t s

» » İlham Əliyev 2 sərəncam, 1 fərman verdi

İlham Əliyev 2 sərəncam, 1 fərman verdi

23-02-2015, 19:59 Yazar:  Aygün Baxılıb: 1900 Çap et
İlham Əliyev 2 sərəncam, 1 fərman verdiAzərbaycan Respublikası Prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb. VEMTAS-ın fəaliyyətinin təşkil olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beş ay müddətində vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə elektron formada müraciət etmək imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etməli, ünvanlı dövlət sosial yardımın alınması üçün istər kağız üzərindən, istərsə də elektron formada olunan müraciətlərin “bir pəncərə” prinsipi ilə qəbulunun həyata keçirilməsini və həmin müraciətlər üzrə tələb olunan arayış və məlumatların müvafiq dövlət qurumlarından elektron formada nazirlik tərəfindən əldə olunmasını təmin etmək üçün zəruri tədbirlər görməli, ünvanlı dövlət sosial yardımın təyinatı məqsədləri üçün ailələrin maddi-məişət şəraitinin müayinəsinin müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparılmasını və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin etməli, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə xidməti nəqliyyat və ya müvafiq kompensasiya verilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 19:34 İlham Əliyev S.G. İlyasovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov “Şöhrət” ordeni ilə təltif edilsin". *** İlham Əliyev II X.D.Venesianın Azərbaycan Respublikasının Filippin Respublikasında fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. III Xose De Venesia Azərbaycan Respublikasının Filippin Respublikasında fəxri konsulu təyin edilsin. 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:08 Əli Həsənov Prezidentin köməkçisi təyin edildi - SƏRƏNCAM Azərbaycan Prezidenti İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Əli
15:06 Sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 10,3 faiz artıb Yanvar ayında ünvanlı sosial yardım alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 min 675 ailə azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar ayında ölkəmizdə 107 min 761 ailə (470 min 237
09:24 Saatlıda ünvanlı sosial yardım qadağası - yoxsul ailələrə arayış verilməsi yasaqlanıb Saatlı rayonunda yoxçul ailələrin ünvanlı sosial yardım almasını ciddi əngəllər törədlilir. JAM.AZ-a verilən məlumata görə, icra başçısı Siraqəddin Cabbarov tərəfindən verilmiş təlimata əsasən yardım almaq istəyənlərə arayış verilməsi yasaq edilib. Belə ki, sənədləri hazırladıqları zaman yerli
22:33 Prezident İlham Əliyev üç Sərəncam imzaladı Azərbaycan Prezidenti İlham Əliyev “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib. Qanunda edilən dəyişikliklərə əsasən, yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az