edilir. Yəni bu, dini məsələ deyil, mənəvi bir seçimdir. Məhərrəmlik ayı zamanı da xalqımız peyğəmbər və onun ailəsinə xatir şənlik-toy keçirməkdən çəkinir, əksər hallarda da etmir. Düşünürəm ki, bu il də bütün çətinliklərə baxmayaraq, insanlarımız Məhərrəmlikdə toy keçirməyəcək. Təbii ki, bu tövsiyə xarakterlidir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
10:43 Bakının azad edilməsinin 101-ci ili: “Al Bakını! Vətəninə bir altun ərməğan apar!” 101 il il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğalçılardan azad etməsi Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az