t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Baş İdarə rəisinin müavini toylara icazə verilməsi ilə bağlı DVX-nin üzərinə düşən məsələləri şərh edib

Baş İdarə rəisinin müavini toylara icazə verilməsi ilə bağlı DVX-nin üzərinə düşən məsələləri şərh edib

22-06-2021, 18:37 Yazar:  Samir Baxılıb: 68 Çap et
Baş İdarə rəisinin müavini toylara icazə verilməsi ilə bağlı DVX-nin üzərinə düşən məsələləri şərh edib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Baş İdarə rəisinin müavini Namiq Dərgahov toylara icazə verilməsi ilə bağlı DVX-nin üzərinə düşən məsələləri şərh edib.
Mediaxeberleri.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarına əsasən, 2021-ci il 1 iyul tarixindən həmin Qərarla müəyyən edilmiş tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir və həmin tarixdən etibarən bu fəaliyyət üzrə işçilərin və müvəqqəti işə cəlb edilmiş şəxslərin azı 80%-nin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Namiq Dərgahov bildirib ki, bundan başqa, müvafiq qərarla şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda qonaq qismində iştirak edəcək şəxslərin sayı ilə bağlı tələblər müəyyən edilib. İlkin mərhələdə 150 nəfərə qədər iştirakçı olan toy məclislərinin keçirilməsinə icazə verilir.

“50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənliklərdə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə veriləcək. 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur, lakin tibbi maskadan istifadə məcburidir. Bütün hallarda şənlik mərasimində xidmət göstərən heyətin isə (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər”, - deyə N. Dərgahov qeyd edib.

O, həmçinin, əlavə edib ki, qərara əsasən, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan heyət barədə, şənlik mərasiminin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.

“Həmçinin xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə müəyyən olunmuş forma üzrə iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir”, - deyə N. Dərgahov əlavə edib.

Xidmət rəsmisinin sözlərinə görə, ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək.

“Vergi ödəyicilərinin və onların uçot vahidlərinin aktuallığı daim diqqətdə saxlanılır. Faktiki fəaliyyət növü şənlik mərasimlərinin təşkili sahəsinə aid olan obyektlər üzrə təqdim edilmiş ərizə məlumatlarının vergi ödəyiciləri tərəfindən bir daha nəzərdən keçirilməsi, obyekt qeydiyyatına və obyekt məlumatlarında dəyişiklik edilməsinə zərurət yaranarsa, müvafiq ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur”, - deyə N. Dərgahov qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:53 Dərslər bu formada keçiriləcək - Baş Nazirdən YENİ QƏRAR Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Mediaxeberleri.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az