t s

» » "İNDİKİ TOY MODELİ SOSİAL BƏLADIR VƏ..." - İctimai Nəzarət Mərkəzindən hökumətə müraciət

"İNDİKİ TOY MODELİ SOSİAL BƏLADIR VƏ..." - İctimai Nəzarət Mərkəzindən hökumətə müraciət

28-06-2021, 22:36 Yazar:  Samir Baxılıb: 202 Çap et
"İNDİKİ TOY MODELİ SOSİAL BƏLADIR VƏ..." - İctimai Nəzarət Mərkəzindən hökumətə müraciət
"Ölkəmizdə keçirilmiş toy məclislərində yer almış və mahiyyət etibarilə insanların nifrətini qazanmış adət ənənələrə dur deməyin zamanı çatmışdır"

"Bu toylar həm də ölkədə maddiyatçılığın, meşşanlığın artmasına, mənəvi dəyərlərin sıxışdırılmasına səbəb olur..."


İctimai Nəzarət Mərkəzi mütərəqqi toy modellərinin yaradılması zərurəti ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanda keçirilən toy ənənələrinin bərpa olunacağından narahatlıq ifadə olunub:


"Artıq il yarımdır ki, koronavirus təhlükəsi səbəbindən, ölkəmizdə toy mərasimlərinin keçirilməsi dayandırılmışdı. Əhali, xüsusi ilə gənclərimiz böyük intizarla ölkəmizdə toyların yenidən keçirilməsi üçün şəraitin yaranmasını, qadağanın ortadan götürülməsini gözləyirdi. Hökumətin yenicə qəbul edilmiş qərarı ilə cari ilin iyul ayının 1-dən toy mərasimlərini keçirmək mümkün olacaq. Biz, İctimai Nəzarət Mərkəzinin İdarə Heyəti toy qadağasının aradan qaldırılmasını alqışlayırıq. Lakin böyük narahatlıqla qorxunc sosial bəlaya çevrilmiş, xalqımızın nüfuzuna ləkə olan və Koronavirus Pandemiyasına qədər Azərbaycanda keçirilən toy ənənələrinin bərpa olunacağı təhlükəsindən çox narahatıq.

Dinimizin qadağan etdiyi, ağıllı insanların etirazla qarşıladığı böyük israfçılıqla keçirilən belə toy mərasimləri hər gün ölkəmizin ərzaq ehtiyatına ciddi zərbə vurur. Minlərlə ton yeyinti məhsulları yararsız hala salınır. Sanitar – gigiyenik qaydaların tez-tez pozulduğu mətbəxlərdə hazırlanan, əksər hallarda stolların üstündən yığılaraq sonrakı toy mərasimləri üçün saxlanılan növbə-növ yeməklər (bəzən 50-dən çox müxtəlif yeməklər, salatlar və s) növbəti toy mərasimi keçirənlərə əslində zorla satılır.

Toydan sonra toy sahibinə stolların üstə qalan məhsullara – qidalara, şirniyyata, içkilərə, çiçəklərə əl vurmaq, onları götürmək qadağan edilir. Bu sadəcə cinayətdir və biz bu cinayətə son qoyulmasını təkid və tələb edirik! İcazə verilmiş qaydalar çərçivəsində keçiriləcək toylarda şadlıq evlərinin sahibləri tərəfindən bu cinayət əməlləri davam edərsə, ölkənin hüquq-mühafizə orqanları dərhal bu adamlar barəsində cinayət işi başlamalıdırlar. Çünki bu əməl yüzlərlə şahidin gözləri önündə baş verən açıq oğurluq, açıq soyğunçuluqdur.



Hər kəsə məlumdur ki, əhalinin böyük əksəriyyətinin doğru yollarla qazandığı əməkhaqqı günü-gündən bahalaşan belə toylarda iştirak etməyə imkan vermir. Onlar toylarda iştirak etmk üçün lazım olan pulu əldə etmək məqsədilə qeyri-qanuni, bəzənsə, hətta kriminal yollara əl atmağa məcbur olurlar.

Böyük hay-küylə keçən belə toylar qonaqların və eyni zamanda bəylə gəlinin əsəblərində ciddi gərginlik yaradır. Yaşlı və müəyyən xəstəlikləri olan kişilər əksər hallarda, mərasim zallarından çıxıb, girişdə bir kənarda oturmaqla canlarını qurtarır. Yaşlı və müəyyən xəstəlikləri olan xanımlarsa toy zalında saatlarla psixoloji sarsıntıya məruz qalır. Bu sırada məqsədyönlü şəkildə musiqinin səsinin qulaqları batıran səviyyədə yüksək edilməsi insanları bu məclisi daha tez tərk etməyə məcbur edir ki, bu da şadlıq sarayı sahiblərinə masaların üzərindən daha çox məhsul yığışdırmağa, əslində oğurlamağa şərait yaradır.

Şadlıq sarayı sahiblərini gənclərin, onların valideynlərinin, doğmalarının ovqatı yox, özlərinin gəlirləri daha çox maraqlandırır. Xörək paylayanlar, fotoqraflar, video çəkənlər təhrik edilir ki, müxtəlif xoşagəlməz yollarla insanlardan daha çox “pul qoparsınlar”. Toydan sonra toy sahibinin dostlarından, qohumlarından toplanan böyük məbləğdə pul şadlıq sarayının sahiblərinə və musiqiçilərə ödənir. Bəzən isə bu toplanmış pul bəs etmir. Ona görə də bəy və gəlinin “lazımi məbləğ çatdırılana qədər girov götürüldüyü” kimi hadisələr baş verir".



Bəyanatda, həmçinin qeyd olunub ki, indiki toy modeli musiqimizə böyük zərbə vurub: "Bu toyların hesabınadır ki, artıq 60-70 - ci illərdə yaranan, milli musiqimizdən bəhrələnən, müasir dünya musiqisinin tələblərinə uyğun olan mahnılarımız yaranmır. Çiddi ifaçılar, bəstəkarlar yetişmir. Belə toyların hesabına TV – lərdə bayağı musiqilər get-gedə daha çox yer alır. Belə toylarda ecazkar azərbaycan musiqisi əvəzinə zövqsüz, böyük səs-küy effekti ilə öz nöqsanlarını ört-basdır edən, janrı məlum olmayan musiqilər meydan sulayır. Belə toylarda gənclərin estetik, musiqi zövqü xeyli korlanır, uşaqların və yaşlı insanların əsəbləri pozulur. Xalqımızın mənəvi- psixoloji rahatlıq gətirən, romantik, zəngin folklorumuz əsasında keçirilən toy adət-ənənələri sıxışdırılıb ortadan çıxarılır. Belə toylarda iştirak edən elə müğənnilər var ki, onların bir neçə saatda əldə etdikləri pul, professorun 2 illik əməkhaqqına, kəndilinin 7-10 illik qazançına bərabərdir.

Bu toylar həm də ölkədə maddiyatçılığın, meşşanlığın artmasına, mənəvi dəyərlərin sıxışdırılmasına səbəb olur. Bir sözlə, belə toylar cəmiyyət üçün ciddi bir sosial bəladır. Onların bir daha təkrar edilməsinə yol vermək daha xoşagəlməz nəticələrə aparıb çıxara bilər. Belə toyların ortadan götürülməsi vətəndaşlarımıza onların sosial müdafiəsinin yaxşılaşdırılması baxımından da böyük dəstək olar.

Ölkənin 70-dən çox nüfuzlu Qeyri Hökumət Təşkilatının təsis etdiyi İctimai Nəzarət Mərkəzinin İdarə Hetəti olaraq belə hesab edirik ki, cari ilin iyul ayının 1-dən icazə verilmiş toylarda iştirakçıların sayından asılı olmayaraq, Koronavirus pandemiyası başlayana qədər ölkəmizdə keçirilmiş toy məclislərində yer almış və mahiyyət etibarilə insanların nifrətini qazanmış adət ənənələrə dur deməyin zamanı çatmışdır. Biz yaxşı başa düşürük ki, bazar iqtisadiyyatı şəraitində belə məsələlər tərəflər arasında qarşılıqlı razılaşma əsasında həll edilməlidir. Lakin ölkədə formalaşmış mövcud toy modeli və şadlıq evləri sahiblərinin yaratdığı “dəyişməz qaydalar” öz bayağılığı ilə bütün məntiqi normaları dəfələrlə aşdığından, indiki durumda problemin həllini yalnız müəyyən qaydalar çərçivəsində mümkün hesab edirik.

Bu məqsədlə cari ilin iyul ayının 1-dən toyların müəyyən şərtlər çərçivəsində keçirilməsini etiva edən hökumət qərarına aşağıdakı mühüm əlavələrin olunmasını təkidlə tələb edirik:

- Toyların keçiriləcəyi şadlıq evləri sahiblərinə toy edən insanlara toyda hansı yeməklərdən və nə qədər istifadə etmək kimi qanuna, məntiqə və insanlığa sığmayan tələbin qoyulması qadağan edilsin. Toy məclislərinin keçirilməsi üçün vahid, məhdudiyyətli məbləğdə menyu normativləri hazırlansın və onun tətbiqi bütün şadlıq evləri və toy edən vətəndaşlar üçün məcburi olsun. Biz yaxşı başa düşürük ki, bazar iqtisadiyyatı şəraitində belə məhdudiyyətlərin qoyulması normal hal sayılmaya bilər. Şadlıq evlərinin sahibləri bu qadağanı pozarlarsa onlar barəsində dərhal cinayət işi başlansın;

- Toy məclisi bitdikdən sonra toy edən vətəndaşlara onlar tərəfindən dəyəri ödənilmiş bütün ərzaq və qeyri-ərzaq məhsullarını özləri ilə götürməyə, öz istədikləri şəkildə istifadə etməyə orta əsirlər dövrünün təfəkkürü ilə qoyulan qanunsuz və cinayət mahiyətli qadağa ortadan qaldırılsın, bu qadağanı qəbul etməyən şadlıq evləri sahiblərinin hərəkətləri quldurluq əməli kimi qiymətləndirilsin və onlar Cinayət Məcəlləsinin uyğun maddələri ilə cəzalandırlsın;

- Toylarda musiqiçilərin indiki qiymət siyasətinə son verilsin və bunun üçün məntiqə uyğun meyarlar tətbiq edilsin, toy mərasiminin keçirildiyi zallarda musiqi səsinin insan səhhətinə, estetik zövqünə ziyan vurmayan həddi müəyyən olunsun;

- Toy məclislərinin soyğunçuluq yox, həqiqi mənada şadlıq məclisi, bir mədəniyyət hadisəsi olması üçün hər cür tədbirlər görülsün.


İctimai Nəzarət Mərkəzi olaraq hesab edirik ki, indiki şəraitdə toylar müasir tələblərə uyğun olaraq, daha çox açıq havada, xalqımızın əsrlər boyu formalaşan adət-ənənələrinə, əsasən musiqi məclislərinin, folklor nümunələrinin nümayiş etdirildiyi və bununla da mədəniyyətimizin inkişafına kömək göstərən bir tədbirə çevrilməlidi. Böyük israfçılığa və möhtəkirliyə, əhali arasında psixoloji, mənəvi, iqtisadi çətinliklərə səbəb olan movcud toy mərasimlərinin keçirilməsini qətiyyətlə pisləyir, yeni, daha mütərəqqi, insanların ürəyincə olan yeni toy modelinin hazırlanıb həyata keçirilməsini vacib hesab edirik.

Ölkə başçısı cənab İlham Əliyevin ictimai nəzarəti, ictimai qınağı gücləndirmək çağrışlarına böyük dəstək verərək, uyğun dövlət qurumlarını, televizyaları, müxtəlif informasiya vasitələrını, jurnalistləri, QHT – ləri, ictimai təşkilatları, əhalinin hər bir nümayəndəsini belə utancverici toylara qarşı mübarizəyə çağırırıq.

"İctimai Nəzarət Mərkəzinin İdarə Heyəti".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:58 Rusiyadakı diaspor təşkilatlarından Prezidentə MÜRACIƏT Rusiya azərbaycanlılarının regional ictimai təşkilat, fond və mədəniyyət mərkəzlərinin 86 rəhbər və təmsilçisi Azərbaycan prezidenti cənab İham Əliyevə müraciət ünvanlayıb. Bu barədə Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) mətbuat xidmətindən məlumat verilib. Fizuli Məmməd oğlu Məmmədovun
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
23:12 Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı - Rəsmi açıqlama Baş Prokurorluq bu gün qurumun binasının qarşısında keçirilən etiraz aksiyası ilə bağlı məlumat yayıb. “Qafqazinfo”nun məlumatına görə, qurum bildirir ki, vətəndaşlardan daxil olmuş prokurorluğun səlahiyyətlərinə aid olan bütün müraciətlər üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun
14:06 Siyasi partiyalar hökumətə anti-bohran təklifləri paketi təqdim edibmi? Dünyada baş verən iqtisadi böhran və bunun Azərbaycana təsiri nəticəsində manat devalvasiya uğrayıb, ölkədə yeni mərhələ başlayıb. Hökumət yeni mərhələ üçün iqtisadi islahatlara başladığını elan edib və tədbirlər planı hazırladığını açıqlayıb. Bəs Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az