t s

» » Elzadan İlhaməyə SƏRT SÖZLƏR: “Şöhrət” ordenli şərəfsiz olmayacam – VİDEO

Elzadan İlhaməyə SƏRT SÖZLƏR: “Şöhrət” ordenli şərəfsiz olmayacam – VİDEO

14-09-2015, 15:56 Yazar:  Aygün Baxılıb: 848 Çap et
Elzadan İlhaməyə SƏRT SÖZLƏR: “Şöhrət” ordenli şərəfsiz olmayacam – VİDEOƏməkdar artist Elza Seyidcahan növbəti dəfə xalq artisti İlhamə Quliyeva ilə olan qalmaqaldan danışıb.

Mediaxeberleri.az
Lent.az-a istinadən xəbər verir ki, ANS-in “Günə Baxan” verilişinə qonaq olan E.Seyidcahan xalq artisti barəsində bu sözləri deyib:

“Paxılı narahat etməyə gərək yoxdur ki, özü özünü narahat edir. Onun sözlərinə əl çalıram. Həm də gülürəm: gör insan özünü nə günlərə salır. Əgər Elzanın çətinlikləri varsa, bu mənim problemimdir. Allahın qarşısında mən cavab verəcəm. O, müsahibəsində deyib ki, ardı var. Belə bir deyim var ki, qocalar xatirələrlə, cavanlar arzularla yaşayar. Mənim haqqımda dediyi bütün sözlər onun həyat tərzidir. Xalq hamımızı çox gözəl tanıyır. Mən hələ bələkdə olanda, onu hamınız yaxşı tanıyırdınız. Mən bu gün əməkdar artistəm. Fəxr edirəm. Vaxt olacaq ki, "Şöhrət" ordeninə qədər yüksələcəm.

Amma söz verirəm ki, "Şöhrət" ordenli şərəfsiz olmayacam. Ayaq yumağa gəldikdə isə, jurnalistlər iki şeyi səhv yazıb. Bir ayaq yumağı, bir də hədiyyə məsələsini. Mən onun ayağını yumamışam, hədiyyə də verməmişəm. Çünki ona “Ağ çiçəyim” adlı bəstəmi vermişəm, oxuyub. Mahnım ona çox böyük hədiyyədir. Onun ayağını yumamışam. Sadəcə seçkilər zamanı Tovuzda idik, gördüm ki, vəziyyəti yaxşı deyil, gözləri qızarıb, böyük vannada su gətirdim ki, 43 ölçülü ayaq o qaba sığışsın. Ayağına su gətirdim. Nə var ki, burda? Bu gün də ayağına su gətirərəm. Çünki bu dində də savabdır. Ayağını yumamışam, yuyaram.

Çünki Allah ona şəfa versin. Sən bizim qoca sənətkarımızsan. Bu günə qədər heç kimə pislik etməmişəm. Sənət adamları arasında çaxnaşmanı yaradan bu adamdır. Sübutunu da deyərəm. Mən istəmirəm onunla bir yerdə oturum, eşidim ki, Flora Kərimova budur. Bu adam heç Zeynəb Xanlarovanı bəyənmir. Bu adam dövlətini də bəyənmir. Bunu qulağımla eşitmişəm".

Qeyd edək ki, İ.Quliyeva isə E.Seyidcahanın ünvanına bu sözləri deyib:

“Elza Seyidcahanın oxumağı bərbaddır, şairliyi fəlakətdir. Mən Elzadan Yazıçılar İttifaqına şikayət etmişəm ki, barəsində ölçü götürsünlər. Tərbiyəsiz şeirlər yazır. Böyük bəstəkarın tələbəsidir, gözəl musiqiçidir, amma oxumağı bərbaddır. Mahnılarını yazsın, versin gənc müğənnilər oxusun.

Azərbaycanın bölgələrində borcun var. Mənə dəfələrlə zəng edib deyirlər ki, gəlib pulumuzu qaytarsın. Mən də ona zəng elədim dedim ki, “Elza, ayıbdır, adımıza xələl gətizdirmə”. Məndən soruşdular ki, Elza millət vəkili ola bilər? Dedim yox. Çünki orada savadlı insanlar oturmalıdır. Nə olsun ki, əməkdar artistdir? Dəqiqədən bir başımıza vurursan ki, “mən əməkdar artistəm”.

Zamanında, 30-40 il bundan öncə mən də əməkdar artist olmuşam. Mənim mükafatlarım səndə olsa, sən nə edərsən ay Elza? Dünya sülh səfiriyəm mən. İki dövlətin xalq artistiyəm. Mən sənin üçün uşağam? Ağzına nə gəldi, danışırsan. Deyib ki, ayağımı yuyub. Düz deyir, ayaq yumağı yaxşı bacarır. Dəfələrlə mənə zəng edib ki, bacımla gəlib qulluğunuzda durmaq istəyirəm. Razı olmamışam. Sən millət vəkili olmayacaqsan. Bunu mən sənə deyirəm”.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:29 Elza Sehidcahan icra başçılarına hücüm edib “Elza deputat ola bilməz” İlhamə Quliyeva və Elza Sehidcahan arasında canlı efirdə mübahisə düşüb. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə ANS TV yayımlanan gündəlik "Günəbaxan" tok-şousuna eksklüziv müsahibə verən xalq artisti İlhamə Quliyeva deputat olmaq arzusunda olan
12:18 İlhamə Quliyeva: Mən birinci deyiləm, bir rəqəmi məndən sonra gəlir “Bəli, mən özümdən razıyam”. Hərdən mənimçün deyirlər ki, İlhamə xanım çox özündən razıdır. Bəli, mən özümdən razıyam, artıqlaması ilə razıyam, çünki mən yaxşı sənətkaram, yaxşı insanam. Deyir ki, hər bir kəs özünə hörmət etməlidir, hər bir kəs özünü istəməlidir. Mediaxeberleri.az xəbər verir
00:06 İlhamə Quliyeva həmkarı Flora Kərimovanın səsləndirdiyi fikirlərə sərt reaksiya verib İlhamə Quliyeva: Flora, yanımda olsan, səni o məşəllə yandıracağam “Hələ dilin də var danışmağa?”. Xalq artisti İlhamə Quliyeva həmkarı Flora Kərimovanın onun barəsində səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Mediaxeberleri.az Ölkə.Az-a istinadla xəbər verir ki, İ.Quliyeva açıqlamasında
01:34 “Nadirin günahı çox olub...” – qadın müğənnilər təhqirə cavab verdilər Müğənni Nadir Qafarzadənin bu günlərdə verdiyi açıqlama qadın həmkarları tərəfindən hiddətlə qarşılanıb. Belə ki, o, “Bazar səhəri” verilişində qadın sənətçi ilə evliliyə yaxşı baxmadığını deyib və açıq mətnlə onları təhqir edib: “Ömrü boyu müğənni xanımla evlənmərən, nə də oğlumu qoymaram
08:59 Elza Seyidcahanın yazdıqlarına qadağa qoyuldu (VİDEO) "Onları pulla alıblar, icazə vermirlər verilişlərdə deyim" Əməkdar artist Elza Seyidcahan bundan sonra heç bir verilişdə şeir adlandırdığı mətnləri səsləndirməyəcək. Ekstravanqard müğənni Elza Seyidcahan qonaq olduğu verilişlərdən birində hamı tərəfindən danışılan “şeirlər”inə mahnı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az