t s

» » Hacı İbrahim Nehrəmli ilə bağlı çinli iş adamına və Çin dövlətinə qeyri-adi xəbərdarlıq - "Ehtiyatlı olun, sizə da "atacaq""...

Hacı İbrahim Nehrəmli ilə bağlı çinli iş adamına və Çin dövlətinə qeyri-adi xəbərdarlıq - "Ehtiyatlı olun, sizə da "atacaq""...

11-09-2015, 16:33 Yazar:  Canan Baxılıb: 1205 Çap et
Hacı İbrahim Nehrəmli ilə bağlı çinli iş adamına və Çin dövlətinə qeyri-adi xəbərdarlıq - "Ehtiyatlı olun, sizə da "atacaq""...Az əvvəl məlumat verərək bildirdik ki, “Avesta” Konserninin prezidenti, “Xəzər adaları” şəhər layihəsinin müəllifi Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) Azərbaycanda səfərdə olan Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla görüşüb.

Xəbərdə deyilirdi ki, “Xəzər adaları”nda baş tutan görüş zamanı Hacı İbrahim Nehrəmli ilə Li Jian Jun arasında ilkin olaraq 3 milyard dollarlıq investisiya müqaviləsi imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, ilkin olaraq, Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşacaq.

İmzalanan müqavilə ilə bağlı danışan Hacı İbrahim Nehrəmli deyib ki, bugünkü gün təkcə onun üçün deyil, həm də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır:

“Bu gün mənim üçün ən gözəl günlərdən biri sayılır. Çünki Çin Xalq Respublikasının ən böyük şirkətlərindən birinin rəhbəri cənab Li Jian Jun Azərbaycana, o cümlədən “Xəzər adaları”na səfərə gəlib. Bu, onun ikinci səfəridir. Onlar bir neçə il idi, “Xəzər adaları” layihəsi ilə yaxından maraqlanırdılar. Çinin nəhəng şirkət rəhbəri ötən ay “Xəzər adaları”na gəlib buradakı vəziyyətlə yaxından tanış olandan sonra artıq qərarını verib. Bu gün biz həmin şirkətlə investisiya müqaviləsi imzaladıq. Müqavilə şərtlərinə əsasən, şirkət “Xəzər adaları” ilə bağlı satış işini Çində və Honkonqda həyata keçirəcək. Biz bir yerdə Honkonq üzərindən də çalışacağıq. Müqavilənin şərtlərinə görə, Çin şirkəti sənədləşmə prosesi bitəndən sonra “Xəzər adaları” üçün nəzərdə tutulan investisiya vəsaitini yatıracaq. Bununla əlaqədar mən sentyabrın 20-dən sonra Honkonqa səfər edəcəm. Çünki mənim yaxın günlərdə ən azı bir həftəlik müddətə Honkonaqa səfər etməyim məsələsi bu gün imzaladığımız müqavilədə şərt kimi irəli sürülüb. Müqaviləyə uyğun olaraq, biz Honkonqda və Azərbaycanda birgə şirkət yaradacağıq və “Xəzər adaları” layihəsi isə həmin birgə şirkət üzərindən idarə olunacaq”.

Hacı İbrahim Honkonqun digər tanınmış şirkət rəhbərləri ilə də görüşəcəyini bəyan edib:

“Sentyabrın 25-də Honkonqda 2-ci tanınmış Çin şirkəti ilə müqavilə imzalayacağıq ki, “Xəzər adaları”na investisiya vəsaiti daha çox cəlb olunsun. Görüş zamanı mən Çin şirkəti rəhbərinə təklif etdim ki, onlar “Xəzər adaları” şəhərciyinin ən müasir və yüksək səviyyədə reallaşdırılması üçün çinli mütəxəssislərdən istifadə etməklə daha yeni texnologiyaları tətbiq etsinlər. Ancaq mən çalışacam ki, şəhərin inşasında iştirak edəcək işçilər daha çox Azərbaycandan olsun. Bu şəhər dünyanın ən gözəl məkanlarından biri olmalıdır. Əminəm ki, müqavilə imzaladığımız Çin şirkəti də bu işləri ən yüksək səviyyədə və keyfiyyətlə həyata keçirəcək. Bu şəhərin inşası başa çatandan sonra bunun ölkəmiz üçün böyük iqtisadi faydaları olacaq. Çin şirkət rəhbərinin fikri də odur ki, bu layihənin birinci mərhələsi başa çatandan sonra Azərbaycana ən azı 5 milyon, növbəti ilində isə 10 milyon turisti cəlb edək. “Xəzər adaları” başa çatandan sonra isə Azərbaycanda hər il 20 milyon turist olacaq. Bu da təqribən 20 milyard büdcə vəsaiti deməkdir”.

Dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda gedən inkişafa da toxunan azərbaycanlı iş adamı vəziyyətin bu cür saxlanılmasında ölkə başçısının böyük əməyi olduğunu söyləyib:


Hacı İbrahim Nehrəmli ilə bağlı çinli iş adamına və Çin dövlətinə qeyri-adi xəbərdarlıq - "Ehtiyatlı olun, sizə da "atacaq""...
Hacı İbrahim Nehrəmli ilə bağlı çinli iş adamına və Çin dövlətinə qeyri-adi xəbərdarlıq - "Ehtiyatlı olun, sizə da "atacaq""...

“Bilirsiniz ki, artıq dünyada neftin qiyməti aşağı düşüb. Ona görə də Azərbaycanda dövlət başçımızın müvafiq tapşırığı və siyasəti nəticəsində yeni-yeni xidmət sahələri və turizm sahəsi inkişaf etdirilir. Bu gün dünyada gedən iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz nailiyyətlərini uğurla davam etdirir. Təbii ki, Azərbaycanda bu cür sabitliyi, iqtisadi inkişafı görən hər bir biznesmen tərəddüdsüz olaraq bura investisiya yatıracaq. Bu gün “Xəzər adaları” layihəsinə qoyulan investisiya vəsaiti mənə görə edilmir, cənab Prezidentin Azərbaycanda yaratdığı sabitliyə, yürütdüyü düzgün siyasətə və iqtisadi inkişafa görə verilir. Əgər cənab Prezident Azərbaycanı bu qədər inkişaf etdirə bilməsəydi, o zaman ölkəmizə bir nəfər də pul qoymazdı. Təbii ki, bu gün Çindən olan iş adamı ilə də 3 milyard dollarlıq investisiya müqaviləsinin imzalanması Azərbaycandakı inkişafa və sabitliyə görə mümkün oldu. Mən “Xəzər adaları”nın inşasına görə cənab Prezidentimizə böyük minnətdarlığımı bildirirəm. Çünki dövlət başçımızın yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın ən sabit və investisiya üçün əlverişli olan ölkəsinə çevrilib”.

Hacı İbrahim Nehrəmli Beynəlxalq Azərbaycan bankına olan kredit borclarının da kreditlərin vaxtı bitənədək, yəni 2019-cu ilədək ödəniləcəyini bəyan edib.

Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Jun isə bildirib ki, Çin şirkətlərinin “Xəzər adaları” layihəsinə marağı böyükdür. O, yaxın gələcəkdə digər dünya brendlərinin də “Xəzər adaları” layihəsinə qoşulacağını istisna etməyib:

“Bu layihə bizi çox maraqlandırırdı. Layihə ilə yaxından tanış olandan sonra müqavilə imzalamağa qərar verdik. Bilirsiniz ki, Çinin ayrı-ayrı nüfuzlu şirkətləri dünyanın bir sıra ölkələrində oxşar layihələrdə iştirak edirlər. Bizim şirkət isə bu layihəni bəyənib”.

Xatırladaq ki, 2015-ci il avqustun 24-də Hacı İbrahim Nehrəmli Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri ilə əməkdaşlıq haqqında memorandum imzalamışdı.

DİA.AZ bildirir ki, amma Hacı İbrahim Nehrəmlinin bu "uğurlu əməkdaşlığından" giley edənlər də var. Dia.az-a müraciət edən Qazax rayonundan sahibkar Elşad Məmmədov bildirdi ki, o, mətbuat vasitəsilə həmin çinli iş adamına və Çin dövlətinə müraciət edəcək ki, Hacı İbrahimin fırıldaqlarının qurbanı olmamaları üçün ehtiyatlı olsunlar:

"Həmin müqavilələrdən məndə də var. Buna görədir ki, hazırda Hacı İbrahimin mənə yarım milyona yaxın borcu var, amma mən ölkədən qaçmaq zorunda qalmışam.

İndi də bir-bir xam iş adamlarını tapıb, onları aldadır. Mən Çinin Avropadakı səfirliklərinə də müraciət edəcəm ki, öz sahibkarlarını qorusunlar".

Hacı İbrahim Nehrəmli ilə bağlı çinli iş adamına və Çin dövlətinə qeyri-adi xəbərdarlıq - "Ehtiyatlı olun, sizə da "atacaq""...
Hacı İbrahim Nehrəmli ilə bağlı çinli iş adamına və Çin dövlətinə qeyri-adi xəbərdarlıq - "Ehtiyatlı olun, sizə da "atacaq""...

Elşad Məmmədov bildirir ki, eynib qaydada Hacı İbrahimin adamları onu aldadıblar: "Mən rəva görmərəm ki, kimliyindən asılı olmayaraq, kimsə Hacı İbrahimin fırıldağının qurbanı olsun"...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:34 HACI İBRAHİM NEHRƏMLİDƏN NÖVBƏTİ QALMAQAL - 70 MİN BORCU QAYTARMIR Azərbaycanın futzal çempionatının qalibi olan “Xəzər adaları” dağılsa da, oyunçulara və məşqçilərə olan borc ödənilmir. Mediaxeberleri.az Komanda.az-a istinadən xəbər verir ki, klubun sahibi Hacı İbrahim Nehrəmlinin məşqçi heyətinə və futzalçılara 70 min manatadək borcu qalıb. İyulun 27-də “Xəzər
12:54 “Xəzər adaları” Hacı İbrahimdən alındı Borca görə. Bir müddət əvvəl tanınmış iş adamı, “Avesta” konserninin prezidenti, Hacı İbrahim Nehrəmlinin “Beynəlxalq Bank olayı” ilə bağlı ətrafında baş verən qalmaqal hər kəsə məlumdur. Belə ki, onun Beynəlxalq Bankdan külli miqdarda (təxminən 57 milyon dollar) aldığı krediti geri qaytara
17:03 Hacı İbrahim Nehrəmli "Bandotdel"dədir - "İfadə verir" "Avesta" holdinqinin sahibi Hacı İbrahim Nehrəmlinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə mediada xəbərlər yayılıb. Ancaq hələ nə özügedən saxlanılmanı həyata keçirən orqanlar, nə də iş adamının rəhbərlik etdiyi şirkət tərəfindən hər hansı rəsmi bir açıqlama yoxdur.
07:54 Beynəlxalq Bank “Xəzər adaları”na əl qoydu... “Cahangir Hacıyev işi”ndə “Xəzər adaları” layihəsini reallaşdıran Hacı İbrahim Nehrəmlinin də adı çəkilir. Məlumatlara görə, Cahangir Hacıyevin zamanında Azərbaycan Beynəlxalq Bankı “Xəzər adaları” layihəsinə 850 milyon dollar kredit ayırıb. Lakin bir müddət əvvəl Hacı İbrahim Nehrəmli
13:59 İbrahimov qardaşları üçün siyasi əhəmiyyət kəsb edən «Xəzər Adaları» layihəsi iflasa uğrayır - Hacı İbrahim Nehrəmli müflisləşib? Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, dünyadakı neft böhranının «vurduğu» layihələrdən biri də «Xəzər Adaları»dır. Yayılan xəbərlərdən aydın olur ki, «Avesta» Konserninin icraçısı olduğu bu layihənin inşaat işləri tamamən dayandırılıb və vəziyyət o həddə çatıb ki, hətta konsernin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az