t s

» » 4000 manat borca görə qadına iyrənc təklif – ŞOK TƏFƏRRÜAT

4000 manat borca görə qadına iyrənc təklif – ŞOK TƏFƏRRÜAT

23-02-2015, 20:13 Yazar:  Aygün Baxılıb: 2137 Çap et
4000 manat borca görə qadına iyrənc təklif – ŞOK TƏFƏRRÜATUcar rayon sakini, 1963-cü il təvəllüdlü Mirbala Fərzəliyev qonşusu Samirə Qafarovanı (ad şərti verilib-H.Z.) onunla cinsi əlaqədə olması üçün şantaj edib. Samirə Qafarovanın əri Bəxtiyarın Mirbala Fərzəliyevə borcu olub. Mirbala 15 yanvar 2013-cü il tarixdə notarial qaydada Bəxtiyar Qafarova 6000 manat borc verib. Lakin maddi imkanı olmayan Bəxtiyar borcunu qaytara bilməyib. Samirə Qafarovanın maddi asıllığının yaranmasından istifadə edən Mirbala Fərzəliyev onunla cinsi əlaqəyə girəcəyi təqdirdə pul borcunu siləcəyini bildirib. Mirbala əks təqdirdə borcun ödənilmədiyinə görə Samirənin ərini məhkəməyə verib və həbs etdirəcəyini qeyd edib. Bu səbəbdən də Samirə Qafarova Mirbala Fərzəliyevlə cinsi əlaqəyə girməyə məcbur olub. Küçədə polisə müqavimət Bundan başqa, Mirbala Fərzəliyev polis əməkdaşlarına qarşı zorakılıq göstərməkdə də təqsirli bilinib. O, 20 sentyabr 2013-cü il tarixdə, saat 09.00 radələrində özünə məxsus “Nissan” markalı minik avtomobili ilə Ucar şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etməyib. Bu səbəbdən də onu həmin ərazidə xidmət aparan Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Xəyal Əzizov saxlayıb. Polis əməkdaşı Mirbaladan sənədləri təqdim etməsini istəyərkən zorakılıqla üzləşib. Mirbala polis əməkdaşının köynəyini cırıb. Daha sonra o, polis əməkdaşına yumruq zərbəsi vuraraq xəsarət yetirib. Polis şöbəsində dava Bundan sonra Ucar Rayon Polis Şöbəsinə gətirilən Mirbala Fərzəliyev şöbənin inzibati binasında ictima qaydanı pozaraq xuliqanlıq edib. O, şöbədə olan polis əməkdaşlarını söyüb, növbətçi hissəsində olan əmlakı zədələyib. Həmin vaxt içtimai qayda pozuntusunun qarşısını alan polis əməkdaşı Mürvət Zeynalovu söyərək təhqir edib. O, polis əməkdaşının xidməti geyim forması olan köynəyindəki paqonunu qoparıb, növbətçi hissədə olan stolun üstündəki külqabını silah qismində istifadə edərək Mürvət Zeynalovun sol qoluna vurub. Üç maddəli cinayət işi Teleqraf.com xəbər verir ki, Mirbala Fərzəliyev Cinayət Məcəlləsinin 151-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə), 221.3-cü (xuliqanlıq) və 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Ucar rayon Məhkəməsinə göndərilib. “Onunla cinsi əlaqədə olmaq istədiyimi bildirmişəm” Hakim Çingiz İsgəndərovun sədrlyi ilə keçirilən prosesdə ifadə verən Mirbala Fərzəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Samirə Qafarovanın həyat yoldaşı Bəxtiyara 2013-cü ilin yanvar ayında notarial qaydada aralarında borc müqaviləsi bağlanmaqla 4000 manat verib: “Bəxtiyarın arvadı Samirədən xoşum gəlib. Onunla cinsi əlaqədə olmaq istəmişəm. Samirəni mənimlə cinsi əlaqədə olmağa razı salmaq məqsədilə dəfələrlə onun iş yerinə getmişəm. Ondan xoşum gəldiyini, onunla cinsi əlaqədə olmaq istədiyimi bildirmişəm”. “Dedim ki, cinsi əlaqədə olaq, pul borcundan keçim” Təqsirləndirilən şəxsin sözlərinə görə, Samirə Qafarova onunla cinsi əlaqədə olmaq təklifinə rədd cavabı verib: “Sonuncı dəfə Samirə ilə yenə də görüşdüm və onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Samirə təklifimi yenə də qəbul etmədi. Buna görə də Samirə ni cinsi əlaqədə olmağa məcbur etmək qərarına gəldim. Onun ərinə notarial qaydada verdiyim 4000 manat pul borcunu tələb etdim. Samirə isə imkanı olmadığını bildirdi. Samirəyə mənimlə cinsi əlaqədə olacağı təqdirdə pul borcundan müəyyən məbləğini keçəcəyimi bildirdim”. “Samirə mənimlə cinsi əlaqədə olmağa razılıq verməyib” Mirbala Fərzəliyev deyib ki, Samirə Qafarovanı yenə də cinsi əlaqədə olmağı razı sala bilməyib: “Bu zaman Samirəyə dedim ki, mənimlə cinsi əlaqədə olmasan ərini məhkəməyə verəcəm, məhkəmə yolu ilə həbs etdirəcəm. Samirə ilə aramızda bu barədə dəfərlərlə söhbət olub. Lakin Samirə mənimlə cinsi əlaqədə olmağa razılıq verməyib. Sonradan mənə məlum olub ki, Samirə mənimlə aramızda olan bütün bu söhbətləri telefonla lentə alıb. Ona qarşı etdiyim hərəkətlərdən peşmanam”. Təqsirləndirilən şəxs daha sonra polis əməkdaşlarına qarşı etdiyi hərəkətlərdən, polis şöbəsində xuliqanlıq etməsindən geniş danışıb. O, məcbur qalaraq polislərə müqavimət göstərdiyini bildirib. “Arvadıma zəng vurduğunu hiss etmişəm” Cinayət işi üzrə ifadə verən Bəxtiyar Qafarov bildirib ki, Samirə ilə rəsmi nigahda olmaqla uzun illərdir ki ailəlidir. Onun sözlərinə görə, ailəsinin maddi çətinliyi olduğu üçün arvadı Samirə ilə borc pul götürməyi qərara alıb: “Bu məqsədlə Samirə ilə birlikdə Ucar rayonunun Küçəkənd kənd sakini Mirbala Fərzəliyevin yaşadığı ünvana gedərək, ondan 4000 manat borc pul aldım. Lakin 4000 manat borc pul alsaq da, Mirbala ilə aramızda 6000 manat borc verməsi barədə borc müqaviləsi bağladıq. 2013-cü ilin yanvar ayında Mirbaladan borc pul almağı notarial qaydada rəsmiləşdirdik. Mənimlə Mirbala arasında 15 yanvar 2013-cü ildə notarial qaydada borc müqaviləsi bağlanıb. Həmin vaxtdan bir-iki ay keçdikdən sonra Mirbala dəfələrlə borcunu tələb etməyə başlayıb. Mirbalanın mütəmadi arvadıma zəng vurduğunu hiss etmişəm. Günlərin birində Samirədən Mirbalanın nə səbəbə zəng vurduğunu soruşdum. Samirə Mirbalanın dəfələrlə onun iş yerinə gələrək onunla cinsi əlaqədə olmağı təklif etdiyini bildirdi. Mirbala arvadıma onunla cinsi əlaqədə olacağı təqdirdə pul borclarını siləcəyini, əks təqdirdə borcu ödəmədiyimiz üçün məhkəməyə verərək həbs etdirəcəyini bildiib”. “Mirbalanın ona əxlaqsız təklif etdiyini dedi” Samirə Qafarovanın işlədiyi uşaq baxçasının işçisi Sevda Qasımova bildirib ki, Mirbala Samirənin işlədiyi uşaq baxcasına gələrək onunla söhbət etməsinin şahidi olub. Onun sözlərinə görə, Mirbala Samirə ilə söhbət edib və sonra Samirənin kefsiz oduğunu görüb: “Samirədən nə baş verdiyini soruşdum. Samirə Mirbalaya 4000 manat pul borclu olduğunu, Mirbalanın ona əxlaqsız təklif etdiyini, onunla cinsi əlaqəyə girməyə məcbur etdiyini dedi. Bildirdi ki, Mirbala ilə cinsi əlaqədə olmayacağı təqdirdə pul borcunu ödəmədiyi üçün ondan və ailəsindən şikayət edəcək”. Dedi ki, ya mənimlə cinsi əlaqədə ol, ya da ki, ərini həbs etdirdəcəm” Samirə Qafarova isə ifadəsində Mirbala Fərzəliyevin dəfələrlə hədə-qorxusu ilə üzləşdiyini bildirib. O, qeyd edib ki, Mirbala Fərzəliyev pul borcunun müəyyən hissəsini silmək üçün cinsi əlaqəyə girməyi təklif edib: “Mən dəfələrlə Mirbalanın təklifini rədd etmişəm. Onuna belə əxlaqsız təkliflərindən çəkinməsini istəmişəm. Amma Mirbala əxlaqsız təkliflərindən çəkinməyib. O, mənimlə zor gücünə olsa da, cinsi əlaqədə olacağını deyib. Mirbala iş yerimə gələndən sonra kefsiz oldum. Bunu iş yoldaşlarım hiss elədi. Onlara Mirbalanın təklifini dedim. Onlar da məni başa saldılar ki, Mirbala ilə olan danışıqlarımı lentə alıb. Sonra hərəkətlərini sübut edə bilim. Mən də Mirbala ilə olan söhbətlərimizi lentə aldım. Mirbala deyib ki, ya mənimlə cinsi əlaqədə ol, ya da ki, ərini həbs etdirdəcəm”. Daha sonra prosesdə zərərçəkmiş polis əməkdaşları Xəyal Əzizov və Mürvət Zeynalov ifadə veriblər. Məhkəmənin hökmü ilə Mirbala Fərzəliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mirbala Fərzəliyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Mirbala Fərzəliyevin cəzası 3 il 11 ay 3 gün müddətinə endirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:35 13 yaşlı qızın sevgisi təcavüzlə alt-üst oldu - TƏFƏRRÜAT Türkiyədə 21 yaşlı gənc 13 yaşlı qıza təcavüzdə günahlandırılır. Ona 19 il 8 ay həbs istənilib. Hadisə Kayseridə baş verib. Ağır Cəza Məhkəməsində ifadə verən 21 yaşlı C.A “Aramızda romantik münasibət var idi. Azyaşlı olduğunu bilsəm, onunla münasibət qurmazdım. Mənə 17 yaşı olduğunu
23:51 Pəyədə əxlaqsızlıq – ŞOK TƏFƏRRÜAT Ağdaş rayonun Maşad qəsəbəsində 12 yaşlı Samirə (cinayət işində adı hallanan zərərçəkmişin və onun yaxın qohumlarının adları şərti verilib) qonşusu, 1957-ci il təvəllüdlü Azər Məmmədov tərəfindən zorlanıb. Belə ki, qızının hamilə olmasından şübhələnən ana onu həkimə aparıb. Həkim 12 yaşlı qızın 4
17:10 Bakıda qadının zorlanması ilə bağlı rəsmi açıqlama Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Yasamal rayonunda baş verən zorlama faktı ilə bağlı açıqlama yayıb. Bu barədə Mediaxeberleri.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, fevralın 15-də saat 04 radələrində Bakı Metropolitenin “20 Yanvar”
18:17 Yasamalda qadını binanın qarşısında zorladılar Faktla bağlı araşdırmalar davam etdirilir. Bakıda daha bir cinsi təcavüz faktı baş verib. Mediaxeberleri.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Yasamal rayon Polis İdarəsi, 29-cu Polis Bölməsinə müraciət edən Binəqədi rayon sakini, 1987-ci il təvəllüdlü Qulamova Xədicə Elton qızı (bütün
00:07 Neftçalada 15 yaşlı qız atası və qardaşı tərəfindən zorlanıb Daim cinsi zorakılığa məruz qalan gənc qız bir müddətdən sonra taleyi ilə barışıb və onlara müqavimət göstərməyib Bu günə qədər bir çox məhkəmə prosesində iştirak edib, cinayət işlərini izləmişəm. Bu cinayət işlərinin arasında çox inanılmazları olub. Lakin indi təqdim etdiyim cinayət işi demək

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az