t s

» » YAP kimlərin mandatını təhvil aldı - şok siyahı

YAP kimlərin mandatını təhvil aldı - şok siyahı

16-09-2015, 09:36 Yazar:  Canan Baxılıb: 1285 Çap et
YAP kimlərin mandatını təhvil aldı - şok siyahıHakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır...

Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclasında Azərbaycan cəmiyyətinin uzun müddətdir gözlədiyi hadisə baş verdi. Toplantıda hakim partiyanı bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkisində təmsil edəcək deputatlığa namizədlərin siyahısı müzakirə olundu və müvafiq seçki dairələri üzrə namizədlər təsdiqlənəndən sonra ictimaiyyətə açıqlandı.

Hakim partiya 125 dairənin 117-sindən namizəd irəli sürüb, qalan 8 dairədən isə namizəd verməyib.

Transparency.az bu siyahını YAP-ın indiki parlament fraksiyasının tərkibi ilə müqayisə edib. Nəticələri diqqətinizə çatdırırıq:

1 saylı Şərur-Sədərək seçki dairəsi
Talıbov Vasif Yusif oğlu
2 saylı Şərur seçki dairəsi
Həbibbəyli İsa Əkbər oğlu
4 saylı Naxçıvan şəhər seçki dairəsi
İbrahimov Eldar Rza oğlu
5 saylı Şahbuz-Babək seçki dairəsi
Novruzov Siyavuş Dünyamalı oğlu
6 saylı Culfa-Babək seçki dairəsi - Həmzəyeva Ülviyyə Tapdıq qızı (Hazırda bu dairədən YAP-ın deputatı İsmayıl Hacıyevdir)
8 saylı Binəqədi birinci seçki dairəsi - Əlizadə Aysel İsmayıl qızı (Hazırda bu dairədən YAP-ın deputatı Oqtay Əsədovdur, indi o, 45 saylı dairədən namizəd olub)
9 saylı Binəqədi ikinci seçki dairəsi - Qafarov Kəmaləddin Nəsrəddin oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
10 saylı Binəqədi üçüncü seçki dairəsi - Həsənova Samirə Yaşar qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
11 saylı Qaradağ seçki dairəsi - Hüseynov Aydın Nəsir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Ağalar Vəliyevdir, indi o, 97 saylı dairədən namizəd olub)
15 saylı Yasamal birinci seçki dairəsi - Aslanov Bayram Mirazim oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
16 saylı Yasamal ikinci seçki dairəsi - İbrahimov Xıdır Mənsum oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Abel Məhərrəmovdur)
17 saylı Yasamal üçüncü seçki dairəsi - Əhmədova Lalə Kərim qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
18 saylı Nərimanov-Nizami seçki dairəsi - İsmayılov İsmayıl Mübariz oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
19 saylı Nərimanov birinci seçki dairəsi - Məmmədov Hikmət Baba oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
20 saylı Nərimanov ikinci seçki dairəsi - Əsədov İbrahim Namizəd oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
21 saylı Nəsimi birinci seçki dairəsi - İbrahimqızı Məlahət İbrahim qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
22 saylı Nəsimi ikinci seçki dairəsi - Hacıyev Rahib Səfəralı oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
23 saylı Nəsimi-Səbail seçki dairəsi - Novruzov Elşad Mirzəli oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
26 saylı Sabunçu birinci seçki dairəsi - Qədirov Kamran Dursun oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
27 saylı Sabunçu ikinci seçki dairəsi - Cəbrayılova Dilarə Məmmədağa qızı (Hazırda bu dairədən YAP-ın deputatı Qalib Salahzadədir)
28 saylı Sabunçu üçüncü seçki dairəsi - Cabbarova Xatirə Qılman qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
29 saylı Səbayel seçki dairəsi - Hacıyev Şəmsəddin Hümbət oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
31 saylı Suraxanı ikinci seçki dairəsi - Abidova Zərnişan Heybət qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
34 saylı Xətai ikinci seçki dairəsi - İbrahimov Calal Ağarza oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
35 saylı Xətai üçüncü seçki dairəsi - Ağrılı Aliyə Reyman qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi - Kərimzadə Pərvin Orxan qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi - Həmzəyev Naqif Ələşrəf oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
42 saylı Sumqayıt ikinci seçki dairəsi - Mirkişili Tahir Famil oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
44 saylı Sumqayıt-Xızı seçki dairəsi - Əsgərov Nurlan Bəşir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
45 saylı Abşeron seçki dairəsi - Əsədov Oqtay Sabir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
46 saylı Şirvan seçki dairəsi - Nəbiyev Paşa Sədi oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
52 saylı Quba seçki dairəsi - Həsənova Afət Əbil qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
55 saylı Xaçmaz şəhər seçki dairəsi - Səlimov Eldəniz Adil oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Arif Əşrəfovdur)
57 saylı Kürdəmir seçki dairəsi - Qəribov Nizami İsməli oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Fərhad Qəribovdur)
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi - Əmiraslanov Elnur Mehman oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
59 saylı Salyan seçki dairəsi - Ağabəyov İlqar Faiq oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
62 saylı Saatlı seçki dairəsi - Rəşidov Nazim Sahib oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Cəlal Əliyevdir)
63 saylı Sabirabad birinci seçki dairəsi - Quliyev Elçin Bəybala oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
69 saylı Cəlilabad - Masallı - Biləsuvar seçki dairəsi - Sadıqov Etibar Sadıq oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
71 saylı Masallı kənd seçki dairəsi - Novruzov Rafiq Qafar oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
72 saylı Yardımlı-Masallı seçki dairəsi - Əliyev Sərvər Məlikməmməd oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
73 saylı Lənkəran şəhər seçki dairəsi - Ağayev Mənsur Rəsul oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
77 saylı Astara seçki dairəsi - Mahmudov Rəşad Məmmədqulu oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Aslan Cəfərovdur)
80 saylı İmişli-Beyləqan seçki dairəsi - Əmirov Ramiz Cahangir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
81 saylı Beyləqan seçki dairəsi - İsmayılov Şahin Əmir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Ayaz Orucovdur)
83 saylı Ağcabədi-Füzuli seçki dairəsi - Əliyev Sadiq Zamil oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
85 saylı Şamaxı seçki dairəsi - Eminalıyev Eyvaz Məhəmmədəli oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
86 saylı İsmayıllı seçki dairəsi - Qurbanova Xuraman Kamal qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi - Mütəllimov Əlyunis Əlyusif oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Ərəstun Cavadovdur)
88 saylı Göyçay seçki dairəsi - Hacıyeva Ləman Amil qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
89 saylı Göyçay-Ağdaş seçki dairəsi - Nəsirov Elman Xudam oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Şəmsəddin Hacıyevdir)
90 saylı Ağdaş seçki dairəsi - Vəliyev İlqar Mahir oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
91 saylı Ucar seçki dairəsi - Hüseynov Vüsal Əfqan oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
92 saylı Zərdab-Ucar seçki dairəsi - İsgəndərov Gülağa Mirzağa oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
94 saylı Bərdə kənd seçki dairəsi - Xəlilov Sadiq Vaqif oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
95 saylı Tərtər seçki dairəsi - Mirzəyev Surxay Xasay oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
96 saylı Goranboy-Naftalan seçki dairəsi - Həsənov Xaləddin Həsən oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
97 saylı Goranboy - Ağdam-Tərtər seçki dairəsi - Vəliyev Ağalar İsrafil oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Gülçöhrə Məmmədovadır)
99 saylı Şəmkir kənd seçki dairəsi - Əliyeva Sona Sakit qızı (Hazırda bu dairədən YAP-ın deputatı Məlahət İbrahimqızıdır, indi o, 21 saylı dairədən namizəd olub)
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi - Bayramov Kamran Fərhad oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi - Məmmədov İlham Müseyib oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
102 saylı Samux-Şəmkir seçki dairəsi - Həsənov Rahil Qurban oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
105 saylı Tovuz seçki dairəsi - Yusifova Rahilə Oruc qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
106 saylı Tovuz - Qazax-Ağstafa seçki dairəsi - Qəhrəmanov Canpolad Kəmayıl oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
107 saylı Qazax seçki dairəsi - Əhmədov Zeynal Akif oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Əhməd Vəliyevdir)
109 saylı Balakən seçki dairəsi - Məhməliyev Nəsib Məhəmməd oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Rəbiyyət Aslanovadır)
110 saylı Zaqatala seçki dairəsi - Bayramov Bəhruz Qurban oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
112 saylı Qax seçki dairəsi - Heydərov Babək Yamil oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
114 saylı Şəki kənd birinci seçki dairəsi - Ağabəyov Xanlar Həsrət oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
115 saylı Şəki kənd ikinci seçki dairəsi - Əhmədli Orxan Nofəl oğlu (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
118 saylı Ağdam şəhər seçki dairəsi - Abbasova Gülnar Hadı qızı (Hazırda bu dairədən YAP-ın deputatı yoxdur)
121 saylı Laçın seçki dairəsi - Abbaszadə Mahir Tapdıq oğlu (Hazırda bu dairədən YAP-ın deputatı Nazim Fərəcovdur).
123 saylı Kəlbəcər seçki dairəsi
Qurbanov Cavid Qənbər oğlu
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi
Məmmədov Elman Camal oğlu
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
İsmayılov İmamverdi İbiş oğlu.

Kimlər gedib, kimlər qalır?

Seçki kampaniyası elan olunandan sonrakı iki həftənin əsas gözləntisi olan siyahıda ilk diqqəti cəlb edən nüans rektor deputatlarla bağlıdır. Yeri gəlmişkən, deputat rektorların “ya universitet, ya mandat” seçimi qarşısında qoyulduğunu ilk olaraq “Yeni Müsavat” yazmışdı və siyahı yazdıqlarımızı təsdiqlədi.



Hələ siyahı elan olunmazdan bir neçə saat öncə mətbuata açıqlama verən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov seçkilərə getməyəcəyini açıqladı və məlum oldu ki, o, doğrudan da rektorluğu seçib. Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın da adı YAP-ın siyahısında yoxdur. Onu Ağalar Vəliyev əvəz edəcək. Xatırladaq ki, A.Vəliyev hazırda Qaradağın deputatıdır. YAP-ın Qaradağdan namizədi isə partiyanın Qaradağ təşkilatının sədri Aydın Hüseynov olub.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin yerinə Əhmədov Zeynal Akif oğlunun namizədliyi irəli sürülüb. Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin də adı iqtidarın seçki siyahısında yoxdur. Onun yerinə seçkilərə Cabbarova Xatirə Qılman qızı gedəcək. Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev yenidən millət vəkili olmaq üçün seçkiyə gedəcək.



Siyahıda diqqətçəkən məqamlardan biri budur ki, siyahıda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu (Məmmədov Hikmət Baba oğlu) 19 saylı dairədə baş nazirin müavini vəzifəsinə təyin olunmuş Əli Əhmədovu əvəzləyib.

Beləliklə, göründüyü kimi, hakim partiyanın açıqladığı deputatlığa namizədlər siyahısında hazırda YAP-ın deputatı olan bəzi şəxslərin adı yoxdur.

BDU-nun rektoru, 16 saylı Yasamal ikinci seçki dairəsindən YAP-ın deputatı seçilmiş Abel Məhərrəmovun yerinə İbrahimov Xıdır Mənsum oğlunun, 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat olan Qalib Salahzadənin yerinə Cəbrayılova Dilarə Məmmədağa qızının, 34 saylı Xətai ikinci seçki dairəsindən Gülər Əhmədovanın yerinə İbrahimov Calal Ağarza oğlunun, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Asəf Hacıyevin yerinə Həmzəyev Naqif Ələşrəf oğlunun namizədliyi irəli sürülüb.



Fərhad Qəribovun yerinə (57 saylı Kürdəmir seçki dairəsi) Qəribov Nizami İsməli oğlu, 62 saylı Saatlı seçki dairəsindən Cəlal Əliyevin yerinə Rəşidov Nazim Sahib oğlu namizəd olub. 81 saylı Beyləqan seçki dairəsindən deputat Ayaz Orucov da siyahıda yoxdur. Onun yerinə İsmayılov Şahin Əmir oğlu namizəd olub. 107 saylı Qazax seçki dairəsində Əhməd Vəliyevin yerinə Əhmədov Zeynal Akif oğlu, 109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanovanın yerinə Məhməliyev Nəsib Məhəmməd oğlunun namizədliyi irəli sürülüb.

Yerlərdəki mənbələrimizdən aldığımız məlumata görə, iş adamı Fərhad Qəribovu siyahıda əvəz edən Nizami Qəribov hazırkı deputatın doğma əmisi oğludur.

2012-ci ildə deputat mandatından imtina edən Gülər Əhmədovanın seçildiyi 34 saylı Xətai ikinci seçki dairəsindən isə Calal İbrahimovun namizədliyi elan edilib.

YAP-ın namizəd irəli sürmədiyi 8 seçki dairəsi isə bunlardır:

3 saylı Babək-Kəngərli Seçki Dairəsi (hazırda bu dairənin deputatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevdir),
7 saylı Ordubad-Culfa Seçki Dairəsi (hazırda bu dairənin deputatı BAXCP sədri Qüdrət Həsənquliyevdir),
50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsi (hazırda bu dairənin deputatı xalq artisti Zeynəb Xanlarovadır),
60 saylı Salyan-Neftçala Seçki Dairəsi (hazırda bu dairənin deputatı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır),
66 saylı Biləsuvar Seçki Dairəsi (hazırda bu dairənin deputatı Azərbaycan Sosial Rifah Partiyasının sədridir Xanhüseyn Kazımlıdır),
93 saylı Bərdə şəhər Seçki Dairəsi (hazırda bu dairənin deputatı Zahid Orucdur),
116 saylı Qəbələ Seçki Dairəsi (hazırda bu dairənin deputatı Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovdur),
122 saylı Xankəndi Seçki Dairəsi (hazırda bu dairənin deputatı Flora Qasımovadır). (report.az)



***



Xalq Partiyasının sədri, 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizəd Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, YAP-ın siyahısının necə olub-olmayacağını o qədər də həyəcanla gözləmirdi: “Çünki bu, YAP-ın daxili məsələsidir. Amma hər halda, görünən odur ki, parlamentdə köhnə komanda ilə davam xətti götürülüb. Bizim istəyimiz odur ki, normal, ədalətli bir yarış olsun. Hərçənd belə bir şəraitdə bu, nə dərəcədə ola bilər, bu, xeyli problematik görünür. Amma hər halda, biz seçkiyə bənzər bir şeyin olmasına çalışacağıq”.
P.Hüseyndən dairəsindən YAP-ın namizədi olan Quliyev Elçin Bəybala oğlu ilə bağlı soruşduqda onu tanıdığını bildirdi: “Bildiyimə görə, ”Kapitalbank"ın rayon şöbəsinin müdiridir. Amma mən əminəm ki, seçkidə seçicilərin səsini alıb qalib gələcəyəm".
Mövzunu davam etdirəcəyik.

E.PAŞASOY




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:59 Çıxdaş edilən məşhur YAP-çı: "Necə məsləhətdir..." Xəbər verdiyimiz kimi, bu gün hakim partiyanın parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb. Yeni Azərbaycan Partiyasının açıqladığı deputatlığa namizədlər siyahısında hazırda YAP-ın deputatı olan bəzi şəxslərin adı yoxdur. Siyahıya salınmayan şəxslərin arasında
22:16 YAP siyahıda dəyişiklik etdi Yeni Azərbaycan Partiyası deputatlığa namizəd siyahıında dəyişiklik edib. Bir neçə saat əvvəl açıqlanan siyahıda 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Əhmədli Orxan Nofəl oğlunun namizədliyi irəli sürülmüşdü.Dəyişiklikdən sonra bu dairədən Qarayev Elçin Müzəkkir oğlunun namizədliyi irəli
20:26 YAP boş qalan seçki dairələrinə bu namizədlərin adlarını göstərdi Yeni Azərbaycan Partiyası (YAP) bu ilin noyabr ayında keçiriləcək seçkilərdə Milli Məclisdə boş qalan deputat yerlərinə partiyanın yeni namizədlərini elan edib. Axar.az xəbər verir ki, Mübariz Qurbanlı 2014-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildiyi üçün, Asəf Hacıyev
08:36 Jurnalist Peyman Sadıqov 46 saylı Şirvan dairəsi üzrə parlament seçkilərində iştirak edəcək Tanınmış jurnalist, "Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürəcək. Bu haqda jurnalist Peyman Sadıqov Mediaxeberleri.az-a məlumat verib. Onun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi
21:05 Milli Məclisin “danışan” və “danışmayan” millət vəkilləri - MANDATINI İTİRƏNLƏR (VİDEO) Bəzi millət vəkilləri öz seçicilərinin yanında olub problemlərini həll etməyə çalışsa da , təəssüf ki , bir çoxu seçicilərinin yaddaşında danışmayan millət vəkili kimi qalıb Məlum məsələdir ki , qarşıdan parlament seçkiləri gəlir. Millət vəkilləri yenidən seçim hüququ qazanmaq məqsədilə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az