t s

» » Ermənilər tarixi necə saxtalaşdırıb? – Təqdimat

Ermənilər tarixi necə saxtalaşdırıb? – Təqdimat

9-06-2021, 18:38 Yazar:  Samir Baxılıb: 498 Çap et
Ermənilər tarixi necə saxtalaşdırıb? – Təqdimat
İndiki Ermənistan ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr olunan “Həqiqətin onomastikası” adlı kitabın onlayn təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, təqdimatda “Həqiqətin onomastikası” kitabının ideya müəllifi akademik Kamal Abdulla, müəlliflər - filologiya elmləri doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, deputatlar, icma rəhbərləri, Azərbaycanın alim və mütəxəssisləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Təqdimatda bildirilib ki, sözügedən kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib:

“Yaxın zamanda kitabın ingilis və rus dillərində də nəşri nəzərdə tutulur. “Həqiqətin onomastikası” kitabı Azərbaycan həqiqətlərinin təbliğinə öz ciddi töfhəsini verəcək. Bu kitabın ilk nəşridir. Əlbəttə ki, burada yer alan 1600-ə yaxın toponimdən daha çox toponim, hidronim, oronim var. Bunların üzərində işlər davam etdiriləcək. Növbəti nəşrlərdə həmin adlar da kitabda öz əksini tapacaq. “Həqiqətin onomastikası” kitabının elektron versiyası da oxucuların diqqətinə çatdırılacaq. Elektron format Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin veb səhifəsinə yerləşdiriləcək”.

Qeyd olunub ki, sözügedən kitab barədə sosial şəbəkə üzərindən də güclü təbliğat aparılmalıdır:

“Bu kitabların əsasında xarici dillərdə təqdimat xarakterli kiçik videoçarx hazırlayıb sosial şəbəkələrdə geniş şəkildə paylaşmaq lazımdır”.

Qeyd edək ki, kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
22:48 “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib - VİDEO İyulun 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibiyində tədqiqatçı alim, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabının videokonfrans formatında təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az