t s

» » Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək?

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək?

15-02-2015, 11:05 Baxılıb: 2070 Çap et
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək?

Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir"

Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti görüşü baş tutdu. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi görüş ölkəmizin Avropa üçün nə dərəcədə önəmli olduğunu bir daha təsdiqləmiş oldu. Prezident İlham Əliyev çıxışı zamanı görüşün olduqca münasib vaxtda - "Cənub" qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi ilində baş tutmasının mühüm əhəmiyyətini vurğuladı. Dövlət başçısı 2011-ci ildə Avropa Komissiyasının keçmiş sədri Joze Manuel Barrozu ilə Cənub qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıqlarını, həmin sənəddə Azərbaycanın Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə olduğunun əksini tapdığını bildirdi. Həmçinin prezident TANAP və TAP layihələrinin Cənub qaz dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm mərhələ olduğunu vurğuladı. Məlumat üçün qeyd edək ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Layihə çərçivəsində hasil edilən qaz 3500 km məsafədə - Xəzər dənizindən Avropaya daşınacaq. Mövcud Cənubi Qafqaz Boru Kəməri Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək. Trans Anadolu Boru Kəməri (TANAP) Şahdəniz qazını Türkiyə ərazisi boyunca nəql edəcək. Trans Adriatik Boru Kəməri (TAP) qazı isə Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql olunacaq.

Təsadüfi deyil ki, Bakıda keçirilən bu mühüm görüş okeanın o tayında da yüksək qiymətləndirilib. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn bildirib ki, bu dəhliz Avropanın enerji təhlükəsizliyi baxımından çox böyük önəm daşıyır: "Dünyada baş verən son hadisələr də onu göstərir ki, Avropanın enerji təhlükəsizliyinin saxlanması, qorunması və gücləndirilməsi çox əhəmiyyətli mövzuya çevrilib. Enerji təhlükəsizliyi Avropa ölkələri üçün bilavasitə onların iqtisadi və milli təhlükəsizliyi deməkdir.

Bəs Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək?

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyir ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir: "Ümumilikdə Azərbaycan neft və qaz ölkəsi kimi enerji resurslarına görə bütün ölkələr, xüsusilə Avropa ilə əməkdaşlıq, tərəfdaşlıq niyyətlərini həmişə açıqlayıb, bu istiqamətdə fəaliyyətini davam etdirir. Azərbaycan nefti və qazı müxtəlif boru kəmərləri vasitəsilə dünyaya ixrac edilir". Mərkəz rəhbəri hesab edir ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan üçün həm strateji, həm geopolitik, eyni zamanda əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından çox böyük önəmi var. Cənab prezident İlham Əliyev də həmin görüşdə çox mühüm fikirlər səsləndirdi ki, bu gün Azərbaycan həqiqətən bütün dünya, xüsusilə Avropa üçün təkcə enerji resurslarına görə yox, digər istiqamətlər baxımından da çox əhəmiyyətlidir. Eyni zamanda Azərbaycan üçün də bu ölkələrlə əməkdaşlıq önəmlidir".

Rufiz Qonaqov deyib ki, bu iqtisadi baxımdan da Azərbaycan üçün çox uğurludur. Mərkəz rəhbəri hesab edir ki, bu kimi görüşlər və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizə qarşı zaman-zaman ortaya qoyulan ədalətsiz mövqenin də aradan qalxmasına yol açacaq: "Çox təəssüflər olsun ki, zaman-zaman, hətta son vaxtlarda belə Azərbaycana qarşı ikili standartlar, ədalətsiz mövqe özünü göstərib. Vaxtaşırı olaraq müəyyən beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Xüsusilə, Dağlıq Qarabağ probleminin həllində Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi ikili standartlardan irəli gələn bir məsələdir. Bu gün Ukrayna ilə problem yaşayan Rusiyaya qarşı sanksiyalar tətbiq edilirsə, nə üçün eyni sanksiyalar Azərbaycan torpaqlarını işğal edən Ermənistana da tətbiq edilmir? Düşünürəm ki, bu kimi layihələrin həyata keçirilməsi Azərbaycana qarşı qərəzli mövqelərin aradan qalxmasına gətirib çıxaracaq. İndiyə qədər bir çox analitiklər düşünürdülər ki, Qərblə Azərbaycan arasında hansısa gərgin münasibətlərt yaranıb. Ancaq cənab prezidentin Avropaya son səfərləri onu nümayiş etdirdi ki, Azərbaycan bütün dünya üçün açıq ölkədir və Azərbaycan bütün dövlətlər, eləcə də Avropa ilə əməkdaşlıq və tərəfdaşlıq etmək niyyətindədir. Azərbaycandakı hər hansı bir problem dünya ölkələrində olan problemlərlə eynidir. Hər hansı bir ölkədə mövcud olan problem Azərbaycanda da ola bilər. Bu baxımdan düşünürəm ki, son görüş Azərbaycanla Avropa ölkələrinin münasibətlərinin daha da yaxınlaşmasında çox böyük əhəmiyyətə malikdir".

Rufiz Qonaqov bildirib ki, Azərbaycanla enerji sahəsində əməkdaşlığa can atan ölkələr bu əməkdaşlığın regionun sabitliyindən keçdiyini dərk etməlidirlər: "Əslində Avropa ölkələri bunu dərk edirlər və başa düşürlər ki, Azərbaycanın təhlükəsizliyi bütövlükdə regionun təhlükəsizliyi deməkdir. Bir çox görüşlərdə, toplantılarda həmin ölkələrin xarici işlər nazirləri, dövlət başçıları vurğulayırlar ki, doğurdan da Azərbaycanın təhlükəsizliyi bu gün bütün region üçün mühümdür. Azərbaycan prezidentinin keçirdiyi görüşlərdə də bir daha vurğulandı ki, bu gün ölkəmizə yalnız neft-qaz ölkəsi kimi baxmaq lazım deyil. Azərbaycan bu gün bütün regionun təhlükəsizliyini təmin edən bir ölkədir. Məhz bu baxımdan bu gün Azərbaycan torpaqlarının müəyyən bir hissəsi işğal altındadırsa, bu bütün Avropanı, dünyanı narahat etməlidir. Arzu edirik ki, həmin ölkələr bunu təkcə sözdə deyil, eyni zamanda əməldə də dərk etsinlər və nəhayət Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq etsinlər. Ermənistana öz yerini göstərmək lazımdır ki, Azərbaycanın ərazilərini işğaldan azad etsin".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az