“Şükür olsun ki, bu qəzanı belə atlatdı…”
Dünən haqqında təsdiqini tapmayan məlumatlar yayılmış tanınmış teleaparıcı Nanə Ağamalıyevanın sosial şəbəkələrdə yeni fotosu paylaşılıb.
Mediaxeberleri.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, məşhur müğənni Aybəniz Haşımova aparıcının xəstəxanada özü ilə birgə çəkilmiş fotosuna bu şərhi verib:
“Canımız, çooox sevdiyimiz @naneagamaliyeva qızımızın yanındayam. Şükür olsun ki, bu qəzanı belə atlatdı…”
Xatırladaq ki, dünən bəzi xəbər saytları Nanə Ağamalıyevanın qəzaya düşərək vəfat etdiyi haqda xəbərlər yaymışdılar.
Öz şərhini bildir: