t s

» » AVRO-2020: III turunun daha dörd oyunu keçiriləcək

AVRO-2020: III turunun daha dörd oyunu keçiriləcək

21-06-2021, 09:02 Yazar:  Samir Baxılıb: 80 Çap et
AVRO-2020: III turunun daha dörd oyunu keçiriləcək
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun daha dörd qarşılaşması oynanılacaq.

Mediaxeberleri.Az
xəbər verir ki, B və C qrupunda hərəyə iki oyun oynanılacaq. C qrupundakı oyunlar saat 20:00-da, B qrupunda isə saat 23:00-da təşkil olunacaq.

İki turdan sonra xalı olmayan Şimali Makedoniya yığması qrup lideri (6 xal) Niderland seçməsi ilə, Ukrayna isə Avstriya millisi ilə qarşılaşacaq. Niderlandlılar ötən turdan sonra növbəti mərhələyə vəsiqəsini təmin edib. “Yoxan Kroyff” stadionunda baş tutan görüşü Türkiyə FİFA referisi Cüneyt Çakır idarə edəcək.

C qrupunun əsas maraq doğuran görüşü Buxarestdə “Milli Arena”da oynanılacaq. Ukrayna millisi Avstriya seçməsi ilə qarşılaşacaq. Bu görüşdə növbəti mərhələyə adlayan komandanın adına aydınlıq gələcək. Avstraliyalılar bu matçda mütləq rəqibinə qalib gəlməlidir, heç-heçə Ukrayna seçməsini pley-off mərhələsinə çıxardacaq.

Günün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq son iki görüşü B qrupunda yer alan komandalar arasında oynanılacaq. “Sankt-Peterburq Arena”da Finlandiya seçməsi artıq pley-offa vəsiqəni təmin edən Belçika yığması ilə, Kopenhagendəkı “Parken” stadionunda isə Rusiya isə Danimarka millisi ilə üz-üzə gələcək. Bu qrupda iki turdan sonra aktivində 6 xalı olan Belçika millisi başçılıq edir. Hərəyə 3 xalı olan Rusiya və Finlandiya seçmələri 2-ci və 3-cü yerləri bölüşürlər. Danimarka isə 0 xalla dördüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:34 AVRO-2020: Türkiyə millisi bu gün Bakıda ilk oyununu keçirəcək Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək. Medıaxeberlerı.Az xəbər verir ki, günün ilk matçı B qrupuna təsadüf edəcək. İlk turda meydan sahiblərindən Danimarkaya qalib gələrək sensasiyaya imza atan Finlandiya millisi birinci matçda Belçikaya 0:3
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az